Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Xloroplastlar

10 May 2014 01:22

Sirr dolu bir fabrik: Xloroplastlar

Xloroplastda fotosintezi reallaşdırmaq üçün hazırlanmış tilakoidlər, daxili və xarici membran, stromalar, fermentlər, ribozom, RNT və DNT kimi strukturlar vardır. Bunlar həm struktur baxımından, həm də funksional olaraq bir-birlərinə bağlıdırlar və hər birində son dərəcə əhəmiyyətli proseslər vardır. Məsələn, xloroplastın xarici membranı maddələrin hərəkətinə nəzarət edir. Daxili membran isə "tilakoid" olaraq adlandırılan strukturları ehtiva edir. Disklərə bənzəyən tilakoid hissəsində piqment (xlorofil) molekulları və fotosintez üçün lazım olan bəzi fermentlər iştirak edir. Tilakoidlər "qran" adı verilən layları meydana gətirərək, günəş işığının çox miqdarda udulmasını təmin edirlər. Bu da bitkinin daha çox işıq udması və daha çox fotosintez edə bilməsi deməkdir.

Bunlardan başqa xloroplastlarda "stroma" adlandırılan və içində DNT, RNT və fotosintez üçün lazım olan fermentləri saxlayan maye mühiti də olur. Xloroplastlar sahib olduqları bu DNT və ribozomlarla həm özlərini çoxaldır, həm də bəzi zülalların istehsalını reallaşdırırlar. Fotosintezdəki başqa mühüm aspekt isə proseslərin çox qısa, hətta müşahidə olunmayacaq qədər qısa bir müddət ərzində reallaşmasıdır. Xloroplastların içində olan minlərlə "xlorofil"in eyni anda işığa reaksiya verməsi, saniyənin mində biri kimi inanılmayacaq qədər qısa bir müddətdə reallaşır.

Elm adamları xloroplastların içində reallaşan fotosintez hadisəsini uzun bir kimyəvi reaksiya zənciri olaraq bilirlər, ancaq sürət səbəbi ilə fotosintez zəncirinin bəzi halqalarında nələr olduğunu anlaya bilməyərək olanları heyranlıqla izləyirlər. Aydın olan ən dəqiq proses fotosintezin iki mərhələdə meydana gəlməsidir. Bu mərhələlər "işıq mərhələsi" və "qaranlıq mərhələ" adlanır.

Yaşıl bitkilərdə fotosintez prosesini həyata keçirən bitki hüceyrələrində olan xloroplast adlı orqandır. Yuxarıda böyüdülmüş şəkli görünən xloroplast bir millimetrin mində biri böyüklüyü qədərdir. İçərisində fotosintez prosesini icra edən bir çox köməkçi orqan vardır. Çoxmərhələli olaraq reallaşan və bəzi mərhələləri elmə hələ də məlum olmayan fotosintez prosesi bu mikroskopik fabriklərdə böyük bir sürətlə işləyir.