Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Müdafiə strategiyaları və ya Yarpaqların şəkildəyişməsi

9 May 2014 01:22

Müdafiə strategiyaları və ya Yarpaqların şəkildəyişməsi

Bitkilər də özlərini düşmənlərindən bir şəkildə qorumaq məcburiyyətindədirlər. Bu qorunma hər bitki növünə görə müxtəlif cür olur. Məsələn, bəzi bitkilər parazitlərə və böcəklərə qarşı müxtəlif ifrazlar edərək düşmənləriylə mübarizə aparır və özlərini ancaq bu şəkildə qoruyurlar. Bir nömrəli müdafiə silahları olan zəhərli kimyəvi ifrazlarını lazımi şəkildə istifadə etmək üçün bitkilər müxtəlif strategiyalardan istifadə edirlər. Məsələn, göbələk və xiyarların zəhərli ucları var və bunları hücum anında hərəkətə keçirirlər. Bu tam təchizatlı mübarizənin başqa nümunəsi də çinar ağaclarında mövcuddur. Çinar ağacı, yarpaqlarından ifraz etdiyi xüsusi suyun köməyi ilə gövdəsinin altındakı torpağı sistemli şəkildə zəhərləyir. Belə ki, bu zəhərdən sonra torpağın üstündə kiçik bir ot belə yetişə bilmir. Bu zəhərli maddəni gövdəsində saxlamasına baxmayaraq çinar ağacı özü bundan hər hansı bir zərər görmür.

Şəkildəki qarğıdalı bitkisinin ən böyük düşmənlərindən biri tırtılllardır. Hücuma məruz qalan qarğıdalı bitkiləri kimyəvi ifrazat yayır və tırtılları yox edən eşşək arılarını köməyə çağırır.

Hücuma uğradıqları zaman olduqları mühitdən uzaqlaşmalarını təmin edən ayaqları və ya müdafiə xarakterli hər hansı bir orqanı olmayan bitkilər düşmənlərinə qarşı yalnız ifrazatlarla cavab vermir. Bununla yanaşı bir çox müdafiə mexanizmləri də mövcuddur. Bu mexanizmlərin içində xəbərləşmə qabiliyyəti də var. Bəzi bitkilər özlərini dişləyən böcəyin həzm sistemini pozan və ona saxta toxluq hiss etdirən bir maye ifraz edirlər. Eyni zamanda yarpaq ziyan gördüyü yerdən "jasmonik turşu" deyilən bir növ turşu da ifraz edərək digər yarpaqların hücumdan xəbərdar olmalarını və müdafiəyə keçmələrini təmin edir.

Qarğıdalı və paxla bitkiləri isə düşmənlərindən qorunmaq üçün eşşək arılarından əsgər kimi istifadə edirlər. Yarpaqlarına tırtıl dadandığı zaman xüsusi kimyəvi maye ifraz edən bu bitkilər eşşək arılarını olduqları yerə toplayırlar. Eşşək arıları da sürfələrini bitkiyə hücum etmiş olan tırtılların üstünə qoyurlar. Böyüyən eşşək arısı sürfələri tırtılların ölümünə səbəb olur, bu da bitkinin xilas olmasını təmin edir. Bitkilərin bəziləri isə aleolu kimyəvi birləşmələrə sahibdirlər.

Bunlar böcək və heyvanlar üçün bəzən cəlbedici, bəzən qorxunc, bəzən allergiya verən, bəzən də öldürücü təsir göstərir. Məsələn, kəpənəklər kol çiçəkli bitkilərə yanaşmırlar. Çünki bu cür çiçəklərin müdafiə sistemlərində "sinigrin" adlı zəhərli maddə olur. Buna qarşı kəpənəklər zəhərli maddə daşımayan salxım çiçəkli bitkiləri seçirlər. Buradakı fərqi kəpənəklərin necə öyrəndikləri də çox maraqlıdır. Kəpənəyin bunu təcrübə edərək öyrənməsi qeyri-mümkündür. Bitkinin dadına baxsa kəpənəyin sonu olacaq. O halda bu məlumatı kəpənəklər fərqli bir şəkildə əldə edirlər.

