Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Qidaların paylanması

10 May 2014 01:22
Köklərin torpaqdan aldığı mineralları da gövdə paylayır. Gövdə mineralları ehtiyac duyulan bölgələrə ən uyğun şəkildə paylamaq məcburiyyətindədir. Məsələn, kalsiumun yarpaq saplağında daha çox olmalıdır, çünki saplaq yarpaqları və çiçəkləri daşıdığı üçün möhkəm və bərk quruluşa sahib olmalıdır. Toxumda isə saplağa nisbətən daha az miqdarda kalsium olur.

İnsan bədənindən nümunə göstərək: maqneziumun insan bədənindəki vəzifəsi əzələlərin güclənməsini, zülal sintezini, hüceyrələrin böyüməsini və yenilənməsini təmin etməkdir. Yəni maqnezium böyümənin və hüceyrənin mühərrikidir. Bitkilərdə də maqnezium bitkinin böyümə nöqtələrində yığılmışdır və meydana gələn xlorofilin quruluşunda yer tutmaq üçün gözləyir. Bitkilərdəki başqa bir element olan fosfor da eynilə maqnezium kimi böyümə nöqtələrində və bitkinin çiçək, meyvə kimi qisimlərində daha çox olur.