Xərçəngin çarəsi

Xərçəngin çarəsi

373

Xərçəngin çarəsi bir dəniz canlısında ola bilərmi?

 

"Əsrimizin vəbası"

 

Bu ifadə inkişaf etmiş tibbi imkanlara və texnologiyaya baxmayaraq, hələ də tam olaraq müalicəsi mümkün olmayan xərçəng xəstəliyi üçün istifadə edilir. Xərçəng DNT-də baş verən pozulma səbəbindən bədəndəki hüceyrələrin nəzarətsiz şəkildə bölünməsi və çoxalmasıdır.

 

Əslində hüceyrələr DNT-dəki pozulmaya qarşı tədbir alma mexanizmlərinə sahibdir. Bəzən bu mexanizmlər işə yaramır və bəzi hüceyrələr qarşısıalınmaz şəkildə çoxalaraq xərçəng meydana gətirən şiş əmələ gətirirlər. Məhz bu şişdən ayrılan bəzi xərçəngli hüceyrələr də limfa və qan dövranı sisteminə daxil olaraq insan bədəninin digər hissələrinə yerləşir və burada çoxalmağa davam edirlər. Bu şəkildə xərçəng bütün orqanizmə yayılmış olur.

 

Xülasə, hal-hazırda xərçəng hüceyrələrini 100% yox edə biləcək, orqanizmə zərər verməyən bir metod və ya dərman hələ inkişaf etdirilməyib. Məhz buna görə elm adamları alternativ həll yollarına, xüsusilə təbiətdəki canlılara yönəlirlər. Ötən günlərdə açıqlanan bir araşdırmanın nəticələrinə görə, bir dəniz canlısının bu ağır xəstəliyi müalicə edə biləcək lazımi xüsusiyyətə malik ola biləcəyi güman edilir.

 

Araşdırmanı həyata keçirən avstraliyalı elm adamları dəniz ilbizi yumurtasındakı bəzi kimyəvi maddələrin xərçəng hüceyrələrini azaltma və yox etmədə 100% müsbət nəticə verdiyini bildiriblər.

 

Vullonqonq Universitetindən Karen Perrou verdiyi açıqlamada: "Bu ilbizlərin çox çətin şərtlərə malik mühitdə yaşadığını, bu səbəbdən həm özləri, həm də balaları üçün qoruyucu mexanizmə malik bəzi kimyəvi maddələr istehsal etdiklərini" vurğulayıb.

 

2002-ci ildə Cənubi Xaç (SCU) və Vullonqonq Universitetlərindən araşdırmaçılar ilbizlərin xərçəng önləyici xüsusiyyətlərini ehtiva edən "n-alkil isatin" molekullarını izolə etdiklərini məruzə ediblər. Doktor Karen Perrou və həmkarlarının laboratoriya şəraitində apardıqları təcrübədə dəniz ilbizi yumurtasındakı kimyəvi maddələrin kimyaterapiyaya müqavimətli xərçəng hüceyrələrini 48 saat ərzində yox etdiyi məlum olub. Həmçinin kimyaterapiya dərmanları ilə 10% olan müvəffəqiyyət nisbəti, ilbiz yumurtası kimyəvi maddələri ilə 100%-ə çatıb. Heyvanlarda və insanlarda hələ təcrübə edilməyən bu kimyəvi tərkibin genişləndirilməsi, klinik tətbiq etmək imkanı ilə birlikdə bağırsaq, döş və prostat xərçəngində təsirli olması güman edilir. Bütün bu işlərin nəticəsində dərmanın təsirli şəkildə istifadə edilə bilməsinin isə 5-10 il davam edəcəyi güman edilir. (euronews.com, “Can sea snails accelerate a cure for cancer?”, 01.06.2016)

 

Təbiəti öyrəndikcə buna bənzər həyəcan və ümidverici məlumatlarla və həllərlə qarşılaşırıq. Biomimetika adı verilən elm sahəsi məhz bu şəkildə təbiətdəki canlılardan nümunə götrülərək inkişaf etdirilən maddələri, alətləri, mexanizm və sistemləri tədqiq edir. Elmi həqiqətlərin bizə göstərdiyi isə canlılarda möhtəşəm sistemlərin onlar ilk ortaya çıxdıqları andan etibarən var olmasıdır.

 

Texnologiya və elm irəlilədikcə bu məlumatlara yeniləri əlavə olunacaq, yeni kəşflər ortaya çıxdıqca bütün bunlar yaradılış həqiqətini möhkəmləndirəcəkdir. 

DİGƏR məqalələr

  • Yeni canlı növləri tapıldı!
    Yeni canlı növləri tapıldı!
    in: 2

    Hind Okeanının təxminən 3 km dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edilmişdir.

  • Yarpaqların informasiya emalı
    Yarpaqların informasiya emalı
    in: 1

    Aparılan son araşdırmalara qədər bu bölünməyə görə CO2 qəbulunda durğunluq yarandığı düşünülürdü.

  • Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    in: 7

    Bəzən hüceyrəyə daxil olan molekullar böyük olur, bu zaman qılaf ətrafdakı fermentləri köməyə çağırır. Fermentlərin köməyi ilə qılafın üzərindəki məsamələr genişləndirilərək lazımi molekul hüceyrəyə daxil edilir.

  • Rudiment orqan yoxdur!
    Rudiment orqan yoxdur!
    in: 3

    İnsan oturarkən çanaq sümüyünün aşağı hissəsini təşkil edən 2 oturaq sümüyü və büzdüm sümüyü tripod forma yaradaraq düzgün oturmağımızı təmin edir. Oturan şəxs qabağa əyildikdə ağırlıq oturaq sümüklərinə, geriyə