Dənizin altındakı 100 milyon illik yüksək texnologiya

Dənizin altındakı 100 milyon illik yüksək texnologiya

233

Dəniz altındakı 100 milyon illik yüksək texnologiya

 

Sualtı qayıqlarda yerləşən suya dalma sisternləri su ilə dolduqda gəmi sudan ağır olur və dənizin dibinə dalır. Əgər sisterndəki su təzyiqli hava ilə boşaldılsa, sualtı qayıq yenidən suyün üzünə çıxır. Nautilus da hərəkət edərkən eyni metoddan istifadə edir. Nautilusun bədənində diametri 19 sm olan ilbiz qabığı  formasında spiralvarı orqan var. Bu orqanda bir-biri ilə əlaqədar 28 ədəd dalma hüceyrəsi yerləşir. Ancaq bu, suyun boşaldılması üçün kifayət deyil. Əlavə olaraq təzyiqli havaya da ehtiyac var. Bəs Nautilus suyu boşaltmaq üçün lazım olan təzyiqli havanı necə əldə edir?

Nautilusun bədənində biokimyəvi yolla xüsusi qaz hasil edilir və bu qaz qan dövranı ilə hüceyrələrə ötürülərək hüceyrələrdən suyun xaric edilməsi təmin edilir. Bu sayədə Nautilus ovunu tutarkən və ya düşmənlərindən qaçmaq istədikdə daha dərinə enə və ya suyun səthinə çıxa bilir.

Sualtı qayıq ancaq 400 m dərinliyə dala bilir, Nautilus üçün isə 450 m dərinliyə dalmaq çox asandır.

Bu, bir çox canlı üçün olduqca təhlükəli dərinlikdir. Buna baxmayaraq Nautilus bu vəziyyətdən təsirlənmir, qabığı təzyiqdən parçalanmır və ya bədənində hər hansı zərərli təsir meydana gəlmir.

Burada diqqət edilməli çox mühüm xüsus da var. Nautilus yaradıldığı gündən bəri bu sistemə malikdir. Bəs 450 metr dərinlikdəki təzyiqə davamlı xüsusi qabıq quruluşunu Nautilus özü dizayn edə bilərmi? Yaxud bədənindəki suyu boşaltmaq üçün təzyiqli hava rolunu oynayan qazı özü kəşf edə bilərmi? Şübhəsiz ki, Nautilusun nə öz-özünə qaz hasil edəcək kimyəvi reaksiyanı bilməsi, nə də bu reaksiyanı həyata keçirəcək formanı bədənində qurması və ya suyun təzyiqinə görə əmələ gələn tonlarla yükə davam gətirən qabıq dizayn etməsi mümkündür. Bu, hər şeyi yoxdan yaradan Allahın əsəridir.

Sualtı qayığın dalma texnikası balıqların istifadə etdiyi metoda da bənzəyir: balıqlar suyun içinə dalmaq və ya səthinə çıxmaq üçün suya uyğun olaraq çəkilərini tənzimləyə bilirlər. Balıqlarda içi hava ilə dolan kisə var. Bu kisədəki havanın miqdarının dəyişməsi balığın suya nisbətən çəkisində dəyişikliyə səbəb olur. Beləcə balıq suyun dibinə dalır və ya yuxarı çıxır. Balıqlar bəzən bu kisəni elə tənzimləyirlər ki, suyun səthinin altında batmadan və ya yüksəlmədən sabit dayana bilirlər.

Sualtı qayıqların su içindəki hərəkəti xüsusi əmr sistemləri ilə tənzimlənir. İnsan zəkasının məhsulu olan bu sistemlər uzun mühəndislik fəaliyyətləri nəticəsində icad edilmişdir. Heç bir ağıllı insan bunların təsadüfən əmələ gəldiyini iddia etməz. Ancaq təkamülçülər sualtı qayıq kimi hərəkət edən Nautilusun təsadüfən əmələ gəldiyini iddia edirlər. Aydındır ki, belə bir iddia həqiqətdən kənardır.

DİGƏR məqalələr