Təqsirkarı tapan DNT

Təqsirkarı tapan DNT

1553

Bir çox elmi mövzuların qədim tarixi olduğu qənaətindəyik. Halbuki elmi kəşflərin bir qisminin, xüsusilə də insan DNT-si ilə bağlı məlumatların tarixi düşünüldüyü qədər də qədim deyil. Bir çoxu demək olar ki, yaxın keçmişdə edilmiş kəşflərdir.

Məsələn, DNT zəncirləri (DNT izi) 1987-ci ildə Leyçester Universitetinin (University of Leicester) biokimya professoru Alek Cefris (Alec Jeffreys) tərəfindən kəşf edilmişdir.

Məhkəmə təbabəti, tarixdə ilk dəfə DNT vasitəsilə cinayətkarları müəyyən etməkdə asanlıq əldə etmişdir.

Qlobulin zülalı üzərində işləyən Cefris bu çalışmaları əsnasında DNT zəncirlərinin barkod sistemi kimi insandan insana fərqlilik göstərdiyini, hər kəsin DNT-sinin özünəməxsus bir sistem olduğunu müəyyən etmişdir.

Bunun vasitəsi ilə xəta ehtimalı, demək olar ki, qalmamış və əsl cinayətkarlar bir-bir müəyyən edilə bilmişdi. Çünki DNT izi 99,99 %  ehtimalla bizə doğru məlumat verir. Heç kimin DNT izi başqasının DNT izi ilə eyni deyil.

Bu vəsilə ilə hər canlının sahib olduğu xüsusiyyəti öyrənməyimiz mümkündür. Məsələn, haqqında heç bir məlumatımız olmayan 5 ədəd qan nümunəsinin DNT-sindən hansı canlılara aid olduğunu müəyyən edə bilərik.

Quş, pişik, insan, balıq, dovşan. Qan nümunələri bizə dərhal şəxsiyyətə aid məlumatları verir. Beləliklə, hər hansı bir qan mümunəsinin kimə aid olduğuna dair məlumatı da dərhal əldə edirik.

Bunları saç teli, tük, kəpək, dəri, qan, tüpürcək, ağız içi hüceyrələri, dırnaq kimi yollarla asanlıqla əldə etmək mümkündür. Bir neçə saat ərzində avtomatik cihazlarla asanlıqla DNT izi çıxarmaq əməliyyatı edilə bilər. Hətta 300 min ildən bəri qalan bir mumyanın DNT-sindən də DNT izini əldə etmək mümkündür.

Bir tük kökü bizim üçün son dərəcə kiçik bir hissədir, amma mikro ölçülü bir tük kökündə minlərlə hüceyrə olur. Təkcə bir hüceyrənin DNT-sindən isə bir insanın kim olduğuna dair məlumat əldə edirik. Bu, Allah’ın yaratdığı bir möcüzədir.

Məsələn, 1953-cü ildə DNT spiralını ilk tapan Vatson (Watson) öz  DNT-sini araşdırmış və köklərinin Afrikaya gedib çıxdığını öyrəndikdə çox təəccüblənmişdir.

Bu əməliyyat üçün, əsasən, yanaq içi selikli qişa hüceyrələri istifadə edilir. Hüceyrələrin membranları parçalanaraq DNT ortaya çıxarılır. Bunun üçün toz məhlulları və ətrafına DNT bükülmüş zülalları parçalayan fermentlər istifadə edilir. Bu əməliyyat 1-2 saat davam edir. Keyfiyyətin yoxlanılması baxımından edilən bir növ təsdiq xarakterli əməliyyat üçün isə əlavə 2-3 saatlıq vaxt da lazım olur.

