Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?

Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?

152

Gecə 4:20-də oyanıb binanın damına çıxmaq və şəkil çəkib göndərmək… Növbəti gün ülgüclə qola mavi balina rəsmi çəkmək… və 50-ci mərhələnin sonunda intihar etmək… Bunlar Rusiya və Qırğızıstanda şagird və gənclər arasında məşhurlaşmış “Mavi balina” oyununun “mərhələləri”dir. Artıq 130-dan çox gəncin bu oyunun təsirinə düşərək intihar etdiyi məlumdur. Oyunun administratoru ona qoşulan gənclərə 50 maddədən ibarət tapşırıqları yerinə yetirdikdən sonra intihara hazır olduqlarını bildirərək onları ölümə təhrik etmişdir. Bu minvalla “ölüm qrupları” təşkil edən administrator həbs edilmişdir. Lakin həbsdən əvvəl verdiyi müsahibə olduqca nəzərəçarpandır. Jurnalistin: ““Ölüm qrupları”nı nə səbəbə təşkil etdiniz?” – sualına Budeykin bildirir ki: “Mən cəmiyyəti təmizləyirdim. O insanlardan, hansılar ki, heç bir fayda vermir. Bir insanlar var, bir də bioloji tullantılar. Bunlar o kəslərdir ki, cəmiyyət üçün heç bir dəyərləri yoxdur və cəmiyyətə ya zərər vurur, ya da zərəri özü ilə gətirir. Mən cəmiyyətimizi bu cür insanlardan təmizləyirdim. Mən layihənin konsepsiyasını, müəyyən mərhələlərini və etaplarını hazırladım. Normal insanları bioloji tullantılardan ayırmaq lazım idi”. (1)

Bir tərəfdən düşünmək olar ki, belə cinayətləri törədən insanlar depressiv və antisosial darvanışlı insanlardır. Amma məsələni dərindən analiz edəndə məlum olur ki, bu tipli cinayətkar insanlar, əslində, təkamül fərziyyəsinin onlara təlqin etdiyi “təbii seçmə”ni həyata keçirirlər. Təəccüblü deyil ki, sosial şəbəkələrdə Budeykinin bu müsahibəsinə “təbii seçmə”, “güclü olan həyatda qalar” kimi şərhlər edilib. Budeykinin dediklərindən də aydın olduğu kimi o, inandığı təbii seçməyə əsaslanaraq, guya, lazımsız hesab etdiyi insanları intihara təhrik edərək “təmizliyə” nail olmuşdur.

“Mavi balina” hadisəsinə oxşar cinayətlər isə ilk deyil. Dəfələrlə məktəb terror aktlarını törədənlər “təbii seçmə”ni həyata keçirdiklərini iddia etmişlər. Çünki dərslərdə gənclərə tədris edilən təkamül fərziyyəsi, yəni darvinizm, əslində, insanları şüuraltında və ya bilavasitə terrora təşviq edir. Çünki darvinizm iddia edir ki, həyatda sağ qalmaq uğrunda amansız mübarizə mövcuddur, bu mübarizədə güclü olan həyatda qalır, zəif fərdlər isə sıradan çıxır. Bu proses isə təbii seçmə tərəfindən idarə olunur. Dünyanın bir çox ölkələrində baş verən terror aktlarının timsalında bu fərziyyənin tədrisinin nə dərəcədə təhlükəli olduğu aydın nəzərə çarpır. Bəhs edəcəyimiz nümunələrdən də aydın olur ki, əslində, terror hadisələrinin ideoloji əsası təkamül fərziyyəsidir.

20 aprel 1999-cu ildə ABŞ-ın Kolorado ştatında Kolumbayn liseyinin sonuncu sinif şagirdləri Erik Harris və Dilan Klibold məktəbə birlikdə etdikləri silahlı hücumda 13 nəfəri qətlə yetirmiş və daha sonra intihar etmişlər. Bir qəzet verdiyi xəbərdə “Kolumbayn liseyinə hücum edərək 13 yoldaşını qətlə yetirən Erik Harris və Dilan Kliboldun Darvinin təbii seçmə nəzəriyyəsindən təsirləndiyi məlum olub” cümləsi ilə bu terrorun səbəbi açıqlanmışdır. Belə ki, Erik Harris basqın əsnasında törətdiyi terrorun mənşəyi haqqında məlumat verən köynək geyinmişdir. Köynəyin üzərində təkamülün hərəkətverici mexanizmi kimi tanınan, elmi cəhətdən əsassız olan “təbii seçmə” yazılmışdı.

