Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Maraqlı bitkilər

11 May 2014 01:22

Arum zambağı

Arım zambağı mayallanmaya hazır olduqda kəskin iyli ammonyak qazı (NH3) yaymağa başlayır. Çiçəyin son dərəcə maraqlı quruluşu var. Tozcuqların olduğu hissə ağ yarpağa bənzər qutunun dib tərəfdədir və çöldən görünmür. Buna görə də sadəcə iyi yaymaq böcəklərin diqqətini çəkmək üçün kifayət deyil. Tozcuqlar mayallanmaya hazır olduqda zanbaq yaydığı qoxu ilə birlikdə çiçəyin xaricdə qalan hissəsini də isidir. Bir gün ərzində reallaşan istilik və qoxu böcəklər üçün çox əhəmiyyətlidir. “Bu istilik və qoxu necə yaranır?” sualına cavab tapmağa çalışan elm adamları bitkinin maddələr mübadiləsinin sürətlənməsi nəticəsində ortaya xüsusi turşu çıxdığını tapıblar.

Qlutamin turşu adlanan bu maddənin kimyəvi yollarla parçalanması nəticəsində çiçək istilik və qoxunu meydana gətirir. Bunun sayəsində böcəklər çiçəyə yaxınlaşırlar. Lakin bu böcəklər üçün kifayət deyil, çünki arım zambağının tozcuqları dibdə bağlı torbacıqlarda olur. Çiçək buna da hazırlıqlıdır. Xarici səthi yağlı olduğu üçün gələn böcəklər sürüşərək aşağı çiçəyin içinə düşür və bir daha da sürüşkən divarlardan yuxarı dırmaşa bilmirlər. Olduqları hissədə çiçəyin dişi orqanlarının hazırladığı şəkərli maye var. Bundan başqa gecə vaxtı tozcuqların bağlı olduğu torbacıqlar açılır və böcəklər bunlara bulanırlar.

Böcəklər çiçəyin içində bir gecə qalırlar. Səhər tezdən çiçəyin üzərində olan tikanlar bükülərək böcəklərin yuxarı dırmaşması üçün nərdivan funksiyası daşıyırlar. Nərdivandan dırmaşan böcəklər, azadlıqlarına qovuşan kimi vəzifələrini yerinə yetirmək üçün mayallanmaya hazır olan tozcuqlarla birlikdə başqa zambağa üz tuturlar.

passiflore

Passiflora çiçəyi

Maraqlı gözəlliyi olan Passiflora çiçəyi, yarpaqlarının üzərində yerləşən kiçik iynələrin sayəsində tırtıllara qarşı özünü qoruyur. Bu iynələr, yumurtadan çıxan tırtılların ən kiçik yer dəyişdirməsi nəticəsində bədənlərinə batır. Beləliklə, passiflora çiçəyi, bu tırtıllar hələ doğulub ona zərər vermədən tədbirini almış olur.
 

Novruzgülü

 novruz-gulu Ətrafımızdakı gözəlliklər bəzən olduqca təsir edici formalarda meydana çıxırlar. Qışda qar örtüyünün altında donaraq qorunan novruzgülləri, yazda qarların əriməsi ilə birlikdə çiçək açırlar. Qarların içindən çıxan bu böyük gözəllik və rəng çalarları, Allahın yaradışındakı qüsursuzluğun və ehtişamın nümunələrindən sadəcə biridir.

 

 

Daş kaktusu

 das-kaktusuŞəkildə görünən bu canlı qayalar həqiqətdə torpağın altında gizlənmiş olan bir bitkinin ətli yarpaqlarıdır. Çiçək açmadığı zamanlarda qayadan fərqlənməyən daş kaktus bitkisi əslində həqiqi kaktus deyil. Qayaya bənzəyən görünüşü onun düşmənlərindən qorunmasını təmin edir.

