Diş minasındakı vacib təfərrüatlar.

Diş minasındakı vacib təfərrüatlar.

1000

Kəllə, qabırğa sümükləri, qol və ayaq sümükləri … Qısacası, bütün skeletimiz bədənimizin ən möhkəm quruluşları arasındadır. Lakin, Uca Allahın beyin, ürək, ağciyər kimi vacib funksiyalara sahib orqanları qoruma vəzifəsi və hərəkət etmə funksiyası verdiyi skeletimiz bədənimizin ən möhkəm quruluşu deyil. Bədənimizin ən möhkəm quruluşu zənn edildiyinin əksinə olaraq, iri və sərt sümüklərimiz deyil, ağzımızın içindəki kiçik dişlərimizdir. Dişlərimizi möhkəm edən isə eyni zamanda onlara rəng və parlaqlıq verən diş minasıdır.

• Diş minasını sağlam edən xüsusiyyət nədir?

• Diş minası üzərindəki çatlar zərər vermək əvəzinə dişi necə qoruyur?


Dişlərimiz möhkəm və sağlamlığı ilə tanınır. Uzun illər boyunca əzmə, çeynəmə, dişləmə kimi bir çox yüksək təzyiqə qarşı müqavimət tələb edən mövzuda həmişə dişlərimizi istifadə edirik. Ancaq buna baxmayaraq, dişlərimiz çox uzun müddət möhkəm qalır. Dişlərimizin möhkəmliyini diş minası təmin edir. Bədənin ən sərt və ən sıx minerallaşmış maddəsi olan diş minası, dentin sement və diş əti ilə birlikdə dişi meydana gətirən dörd əsas toxumadan biridir. Dişi ən xaricdən qoruyucu bir təbəqə olaraq əhatə edən mina, içində sinir hüceyrələri olmadığı üçün, həssas deyil. Şübhəsiz, minanın bu xüsusiyyəti Uca Allahın qullarına bəxş etdiyi böyük bir nemətdir. Çünki diş minası əgər sinirlərlə örtülü olsaydı, insanın dişləmə, əzmə və çeynəmə kimi əməliyyatlar əsnasında çox ağrı çəkməsi lazım idi. Bu vəziyyətdə, yemək yemək böyük bir əziyyətə çevrilərdi. 

Bədənin ən sərt və ən sıx minerallaşmiş maddəsi olan mina, dişin görünən hissəsidir və mütləq altdan dentin (yetkin bir insan dişinin 75%-ni meydana gətirən dentin, sümüklə eyni sıxlığa sahib olmasına baxmayaraq istiliyə və toxunuşa həssasdır. Ehtiyac olduğunda, təmir hüceyrələri ilə yenidən dentin toxuması meydana gətirə bilirlər) ilə dəstəklənir. Mina, içindəki mineral nisbətinə görə rəngi fil dişindən mavi-ağ rəngə qədər dəyişə bilir. 97% nisbətində qeyri-üzvi maddələrdən ibarətdir. Bunlar mikro kristallar formasında kalsium duzlarıdır. Yerdə qalan hissəsində üzvi maddələr yer alır. Üzəri keratinli bir təbəqəylə örtülüdür.

Diş minasını dərindən araşdıran elm adamları olduqca təfərrüatlı və xüsusi bir quruluşa sahib olduğunu kəşf etmişlər. Bu xüsusi quruluş minaya və buna görə də, dişə sağlamlıq verir. Diş minası göründüyünün əksinə olaraq, hamar bir quruluşa sahib deyil. Tam əksinə, üzərində kiçik, ancaq dərin olmayan çatlar vardır. Mina diblərindən xarici səthə doğru böyüməyə başlayan bu çatlar, diş minasına edilən təzyiqi öz aralarında paylaşdıraraq dişin qırılmasının qarşısını alar və minanı daha sağlam və möhkəm vəziyyətə gətirirlər.

 Normal şərtlərdə diş minasındakı bu çatların dişimizə tətbiq etdiyimiz hər təzyiqdə daha da böyüməsi və dişi çürütməli idi.  Lakin dişdəki bu çatlar, Uca Allahın yaratdığı xüsusi bir müalicə müddəti ilə ortadan qalxır. Çünki bu çatlar təzyiqlə böyüyərkən, eyni zamanda onları dolduran təbii material çatların dərinləşərək dişin çürüməsinin qarşısını alır. Qarşılaşdığı qidaların məhvedici təsiri və diş minasının bu quruluş xüsusiyyəti səbəbiylə qısa müddətdə köhnəlməli olan dişlərimiz, Allahın üstün yaratması sayəsində bu ağır və uzun müddətli vəzifəni ən uyğun və gözəl şəkildə yerinə yetirir.

Elm adamları dişin əmələ gəlməsi ilə əlaqədar etdikləri işlərdə Uca Allahın möhtəşəm yaratma sənətini və bu yaradılışdakı incə təfərrüatlarından birini də göz  önünə sərən bir gen ortaya çıxarmışlar. Bu gen, diş minalarının və dişin içərisində daha yumşaq quruluşdakı dentinin meydana gəlməsində əhəmiyyətli rol oynayan dentin sialophospho zülal (DSPP) genidir. Dişin meydana gəlməsində mühüm rol oynayan bu gen, tək bir zülal ortaya çıxarır. Ancaq bu zülal, dentin sialoprotein (DSP) və dentin phospho zülal (DPP) adı verilən zidd funksiyalara sahib iki zülala bölünür. Bəhsi keçən zülallardan DPP kövrəkliyə səbəb olan oyuq və əhəngli bir mina təbəqəsi meydana gətirərkən, DSP minanın sərtliyini və əmələ gəlmə sürətini artırır. Başqa bir sözlə, bu iki zülalın tam göstərilən ölçülərdə və bir-birini tamamlayan incə bir texnika ilə bir arada fəaliyyət göstərməsi nəticəsində dişlər, nə asan qırılacaq şəkildə çox sərt, nə də çox yumşaqdır.