Əldə az miqdarda DNT varsa, bunu çoxaltmaq da mümkündür. Məsələn, tək bir tükdən əldə edilən DNT kifayət etməsə, bunu çoxaltmak üçün 2-3 saat davam edən polimeraz zəncirvari reaksiya (PCR) metodu istifadə edilir. Molekulyar biologiya laboratoriyaları üçün əvəzsiz hala gələn bu kəşf,  ixtiraçısı tərəfindən Nobel mükafatı almış bir metoddur. PCR ilə çoxaldılan DNT molekulları 2-3 saat çəkən elektroforez üsulu ilə elektrik sahədə hərəkət etdirilirlər. Yəni bir cihaz hər kəsdə fərqli olan DNT zəncirlərindəki A, T, G ve S molekullarını oxuyur. Nəticədə, mütəxəssislər insanın DNT izini analiz edir, insanın barkodunu çıxarırlar.

Təkcə bir DNT molekulunun qoyduğu diaqnozu heç birimiz əsla bacara bilmərik. Təkcə bir DNT-də insana və başqa canlılara aid ensiklopediyalar toplusu  məlumat qeydə alınmışdır.

Əlimizdə 1000 illik bir kəllə sümüyü olduğunu fərz edək. Hər hansı bir insana “Bu adamın qaşı, gözünün rəngi, saçının rəngi, boyu, şəxsiyyəti haqqında bizə doğru məlumatları ver” deyək. Təxminlərdən başqa doğru cavab verə biləcək tək bir insan belə yoxdur. Hətta gözlə də görə bilmədiyimiz DNT-nin içində o insana aid hər cür məlumat var.

Məhz bu, Allah’ın yaratdığı hər şeydə mövcud olan təfsilatlara nümunə olan mövzulardan sadəcə biridir. Allah’ın yaratma sənətinin dəlillərini yaradılan hər şeydə görürük. Allah yaratdığı hər şeyə üstün bir Yaradıcı’nın varlığına dair insanları düşündürən işarələr kodlaşdırmışdır. Kainatda mövcud olan hər şey bizləri Allah’ın varlığının dəlillərinə aparır. Heç bir şeyin əsla öz-özünə, təsadüfən mövcud olmayacağını elm sahibi insanlar çox yaxşı bilirlər.

İnsanların bir qismi nə isə kəşf etdikləri zaman, haşa, bunu Allah’dan müstəqil bir hadisə kimi düşünür və bunu içlərindəki özünü yüksəltmək, böyütmək istəyinə alət edirlər. Halbuki Allah insanlara elminin sirrlərıini açmışdır. Bunlar Allah’ın insanlar üçün açılmağına icazə verdiyi sirlərdəndir. Kainatdakı bütün qanunları, hər elmi yaradan Allah’dır və icazə verdiyi qədər yaratdığı qanunların, elmlərin sirrlərini qullarının xidmətinə verər, məlumatlandırar.

DİGƏR məqalələr

  • Yeni canlı növləri tapıldı!
    Yeni canlı növləri tapıldı!
    in: 2

    Hind Okeanının təxminən 3 km dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edilmişdir.

  • Yarpaqların informasiya emalı
    Yarpaqların informasiya emalı
    in: 1

    Aparılan son araşdırmalara qədər bu bölünməyə görə CO2 qəbulunda durğunluq yarandığı düşünülürdü.

  • Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    in: 7

    Bəzən hüceyrəyə daxil olan molekullar böyük olur, bu zaman qılaf ətrafdakı fermentləri köməyə çağırır. Fermentlərin köməyi ilə qılafın üzərindəki məsamələr genişləndirilərək lazımi molekul hüceyrəyə daxil edilir.

  • Rudiment orqan yoxdur!
    Rudiment orqan yoxdur!
    in: 3

    İnsan oturarkən çanaq sümüyünün aşağı hissəsini təşkil edən 2 oturaq sümüyü və büzdüm sümüyü tripod forma yaradaraq düzgün oturmağımızı təmin edir. Oturan şəxs qabağa əyildikdə ağırlıq oturaq sümüklərinə, geriyə