Kolumbaynda öldürülən altı uşağın ailəsinə vəkillik edən Barri Arrinqton Erik Harrisin Darvinə nə qədər bağlı olduğundan belə bəhs edir:

“Erik Harrisin bütün gündəliklərini oxumuşam, bütün səs yazılarını dinləmişəm, video kasetlərinə baxmışam. Başa düşdüm ki, Harris şüurlu şəkildə öz davranışlarını təkamül haqqında öyrəndiklərinin məntiqli nəticəsi hesab edirdi. Darvinizm onun əməllərinin intellektual təməlinə xidmət edirdi. Harrisin Darvinə sitayiş edən birisi olduğuna və özünü onun prinsiplərini tətbiq edən biri hesab etdiyinə heç şübhə yoxdur”. (2)

2007-ci ildə Pensilvaniyada məktəbdə terror törətməyə hazırlaşarkən tutulan bir tələbənin də “Natural Selection’s Army” (Təbii seçmə ordusu) adlı bir internet səhifəsinə tez-tez daxil olmasının aşkar edilməsi bu batil düşüncə tərzinin terror hadisələrində mühüm amil olduğunu üzə çıxarmışdır. Başqa bir nümunə isə yenə 2007-ci ildə Finlandiyada oxuduğu məktəbə silahlı hücum edərək 6 şagirdi öldürən və müəllimini diz üstə çökdürərək qətlə yetirən 18 yaşlı şagird Pekka Erik Auvinendir. Auvinenin də Darvinin təkamül fərziyyəsi əsasında qurulmuş “Təbii seçmə ordusu” adlı internet saytının istifadəçilərindən olduğu üzə çıxmışdır. Auvinen sonradan Darvinin nəzəriyyəsindən ilham alaraq qətliam törətdiyini etiraf etmişdi: “Yer üzündəki murdarlara mərhəmət yoxdur. İnsan sevgisinə həddindən artıq dəyər verilir. Güclünün həyatını davam etdirməsini təmin etməli və təbii seçməni yenidən işə salmalıyıq”. (3)

Anders Berinq Breyvik də belə qatillər sırasındadır. 2011-ci ildə o, Norveçdə 2 terror hadisəsi törətdiyini etiraf etmişdir. Bu hücumlardan birində 69 nəfər insan ölmüşdür. Məsələnin əsas tərəfi isə odur ki, Breyvik “Avropa müstəqillik məruzəsi” kitabının 1518-ci səhifəsində özünü elmin və müasir biologiyanın çempionu adlandırmışdır. Ən çox sevdiyi kitabların içində Darvinin “Növlərin mənşəyi” kitabı da yer tutur.

Belə nümunələr o qədər çoxdur ki, hamısını qeyd etməyə ehtiyac yoxdur. Amerikada təkcə 2015-ci ildə 45-dən çox məktəb terroru qeydə alınmışdır. Göründüyü kimi bu teraktları törədən şagirdlər və gənclər dərslərdə təkamülün hərəkətverici mexanizmi kimi öyrədilən təbii seçməni ilahi qüvvə olaraq görür və təbii seçmənin labüd etdiyi təhlükəli fikrə əsasən insan öldürməyi lazımlı hesab edirlər. “Mən ancaq təbii seçməyə inanan normal anarxistəm” (Pekka-Eric Auvinen’s video – “My Philosophy”), – deyən Auvinenin sözündən də başa düşmək olur ki, belə insanlar təkamül fərziyyəsini öyrənərək caniyə çevrilmişlər.

Darvinist təhsilin nəticəsi kimi vəhşilik və əxlaqi degenerasiyanın təzahürünü 17 uşağı öldürən qatil Cefri Dahmer misalında da asanlıqla başa düşmək mümkündür. Dahmer bir sözündə: “Əgər insan bir Yaradanın varlığını və Onun qarşısında məsul olduğunu düşünmürsə, onda niyə onun davranışlarını islah etməyə çalışırsınız?” – deyə qeyd etmişdir. Aşkar bir həqiqətdir ki, Yaradıcının olmadığını düşünərək hərəkət edən insanlar insan öldürə biləcək qədər təhlükəlidirlər. Təkamül fərziyyəsi isə bu fikrin təməlini meydana gətirir.

Məlum olduğu kimi, təhsil müəssisələrində şagird və tələbələrə həyatın kortəbii təsadüflər nəticəsində öz-özünə əmələ gəldiyi və insanın təbii seçmə nəticəsində meydana gəlmiş heyvan növü olduğu “elmi faktlar” kimi öyrədilir. Məsələn, hələ 1994-cü ildə nəşr edilmiş “Biology, visualizing life” (Biologiya: həyatı təsvir etmək) adlı dərs kitabında deyilir:

“Siz bir heyvansınız, yer soxulcanları, dinozavrlar, kəpənəklər və dəniz ulduzları ilə ortaq bir mirası bölüşürsünüz”. (George B. Johnson, Biology: Visualizing Life, Holt, Rinehart and Winston, Inc., 1994, s. 453)

Əksər insanlar təkamül fərziyyəsinin belə fikirlərlə əlaqəsinin olmadığını düşünə bilər. Lakin Darvin özü də məktublarının birində insanın heyvan növü olduğunu iddia etmişdir:

“Geridə qalmış heyvanlardan inkişaf edən insan zehninin inandığı şeylərin hər hansı bir dəyərinin və ya etibarının olub-olmadığı ilə bağlı ağlıma həmişə qorxunc şübhə gəlir. Bir meymunun zehnindəki inanclara (təbii ki, əgər varsa) kimsə güvənərdimi?” (Francis Darwin (ed.), Life and Letters of Charles Darwin (1903; 1971 reprint), c.1, s. 285)

Darvinin bu sözləri təkamülün tədrisinin nə qədər zərərli olduğunu göstərir. Darvinizm insanları boşluğa, yəni intihara, cinayətə, vəhşiliyə doğru aparan, insanlara heyvan olduqlarını təlqin edən, Yaradıcının olmadığını, hər şeyin təsadüfən meydana gədiyini aşılayan batil dindir.