 

 

 

 

Küsdüm otu

Küsdüm otunun çox maraqlı müdafiə sistemi var. Bu bitkinin yarpaqlarına toxunduqda bir neçə saniyə ərzində, sapla birlikdə yarpaqlarının gövdəyə doğru əyildiyini görürük. Əgər bitkini narahat edən təsir davam etsə bu dəfə küsdüm otu aşağıya doğru ikinci bir hərəkətlə gövdəsinin üzərindəki iti tikanları ortaya çıxarır. Bu da böcəkləri qaçırmaq üçün kifayətdir. Bitkidəki bu hərəkəti reallaşdıran mexanizm elektrik cərəyanları ilə başlayır. Bu axın insan bədənindəki sinirlərdən keçən axın kimidir. Bitkinin reaksiyaları bizdə olduğu qədər sürətli deyil. Bununla birlikdə bitki özünü daşıyan kanallar vasitəsilə çatdırılan elektrik siqnalları 30 santimetrlik məsafəni bir-iki saniyəyə keçir. İstilik nə qədər yüksək olsa, reaksiya o qədər sürətli olur.  kusdum-otu Hər bir yarpağın dibi (yarpağın sapı ilə birləşdiyi yerdə) olduqca qabarıqdır. Buradakı hüceyrələr maye ilə doludur. Xəbərdarlıq bura çatdığı zaman yarpağın dibindəki qabarıqlığın alt yarısı birdən suyunu boşaldır və eyni anda digər üst hissə bu suyu özünə çəkir. Və yarpaq aşağıya doğru düşür. Beləlikə xəbərdarlıq saplar boyunca irəliləyərkən, yarpaqlar domino daşları kimi tək-tək, dalba-dal bağlanır. Bu şəkildə müdafiə reaksiyasından sonra bitkinin təkrar hüceyrələrini doldurub, yarpaqlarını aça bilməsi üçün 20 dəqiqə lazımdır.

 

 

 

 

Genlisia

Genlisianın tələsi heyvan bağırsağına bənzəyir. Torpaq altında budaqlanan yarpaqları içi boş borular şəklindədir. Torpaqdan çəkilən su bu borularda irəliləyir. Boruların uclarındakı yarıqlarda, bitkinin içinə doğru yönəlmiş bir axıntı var. Bu axıntı, bitkinin içində su nasosla vuran tükcüklərdən qaynaqlanır. genisia Su içindəki böcəklər və digər orqanizmlər, axıntı səbəbi ilə boruların uclarındakı yarıqlardan içəri doğru süründürülür. Bu süründürülmə boyunca keçdikləri hər yer ucları aşağıya baxan qalın və sərt tüklərlə örtülüdür. Tükcüklər də qapaq funksiyasını yerinə yetirərək böcəyi bitkinin içinə doğru aparan təsir meydana gətirir. Qurban içəriyə doğru irəlilədikcə silsilə öldürücü həzm vəziyləri ilə qarşılaşırlar. Sonunda da Genlisianın qidası olurlar.

 

 

 

 

Torbaotunun Qurduğu Tələ

torba-otu Elm dünyasında “Utricularia” adı ilə tanınan torbaotu su bitkisidir. Torbaotunun kisə formasındakı qapanlarında üç tip ifrazat vəzi olur: Bunlardan birincisi qlobal ifrazat vəzləri tələnin xarici tərəfində yerləşir. Digər iki tip ifrazat vəzi, yəni “dörd qollu ifrazat vəzləri” və “iki qollu ifrazat vəzləri” isə tələnin daxili tərəfində yerləşir. Bu fərqli ifrazat vəzləri bu maraqlı tələni mərhələli olaraq işlədir. Əvvəlcə daxili səthdəki ifrazat vəzləri dövrəyə girir. Bu vəzlərin üzərindəki tüklər suyu torbaotunun xaricinə doğru nasosla vurur. Beləliklə, torbaotunun daxilində böyük boşluq meydana gəlir. Bu boşluğun ağzında isə dəniz suyunun təkrar içəri girməsinə maneə törədən tələ var. Bu tələnin üzərində olan tüklər isə toxunmağa qarşı olduqca həssasdır. Sudakı böcək və ya orqanizm bu tüklərə dəysə tələ sürətlə açılır. Təbii olaraq da içi boş olan torbaotuna doğru ani su axını meydana gəlir. Bu axıntıya qapılan qurban daha nə olduğunu anlamadan tələ bağlanır. Saniyənin mində biri qədər qısa çəkən bu hadisədən dərhal sonra isə ifrazat vəzləri içəridə tutulan ovu həzm etmək üzrə maye ifraz etməyə başlayır.

