Bitkilərdəki çatdırma sistemi

Bitkilərdəki çatdırma sistemi

1151

Bitkilərdəki qida daşıma sistemi Təkamül ilə izah edilə bilməz

Təkamülçülər bitkilərdəki bu sistemlərin milyonlarla illik zamanla idarəsiz təsadüflər nəticəsində bu mükəmməl hallarına çatdıqlarını iddia edirlər. Təkamülçülərə görə bu əməliyyatların tamamlanmasını gözləyən bitkilərə nədənsə heç bir şey olmamışdır. Hər təsadüf yerində reallaşarkən, keçiş mərhələlərində bitki qida sintez edə bilmədiyi üçün ölməmiş, susuz qalıb qurumamış və bütün bunlara milyonlarla il tab gətirmişdir.

Bu hissədə bitkilərin sahib olduğu kompleks sistemlərdən yalnız daşıma sisteminin quruluşu ümumi araşdırılmışdır. Bu mövzu belə təkamül nəzəriyyəsinin mənasızlığını sübut etmək üçün kifayətdir. Bura qədər sadaladığımız bütün xüsusiyyətlər bitkilərdə su və qida daşımanın etibarlı şəkildə reallaşması üçün lazım olan infrastrukturun ümumi xəttləridir. İncəliyinə varmadan ümumi şəkildə araşdırdığımız bu kompleks mexanizmlər heç şübhəsiz ki, bənzərsiz və üstün bir ağılın əsəridir. Suyun daşınmasında bu iş üçün xüsusi seçilmiş hüceyrələrin meydana gətirdiyi borular var və bunlar suyun əmilməsi əsnasında meydana gələn təzyiqə dözümlü olmalıdır. Bundan əlavə, bu quruluşun suyu asan çatdıra bilməsi üçün sitoplazması olmamalıdır.

Qida daşıyan hüceyrələr isə əksinə, canlı olmalıdırlar və qidanı çatdırmaq üçün də bir sitoplazmaya sahib olmalıdırlar. Yaxşı, elə isə bitkilərdəki su və qida daşıma əməliyyatını ən incə detalına qədər təmin edən bu mexanizmləri kim meydana gətirmişdir? Bitkilərmi? Suyu daşıyan kanallardan, fotosintez edən yarpaqlardan, budaqlardan, qabıqlardan ibarət olan bitkilər suyun fiziki xüsusiyyətlərini, təzyiq sistemlərini və bunlara bənzər digər detalları bilmədən öz-özlərinə daşıma əməliyyatına uyğun infrastrukturu necə qura bilərlər? Yenə qida daşıyan kanallar şəkərin quruluşunu bilmədən bu maddəni ən yaxşı şəkildə daşıyan sistemi necə tapa bilərlər? Bu cür suallar artırıla bilər, amma hamısının bir cavabı var. Bitkilərin belə qüsursuz sistemləri “qurmaları”, “hazırlamaları” və ya “tapmaları” mümkün deyil. Bitkilərin iradələri yoxdur. Elm adamlarının belə “anlamaqda” çətinlik çəkdikləri bu qüsursuz sistemləri meydana gətirənlər bitkilərin özləri deyil. Təsadüflər də deyil. Bütün bu sistemləri lazım olan şəkildə bitkinin hüceyrələrinə yerləşdirən, bitkini də, suyu da, qidanı da yaradan Allahdır.
 

DİGƏR məqalələr

  • Yeni canlı növləri tapıldı!
    Yeni canlı növləri tapıldı!
    in: 2

    Hind Okeanının təxminən 3 km dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edilmişdir.

  • Yarpaqların informasiya emalı
    Yarpaqların informasiya emalı
    in: 1

    Aparılan son araşdırmalara qədər bu bölünməyə görə CO2 qəbulunda durğunluq yarandığı düşünülürdü.

  • Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    in: 7

    Bəzən hüceyrəyə daxil olan molekullar böyük olur, bu zaman qılaf ətrafdakı fermentləri köməyə çağırır. Fermentlərin köməyi ilə qılafın üzərindəki məsamələr genişləndirilərək lazımi molekul hüceyrəyə daxil edilir.

  • Rudiment orqan yoxdur!
    Rudiment orqan yoxdur!
    in: 3

    İnsan oturarkən çanaq sümüyünün aşağı hissəsini təşkil edən 2 oturaq sümüyü və büzdüm sümüyü tripod forma yaradaraq düzgün oturmağımızı təmin edir. Oturan şəxs qabağa əyildikdə ağırlıq oturaq sümüklərinə, geriyə