Darvinizmin dövrümüzdəki ən güclü müdafiəçilərindən olan Riçard Dokinzin bəzi kitabları da insanları Allah inancından uzaq, pessimizmə və ümidsizliyə aparan təlqinlərdən ibarətdir. Bunun ən əhəmiyyətli nümunələrindən biri Amerikadakı Cessi Kilqor adlı 22 yaşlı tələbənin professoru tərəfindən ona tövsiyə edilən Dokinzin kitabının təsirindən intihar etməsi olmuşdur. (5)

Dokinzin darvinizmin qaranlıq ideologiyasına əsaslandırdığı qorxunc dünyagörüşünün təsiri bu nümunə ilə məhdud deyil. Dokinz “Unweaving the Rainbow” kitabının müqəddiməsində bu həqiqəti özü də etiraf edir:

“Birinci kitabımın naşiri kitabı oxuduqdan sonra kitabın verdiyi soyuq və qəmli mesajdan ürəyinin çox sıxıldığını və üç gecə yata bilmədiyini etiraf etdi. Bəziləri də mənə səhərlər oyanmağa necə tab gətirə bildiyimi soruşurlar. Uzaq bir ölkədən bir müəllim isə mənə etiraz dolu bir məktub göndərib. Məktubda eyni kitabı oxuyan tələbəsinin onun yanına göz yaşları içində gəldiyini və həyatın mənasız və məqsədsiz olduğu düşüncəsinin ona mənfi təsir etdiyini yazır. Müəllim digərlərinin də eyni “heçlik bədbinliyi”ndən təsirlənməmələri üçün tələbəsinə kitabı başqalarına göstərməməyi tövsiyə edib”.

Göründüyü kimi təkamül fərziyyəsinin insanlara təlqin etdiyi “güclü olanın həyatda qalması”, “həyatın ancaq mübarizədən ibarət olması”, “insanın heyvan növü olduğu” kimi ideyaları cəmiyyəti, xüsusilə gəncləri intihara, cinayətə, bədbinliyə, heçlik hissinə, vəhşiliyə təşviq edir.

Təkamül fərziyyəsi tapılan 600 milyondan çox fosilin göstərdiyi həqiqətlərlə, nəinki ilk hüceyrənin, bircə zülalın belə qətiyyən təsadüfən meydana gələ bilmədiyinin sübut olunması və s. elmi həqiqətlərlə süquta uğramış, bu günə qədər edilmiş ən böyük akademik cinayətdir.

Bu nöqteyi-nəzərdən təkamül fərziyyəsinin tədrisinin cəmiyyətdəki dağıdıcı təsirini zəiflətmək və müasir elmi həqiqətləri şagirdlərə çatdırmaq məqsədilə birtərəfli darvinist təhsilə son qoyulmalıdır. Dərsliklər buna əsasən tərtib edilməli, şagirdlərə və gənclərə darvinizmin elmi cəhətdən süqutu və ideoloji arxa planı haqqında məlumat verilməlidir.

Bütün bunlara baxmayaraq, darvinizm hələ də tədris olunur.

İqtibaslar:

  1. http://medialeaks.ru/1611kam-ya-ne-boyus-chto-menya-posadyat-pered-arestom-admin-grupp-smerti-filipp-lis-dal-intervyu
  2. http://www.amnation.com/vfr/archives/014745.html
  3. http://www.amnation.com/vfr/archives/014745.html
  4. http://www.darwinthenandnow.com/2011/07/breivik-a-darwinist/?cb=09394448816310614
  5. http://www.wnd.com/2008/11/81459/

DİGƏR məqalələr

  • Rudiment orqan yoxdur!
    Rudiment orqan yoxdur!
    in: 3

    İnsan oturarkən çanaq sümüyünün aşağı hissəsini təşkil edən 2 oturaq sümüyü və büzdüm sümüyü tripod forma yaradaraq düzgün oturmağımızı təmin edir. Oturan şəxs qabağa əyildikdə ağırlıq oturaq sümüklərinə, geriyə

  • Pişiklər necə xilas olurlar?
    Pişiklər necə xilas olurlar?
    in: 2

    Aparılan tədqiqatlara əsasən, havada qol və ya ayaqlarını açaraq müvazinəti saxlamağa çalışan pişiyin düşmə sürəti 96 km/saat-dır.