DSP və DPP arasındakı mükəmməl tarazlıq, mühüm dentin-mina əlaqəsinin həssaslığını göstərir. Çünki dişlərin qorunmasında fəal bir maddə olaraq görünən və minanın dentinlə olan əlaqəsində çox incə bir təbəqə halında olan DSP, bütün minadan daha sərtdir. Əgər bu zülalın miqdarı artırılırsa, dişlər daha kövrək vəziyyətə gəlir. Çünki dişləri daha sərt edən və çürüməyə qarşı qoruyan florürün çox miqdarının dişləri zəiflətməsi kimi, DSP-nin də həddindən artıq miqdarının dişləri zəiflətdiyi və kövrək hala gətirdiyi müəyyən olunmuşdur.

Digər tərəfdən DPP zülalının dişləri zəiflədən bir təsirinin olduğu bilinir. Bu zülalın normadan artıq miqdarda olması isə dişlərimizin çürüyüb tökülməsi mənasını verir. Ancaq Uca Rəbbimizin sonsuz elmi nəticəsində, DSP və DPP arasında çox həssas bir tarazlıq qurulmuşdur. Bu elə həssas bir nizamdır ki, minanı zəiflədirmiş kimi görünən DPP zülalı, sərtliyi artıran DSP zülalı ilə birləşərək uyğun diş əmələ gəlməsini təmin edir.

Hər şeyi müəyyən bir ölçü ilə və nizam içində yaradan Uca Allah DSP və DPP arasındakı bu həssas tarazlıq ilə yumşaq dentinin, hətta çöldəki sərt keramikə bənzər quruluşdakı minanın əhatə etməsi ilə etibarlı bir şəkildə birləşməsini təmin edir. 

Diş minası keramikadan daha üstün bir quruluşa malikdir. Bol miqdarda karbonat, maqnezium, natrium, kalium ionları ehtiva edən diş minasındakı duzların kristal quruluşu, dişi, göstərilən təzyiqə qarşı daha möhkəm edir. Bu gün elm adamları təbiətdən ilhamlanaraq hazırlanan materialların istehsal edilməsi üçün araşdırmalar edir. Edilən bu araşdırmalarda sümük və diş növü biokeramiklərin bədən istiliyində zülal kimi üzvi maddələrin birləşdirilməsiylə meydana gəldiyi və bunların keramikadan çox daha üstün xüsusiyyətlər göstərdiyi ortaya çıxmışdır.

Alt dişlər və üst dişlər arasındakı uyğunlaşma necə təmin edilir?

İnsan bədəninin ən sərt maddəsi olan minanın 97%-i kalsium duzlarından ibarətdir. Diş minası, altıbucaqlı apatit kristalları şəklində təşkil olunmuşdur. Minanın quruluşuna daxil olan kalsium duzları, təbii diş maketinə yavaş-yavaş çökərək yığılır və kristallaşır. Bu yığılma, ana bətnində başlayır.

Dişlər meydana gələrkən milyonlarla hüceyrə, əvvəlcə kalsiumu toplayıb ardınca yan-yana gələrək böyük bir blok əmələ gətirir. Bu blokun şəklini də yenə bloku inşa edən hüceyrələr təyin edir. Bu nöqtədə böyük bir yaradılış möcüzəsi reallaşır. Məsələn, alt damaqda olan hüceyrələr özlərindən uzaqda olan üst damaqdakı hüceyrələrin necə bir şəkil inşa etdiklərini çox yaxşı bilirlər. Hər iki hüceyrə qrupu da istehsal etdiyi nəhəng bloku, özünə qarşı gələcək blokla bir-birlərinə ən uyğun şəkildə istehsal edirlər. Beləcə, çənə sümüyü bağlandığı zaman üst damaqda olan bir azı dişi ilə alt damaqda olan bir azı dişi bir-birlərinə ən uyğun şəkildə otururlar. Hər hansı bir uyğunsuzluq olması insan üçün narahat edici vəziyyətlər meydana gətirir. Ancaq belə bir uyğunsuzluq –xəstəlik vəziyyətləri istisna olmaqla- və 32 kalsium blokundan ibarət olan kompleks quruluş, bir-birlərinə ən uyğun şəkildə inşa edilir. 

DİGƏR məqalələr

  • Yeni canlı növləri tapıldı!
    Yeni canlı növləri tapıldı!
    in: 2

    Hind Okeanının təxminən 3 km dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edilmişdir.

  • Yarpaqların informasiya emalı
    Yarpaqların informasiya emalı
    in: 1

    Aparılan son araşdırmalara qədər bu bölünməyə görə CO2 qəbulunda durğunluq yarandığı düşünülürdü.

  • Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    in: 7

    Bəzən hüceyrəyə daxil olan molekullar böyük olur, bu zaman qılaf ətrafdakı fermentləri köməyə çağırır. Fermentlərin köməyi ilə qılafın üzərindəki məsamələr genişləndirilərək lazımi molekul hüceyrəyə daxil edilir.

  • Rudiment orqan yoxdur!
    Rudiment orqan yoxdur!
    in: 3

    İnsan oturarkən çanaq sümüyünün aşağı hissəsini təşkil edən 2 oturaq sümüyü və büzdüm sümüyü tripod forma yaradaraq düzgün oturmağımızı təmin edir. Oturan şəxs qabağa əyildikdə ağırlıq oturaq sümüklərinə, geriyə