Dildəki kompleks sistemlər

Dildəki kompleks sistemlər

1203

Professor Jozeph Brand dad bilmə duyğusu üzərində apardığı tədqiqatlarla tanınmış bir alimdir. Brandın fikrincə, dilimizin üzərinə qoyulan bir şeyin dadını bilməyimiz yalnız 0.2-0.5 saniyə davam edir. Göz açıb-bağlamaqdan daha qısa olan bu zaman ərzində nələrin reallaşdığı əsrlərdir ki, araşdırılır. Hal-hazırda isə dad bilmə prosesinin yalnız ana xətləri məlumdur. Dad bilmə yediyimiz qidalara aid dad qarışıqlarının tüpürcək içində ərimələri ilə başlayır. Duzlu qidaların dadının daha sürətli qəbul edilməsinin səbəbi duzun tüpürcək içində digərlərinə görə daha tez əriməsidir. Hətta qidaların qoxusunun alınması ilə tüpürcək vəziləri sekresiyalanmağa başlayır və dil dad bilməyə hazır hala gəlir. Dad bilmədəki hər detal kimi bu mərhələ də vacibdir. Düşünün ki, bu sekresiya olmasaydı, quru qidaların dadını bilməyəcəkdik. Bu sekresiya həzm və müdafiə etmə sistemlərinə köməkçi olan zülal və fermentlər ehtiva edir. Bu sekresiyanın üzərində aparılan bütün tədqiqatlar bu mayenin quruluşunun olduqca mürəkkəb olduğunu ortaya qoyur.

Yeməklərdəki dad molekulları ilə dildəki dad hüceyrələri arasındakı xəbərləşmə hüceyrənin təpəsindəki mikrovillus adlı tükə bənzər hissədə icra edilir. Mikrovilluslar (dad tükcükləri) dad məsamələrindən dilin üzərini örtən selikli qişaya çıxırlar. Dad hüceyrələrinin reseptorları dad tükcüklərinin üzərində yerləşir. Diqqət yetirin, dad məsamələrinin diametri təxminən millimetrin mində dördü qədərdir.

Dad qarışıqları eyni zamanda xəbər daşıyan molekullardır. Funksiyaları daşıdıqları informasiyanı, dad hüceyrəsinin selikli qişasının üzərindəki reseptorlara və ya ion kanallarına çatdırmaqdır. Bu mərhələdə molekulyar və hüceyrə səviyyəsində baş verən proseslər Miami Universitetinin Professoru Stephen Roperin bildirdiyi kimi, hələ tədqiqat mərhələsindədir. Bir çox fərqli dad qarışığına qarşılıq olaraq, fərqli informasiya yolları mövcuddur. Yəni şirin, turş, acı, duzlu kimi fərqli dadlar üçün müxtəlif informasiya şəbəkələri qurulur. Başqa cür desək, dad hüceyrələri birdən çox sayda informasiya çatdırmaq üsuluna sahibdir və hal-hazırda bunların yalnız bir qismi elmə məlumdur.

DİGƏR məqalələr

  • Yeni canlı növləri tapıldı!
    Yeni canlı növləri tapıldı!
    in: 2

    Hind Okeanının təxminən 3 km dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edilmişdir.

  • Yarpaqların informasiya emalı
    Yarpaqların informasiya emalı
    in: 1

    Aparılan son araşdırmalara qədər bu bölünməyə görə CO2 qəbulunda durğunluq yarandığı düşünülürdü.

  • Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    in: 7

    Bəzən hüceyrəyə daxil olan molekullar böyük olur, bu zaman qılaf ətrafdakı fermentləri köməyə çağırır. Fermentlərin köməyi ilə qılafın üzərindəki məsamələr genişləndirilərək lazımi molekul hüceyrəyə daxil edilir.

  • Rudiment orqan yoxdur!
    Rudiment orqan yoxdur!
    in: 3

    İnsan oturarkən çanaq sümüyünün aşağı hissəsini təşkil edən 2 oturaq sümüyü və büzdüm sümüyü tripod forma yaradaraq düzgün oturmağımızı təmin edir. Oturan şəxs qabağa əyildikdə ağırlıq oturaq sümüklərinə, geriyə