ƏN KİÇİK TƏMİZLİK CİHAZI - YARPAQ
Bitkilərin digər canlılara göstərdiyi xidmətlər yalnız havaya oksigen və su verməklə məhdud deyil. Yarpaqlar son dərəcə inkişaf etmiş təmizləmə cihazı kimi fəaliyyət göstərirlər. Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz təmizlik cihazları bu sahənin mütəxəssisləri tərəfindən uzun sürən proseslər nəticəsində əmək və pul sərf edilərək hazırlanır və istifadəyə verilir. Bunların istifadə müddətləri ərzində texniki dəstəyə və xüsusi diqqətə ehtiyacı olur. İstehsal nəticəsində ortaya çıxan tullantı maddələr isə ayrı bir problemdir. Bu, təmizlik alətləri haqqında verilən ən qısa məlumatlardır. Bundan başqa, gündəlik olaraq meydana gələn nasazlıqlar, bunlar üçün lazımlı olan hissələr, ehtiyaclara görə aparılan yenilənmələr kimi bir çox əməliyyat da lazım olacaq.Göründüyü kimi, kiçik bir təmizləmə cihazında belə yüzlərlə detala diqqət yetirmək lazımdır. Halbuki bu cihazlarla eyni işi görən bitkilər yalnız su və günəş işığı qarşılığında, eyni təmizləmə xidmətini daha keyfiyyətli və zəmanətli bir şəkildə həyata keçirirlər. Üstəlik tullantı maddə kimi problemləri də yoxdur, çünki onların havanı təmizlədikdən sonra meydana gələn tullantı maddələri, bütün canlıların mühüm ehtiyacı olan oksigendir!
Ağacların yarpaqları havadakı çirkləndirən maddələri tutan mini filtrlərə malikdir. Yarpağın üzərində gözlə görülməyən minlərlə tük və məsamələr vardır. Məsamələr hissəciklər halındakı havanı çirklədən maddələri toplayır və udmaq üçün digər hissələrinə göndərirlər. Yağış yağdıqda bu maddələr su ilə birlikdə torpağa qarışır. Bu çox qalın bir maddə deyil. Yarpağın səthindəki bu maddələr yalnız bir film lenti qalınlığındadır, lakin yer üzündə milyonlarla yarpaq olduğunu nəzərə alsaq, yarpaqlar tərəfindən tutulan çirkli maddə miqdarının hesab edilə bilməyəcək qədər çox olduğu görünür. Məsələn, 100 yaşındakı bir ağcaqayının təxminən 500 min yarpağı var. Bu yarpaqların tutduğu çirkin miqdarı hesab etdiyimizdən daha çoxdur.
Müəyyən ərazidəki çinar ağacları təxminən 3.5 ton, şam ağacları isə təxminən 2.5 ton çirkli maddəni mənimsəyirlər. Mənimsənilən maddələr yağışla birlikdə torpağa geri dönür. Məskunlaşma sahəsindən 2 km. uzaqda olan meşə havasının məskunlaşma sahəsinin havasının tərkibinə nisbətən 70%-dən daha az toz hissəcikləri qeydə alınmışdır. Hətta ağaclar yarpaqsız olduqları qış dövrlərində belə havadakı tozların 60%-ni təmizləyirlər. Ağaclar mövcud yarpaq ağırlıqlarının 5-10 qatına qədər toz mənimsəyə bilirlər, ağaclı sahədəki bakteriya miqdarı ilə ağacsız sahədəki bakteriya miqdarları olduqca böyük bir nisbətlə fərqlənir. Bunlar son dərəcə əhəmiyyətli rəqəmlərdir.