agcaqayin Ağcaqayınların, xüsusilə şəkər ağcaqayının cavan zoğlarını və yarpaqlarını zərərli canlılardan qoruma metodu çox vaxt insanların istehsal etdikləri böcək öldürücülərdən daha təsirlidir. Şəkər ağcaqayını gövdəsində şəkərli su olmasına baxmayaraq, yarpaqlarına "tanən" (asit turşusu) adlanan bir maddə göndərir. Bu, böcəkləri narahat edən bir maddədir. "Tanən"li yarpaqları yeyən böcəklər xilas olmaq üçün dərhal daha az tanənli üst yarpaqlara çıxırlar. Halbuki üst yarpaqlar quşların ən çox qonduqları yerlərdir. Bura qaçan böcəkləri quşlar ovlayırlar. Şəkər ağcaqayını bu strategiyası sayəsində böcək hücumlarından az zərər görərək xilas olur.

Orta və Cənub Amerikada yetişən asma bitkisi qara və yaşıl tırtıllar və qırmızı kəpənəklər üçün çox ideal və cazibədar yemək növüdür. Belə ki, bu böcəklər balalarının yumurtadan çıxan kimi bu ləzzətli yeməklə bəslənmələri üçün yumurtalarını asma bitkisinin yarpaqları üzərinə buraxırlar. Sadəcə burada çox əhəmiyyətli bir cəhət var. Bu kəpənəklər yumurtalarını qoymazdan əvvəl asmanın yarpaqlarını yaxşıca yoxlayırlar. Əgər başqa bir heyvan yumurtalarını yerləşdirmişsə, eyni bitkinin yarpaqlarından birdən çox ailənin fərdlərinin bəslənməsi çətin olacağından, oranı seçmir və başqa yarpaq axtarırlar. Böcəklərin bu seçimi bitki üçün olduqca əlverişlidir, çünki asma bitkisi hücumdan qorunmaq üçün böcəklərin bu seçimindən faydalanır.

uzum Üzüm ağacının bəzi növləri yarpaqlarının üst qismlərində yaşıl yumrular meydana gətirirlər. Bəzi növləri isə yarpağın altında kəpənəklərin yumurtalarına oxşar rəngdə ləkələr meydana gətirirlər. Bunu görən tırtıl və kəpənəklər başqa böcəklərin özlərindən əvvəl bu yarpaqların üzərinə yumurtladıqlarını zənn edirlər və bitkiyə yumurtla qoymur, özlərinə yeni yarpaqlar axtarmağa başlayırlar. Yarpaqlarını bu cür inanılmaz üsulla qoruyan üzüm ağacı, hamının bildiyi kimi torpaqdan çıxan və quru budaq ilə yarpaqlardan ibarət olan bitkidir. Bu bitki hər hansı bir ağıl, yaddaş və diaqnoz qabiliyyətinə malik deyil. Özündən tamamilə fərqli canlının, bir böcəyin xüsusiyyətlərini, seçimlərini, yumurtalarının şəklini bilməsinə qətiyyən imkan yoxdur. Amma göründüyü kimi üzüm ağacı böcəyin hansı şərtlərdə yumurtalarını buraxmaqdan imtina edib, başqa bir bitkiyə yönələcəyini bilir, bundan əlavə öz yarpaqlarında bu yumurtalara bənzər naxışlar meydana gətirir və müxtəlif dəyişikliklər edir. Üzüm ağacının hər hansı bir böcəyin yumurtalarını təqlid edə bilməsi üçün nələr etməli olduğunu birlikdə düşünək. Təqlid, zəka tələb edən qabiliyyətdir. Bu səbəblə bitki zəkaya sahib olmalı, bu yumurtaları görüb idrak etməli və bunu yaddaşında saxlamalıdır.

Daha sonra bu xüsusiyyətlərini digər qabiliyyətləri ilə birləşdirib öz gövdəsində müxtəlif dəyişikliklər meydana gətirib bu cür müdafiə taktikası inkişaf etdirməlidir. Əlbəttə ki, bu saydıqlarımızın heç biri bir bitki tərəfindən reallaşdırılması, ya da müxtəlif təsadüflər nəticəsində ortaya çıxması mümkün deyil. Həqiqət budur ki, asma bitkisi bu xüsusiyyətə sahib olaraq "yaradılmış"dır. Bu, ona Allah tərəfindən xüsusi olaraq verilmiş müdafiə sistemidir. Hər şeyi ən incə detalına qədər planlayan Allah yer üzündəki bütün bitkilərin olduqları mühitdə lazım olan hər cür ehtiyaclarını yaratmışdır.