HƏR KƏSƏ TANIŞ OLAN MƏNZƏRƏ: XƏZAN
Bitkilər qidalarını hazırlayan zaman yarpaqlar üçün günəş işığının çox böyük əhəmiyyəti vardır. Payızın gəlməsilə birlikdə havalar soyumağa, gündüzlər qısalmağa başlayır və yer üzünə verilən günəş enerjisinin miqdarında da azalma müşahidə olunur. Bu azalma bitkidə dəyişikliklərə səbəb olur və yarpaqlarda xəzan dövrü başlanır. Ağaclar yarpaqlarını tökmədən əvvəl, yapraqdakı bütün qidalandırıcı maddələri mənimsəməyə başlayır. Məqsədləri kalium, fosfat, nitrat kimi maddələrin tökülən yarpaqlarla birlikdə yox olmasınının qarşısını almaqdır. Bu maddələr ağac qabığının laylarının və gövdənin ortasından keçən özəyə yönəlir və burada toplanır. Özəkdə toplanmanın əsas səbəbi bu maddələrin ağac tərəfindən asan mənimsənilməsini təmin etməkdir.Yarpaqlar töküldüyü zaman hər biri özündən sonra iz buraxır. Bu iz dərhal hər hansı bir infeksiyanın yaranmasının qarşısını alan su keçirməyən, göbələk kimi bir təbəqə ilə örtülür.
Xəzan ağaclar üçün bir zərurətdir, çünki soyuq havalarda torpaqdakı su get-gedə qatılaşır və mənimsənilməsi çətinləşir. Buna qarşı yarpaqlardakı tərləmə havanın soyumasına baxmayaraq, davam edir. Suyun azaldığı bir dövrdə mütəmadi olaraq tərləyən yarpaqlar, bitki üçün əlavə yük olmağa başlayırlar. Onsuz da yarpağın hüceyrələri soyuq qış günlərində şaxta ilə qarşılaşıb parçalanacaq.
Buna görə də ağac qış gəlmədən yarpaqdan xilas olur, beləcə onsuz da qıt olan su ehtiyatlarını boş yerə istifadə etmir. Sadəcə fiziki bir əməliyyat kimi görünən xəzan əslində bir çox kimyəvi hadisənin ardıcıl olaraq gəlməsi ilə reallaşır. Yarpaqdakı hüceyrələrdə işığa həssas və bitkilərə rəng verən molekullar, yəni "fitoxrom" molekulları vardır. Gecənin uzandığını, beləliklə də yarpaqların daha az günəş enerjisi ilə təmin olunmasını bilən elə bu molekullardır. Fitoxrom bu dəyişikliyi gördükdə yarpağın yaşlanması prosesini başladır.
Yarpaqlardakı yaşlanmanın ilk işarələrindən biri yarpaq hüceyrələrindəki etilen istehsalının başlamasıdır. Etilen qazı yarpağa yaşıl rəngi verən xlorofili parçalamağa başlayır. Yarpaq tökülməsini gecikdirən bir başqa səbəb böyümə hormonu olan oksin maddəsinin istehsalının qarşısını alan etilen qazının əmələ gəlməsidir. Xlorofilin dağılması ilə birlikdə yarpaq günəşdən daha az enerji alır və daha az şəkər istehsal edir. Bundan başqa, yarpaqlardakı isti rənglərin meydana gəlməsinə səbəb olan karotenoid adlı maddə özünü göstərir və bu şəkildə yarpaqlarda rəng dəyişməsi başlayır.
Mikroskop altında baxdıqda yarpağın tökülməsi zamanı reallaşan hadisələri aydın şəkildə görmək mümkündür. Sol tərəfdəki şəkildə yarpaq töküldükdən sonra budağın mikroskop altındakı görünüşü, sağ tərəfdəki şəkildə isə yarpaq düşmədən əvvəlki vəziyyət göstərilmişdir. Yarpaq tökülmədən əvvəl saplağın ucunda incə divarlı hüceyrələrdə xüsusi bir təbəqə aktiv hala gəlir. Sonra bu hüceyrələr özlərini yox edirlər və yarpaq tökülməyə başlayır.
Bir müddət sonra etilen qazı yarpağın hər tərəfinə yayılır və yarpaq saplağına gələndə burada olan kiçik hüceyrələr şişməyə başlayıb, saplaqda gərginləşməyə səbəb olurlar. Yarpaq saplağının gövdəyə bağlandığı hissədə hüceyrələrin miqdarı artır və xüsusi fermentlər çıxarmağa başlayır. Birinci selüloza fermentləri selülozadan ibarət çəpəri parçalayırlar, sonra pektinaz fermentləri hüceyrələri bir-birinə bağlayan pektin təbəqəsini parçalayırlar. Getdikcə artan bu gərginliyə yarpaq dözə bilmir və sapın xarici tərəfindən içəriyə doğru yarılmaya başlayır.Bura qədər izah etdiyimiz bu əməliyyatlar yapraqdakı qida istehsalının dayanması və yarpağın saplağından qopmağa başlaması ilə yekunlaşır. Genişlənməyə davam edən yarığın ətrafında çox sürətli dəyişmələr baş verir və hüceyrə dərhal göbələk tərkibli maddə istehsal etməyə başlayır. Bu maddə sellüloza çəpərinə yavaş-yavaş yerləşərək onun güclənməsini təmin edir. Bütün bu hüceyrələr arxalarında göbələk təbəqəsinin yerini tutan böyük bir boşluq buraxaraq ölürlər.
Bura qədər deyilənlər bir yarpağın düşməsi üçün bir-biri ilə əlaqəli bir çox hadisənin reallaşdığını göstərir. Fitoxromların günəş şüalarının azaldığını təsbit edə bilmələrinin, yarpağın düşməsi üçün lazım olan bütün fermentlərin uyğun zamanlarda dövrəyə girmələrinin, saplağın qopacağı yerdə hüceyrələrin göbələk tərkibli maddə hazırlamasının nə dərəcədə mükəmməl əməliyyatlar zənciri yaratdığı ortadadır. Ard- arda işləyən və hər mərhələsi planlı və bir-biri ilə əlaqəli olan bu qüsursuz əməliyyatlar ardıcıllığının "təsadüf"lə açıqlanması mümkün deyil. Bütün bu proseslərin baş vermə vaxtı da son dərəcə mükəmməl hazırlanmışdır. Xəzan prosesi qüsursuz şəkildə reallaşır.
Yarpaq gövdədən tamamilə ayrıldığı üçün bitki su nəql edən borulardan su ala bilmir, buna görə də yarpağın yapışdığı yerlə əlaqəsi getdikcə zəifləyir. Bir balaca küləyin əsməsi yarpağın saplağının qopmasına kifayət edir.
Torpağa düşən ölü yarpaqlardan həşəratların, göbələklərin və bakteriyaların faydalana biləcəkləri qida maddələri tapılır. Bu qida maddələri mikroorqanizmlər tərəfindən dəyişikliyə məruz qalır və torpağa qarışırlar. Ağaclar da bu maddələri kökləri vasitəsilə torpaqdan yenidən qida olaraq geri alırlar.