Zülallara çevrilən cansız atomların qüsursuz dizaynı

Zülallara çevrilən cansız atomların qüsursuz dizaynı

1317

Ağıl və vicdan sahibi hər insanın özünə belə bir sual verməlidir: necə olur ki, şüursuz şəkildə meydana gələn zülal molekulları çox böyük ağılı, təşkilat qabiliyyətini və məsuliyyəti öz üzərinə götürə bilər?

Bildiyimiz kimi, bütün canlılar hüceyrələrdən təşkil olunub. İnsan bədənini formalaşdıran təxminən 100 trilyon hüceyrə var. Canlıların hüceyrələrini yüksək texnologiya ilə təchiz edilmiş fabrik hesab etsək, zülalları da bu fabrikin maşınları, divarları, tavanı, nərdivanları, qapıları və hətta vintləri kimi xarakterizə edə bilərik. Qısacası zülallar, hüceyrələrin həm inşaat vəsaitini, həm də fəaliyyət maşınlarını meydana gətirərlər. Bir-birindən fərqli bir çox vəzifəni yerinə yetirən zülallar canlılığı formalaşdıran elementlər olaraq qəbul edilərlər. Bədənimizdəki zülallarin funkisyalarına uyğun bir neçə nümunə göstərək:

Saç, dırnaq və tüklərdə sərt quruluşu ilə xarakterizə olunan keratin zülalları vardır. Bəzi zülallar əzələləri sümüyə bağlayır və vətərlərdə olan dözümlü neylona bənzər maddəni meydana gətirirlər. Dərinin hamarlığını, elastikliyini və sümüklərin dayanıqlılığını təmin edən kollaqen adlı başqa bir zülal da var. Retina təbəqəsinə (torlu qişa) işıq süaları düşdükdə görmə hissini yaradan isə 'rodopsin' adlı zülaldır. Bu vaxt başqa zülallar isə gözün büllurunu meydana gətirən şəffaf maddəni formalaşdırırlar. Hüceyrənin içərisinə molekulların daxil olmasını xüsusi daşıyıcı zülallar təmin edirlər. Bütün canlılığın məlumatını daşıyan zülal tərkibli DNT molekulu olmadan kopiyalanma gedə bilməz və məlumat çıxarıla bilməz, hüceyrə bölünməsini təmin edə bilməz. Zülallar canlılardakı ən kiçik vahidi olan hüceyrələrin həm strukturlarında, həm də saysız funksiyalarında müxtəlif vəzifələr yerinə yetirirlər. Bəzi zülallar da hüceyrədəki kimyəvi reaksiyaların sürətini milyardlarla dəfə artırmaq üçün katalizor funksiyası yerinə yetirir. Komanda halında fəaliyyət göstərərək, hüceyrənin bütün kimyəvi hissələrini bərpa edirlər. Zülalların bərpa xüsusiyyəti ilə yanaşı parçalama xüsusiyyəti də var. Bu xüsusiyyətlərini istifadə edərək hüceyrələrdə olan böyük molekulları, hüceyrənin istifadə edə biləcəyi sadə birləşmələrə parçalayırlar. Hüceyrəni enerji ilə təmin etmək üçün lazım olan reaksiyaların getməsini təmin edərlər. Əzələlərdəki dartılmani təmin edən də yenə əzələ hüceyrələrindəki xüsusi zülallardır.

Siz bu sətirləri oxuduğunuz zaman belə bədəninizdəki hər zülal növü həyatınızı sağlam bir şəkildə davam etdirə bilməniz üçün vasiləsiz olaraq fəaliyyət göstərməyə davam edir. Baxdığınız sətirləri oxuya bilməniz, yemək yeməniz, bədəninizin inkişafı, xəstəliklərə qarşı müqavimətli olmanız, bunların hamısı hüceyrələrinizdə dayanmadan fəaliyyət göstərən zülallar sayəsində aradan qaldırılmaqdadır. Bitkilərdən bütün heyvan növlərinə və ən sadə bakteriyalara qədər, bütün canlıların həyati fəaliyyətlərinin hamısı zülallar sayəsində reallaşır.

Cansız atomların birləşməsindən ibarət olan zülallar, bir-birləri ilə qüsursuz nizam təşkil edir, çox böyük ağıl və şüur sərgiləyirlər.

Müəyyən sayda atomun birləşməsindən meydana gəlmiş bu möcüzə molekullar, nizamlı şəkildə hərəkət edir və çox böyük ağıl və şüur sərgiləyərək, inanılmaz məsuliyyətləri yerinə yetirərlər. Belə bir sual yaranır: cansız atomların birləşməsindən əmələ gələn şüursuz zülal molekulları necə olur ki, inanılmaz ağıl, təşkilat qabiliyyəti və məsuliyyəti öz üzərinə götürərək bütün bu fəaliyyətləri reallaşdıra bilirlər? Səmimi düşünən hər insan, cavabın, sonsuz güc və elm sahibi olan Allah`ın qüsursuz yaratmasını görəcək, ən kiçiyindən ən böyüyünə qədər kainatdakı bütün varlıqların Allah`ın idarəsi və əmri altında olduğunu qavrayacaq

DİGƏR məqalələr

  • Yeni canlı növləri tapıldı!
    Yeni canlı növləri tapıldı!
    in: 2

    Hind Okeanının təxminən 3 km dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edilmişdir.

  • Yarpaqların informasiya emalı
    Yarpaqların informasiya emalı
    in: 1

    Aparılan son araşdırmalara qədər bu bölünməyə görə CO2 qəbulunda durğunluq yarandığı düşünülürdü.

  • Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    in: 7

    Bəzən hüceyrəyə daxil olan molekullar böyük olur, bu zaman qılaf ətrafdakı fermentləri köməyə çağırır. Fermentlərin köməyi ilə qılafın üzərindəki məsamələr genişləndirilərək lazımi molekul hüceyrəyə daxil edilir.

  • Rudiment orqan yoxdur!
    Rudiment orqan yoxdur!
    in: 3

    İnsan oturarkən çanaq sümüyünün aşağı hissəsini təşkil edən 2 oturaq sümüyü və büzdüm sümüyü tripod forma yaradaraq düzgün oturmağımızı təmin edir. Oturan şəxs qabağa əyildikdə ağırlıq oturaq sümüklərinə, geriyə