Torba otunun en kəsiyi və tələnin funksiyası:

1- Ov tələnin həssas tüklərinə toxunur; 2- Tələ tez açılır, heyvan içəri çəkilir; 3- Qapı ovun üzərinə bağlanır.

 

 

 

 

Fərqli ovçu: Miçəktutan bitkisi

Milçək ovlayan bitki

Təbiətdə heyrətamiz üsullarla ov edən bitkilər də mövcuddur. Bunlardan biri olan milçəkqapan birkisi üzərində gəzən milçəkləri tutaraq onlarla qidalanır. Bu bitkini böcəklərə cazibəli göstərən isə qırmızı rəngli yarparlar və bu yarpaqların ətrafındakı vəzilərdən ifraz olunan şəkər qoxulu şirədir. Qoxunun möhtəşəm cazibəsinə tutulan milçək çox tərəddüd etmədən bu qəribə bitkinin üzərinə qonur. Qida mənbəyinə doğru gedən həşərat istər-istəməz bitki üzərindəki zərərsiz görünən tükcüklərə də toxunur. Bu zaman bitki qəfildən bağlanır və milçək möhkəm bağlanan bir cüt yarpağın arasında sıxılaraq qalır. Daha sonra milçəkqapan bitkisi "ət əridici" maye ifraz etməyə başlayır. Qısa müddət ərzində milçəyi jele halına gətirir və əmərək onunla qidalanır.

Bitkinin bağlanma sürəti insan əlinin maksimum bağlanma sürətindən daha çoxdur. Əliniz açıq olarkən ortasına qonan milçəyi tutmağa cəhd etsəniz, böyük ehtimalla bacara bilməzsiniz. Lakin milçəkqapan bitkisi bunu bacarır. Bəs əzələ və sümükləri olmayan bir bitki necə olur ki, bu cür ani hərəkət edə bilir? Tədqiqatçılar milçəkqapan bitkisinin daxilində elektrikli sistemin olduğunu müəyyən ediblər. Bitkinin tükcüklərində milçəyin toxunması nəticəsində yaranan mexaniki təsir tükcüklərin altındakı qəbuledicilərə ötürülür. Qəbuledicilərin verdiyi siqnallar isə yarpaqları ani hərəkət etdirən mühərrik hüceyrələrə göndərilir və milçəyi udan mexanizm hərəkətə keçir.

Mühərrik hüceyrələr çox mükəmməl bir dizayna sahibdir. Bunlar elektrik siqnalını qəbul edən kimi tərkibindəki su tarazlığını dəyişdirirlər. Yarpaqların əmələ gətirdiyi tələnin daxili hissəsindəki hüceyrələr tərkiblərindəki suyu buraxaraq qatlanırlar. Bu proses havası alınmış şarın bükülməsinə bənzəyir. Tələnin xaricindəki hüceyrələr isə həddindən artıq su qəbul edərək şişir. Bu elə ardıcıl baş verir ki, tələ çox sürətlə bağlanır. İçəridə qalan milçək isə tərpəndikcə tükcüklərə toxunur və elektrikli təzyiqin yenidən əmələ gələrək yarpağın daha möhkəm bağlanmasına səbəb olur. Bu zaman tələnin səthindəki həzm vəzilərinə xəbərdarlıq göndərilir. Bunun nəticəsində də vəzilər milçəyi yavaş-yavaş əridən maye ifraz etməyə başlayır. Daha sonra isə bitki zəngin zülal tərkibli şorbaya çevrilən milçəyin jelesi ilə qidalanır. Qidalandıqdan sonra isə tələni bağlayan mexanizm tərsinə işləyərək onun açılmasını təmin edir.

Sistemin digər maraqlı xüsusiyyəti isə ondan ibarətdir ki, tələnin hərəkətə keçməsi üçün tükcüklərə iki dəfə dalbadal toxunmaq lazımdır. Milçək tələsi cüt hərəkətli mexanizm sayəsində lazım olmadıqda bağlanmır. Məsələn, bitkinin üzərinə yağış damcısı düşəndə tələ hərəkətə keçmir. Bütün bunlar onu göstərir ki, ən incə təfərrüatına qədər hesablanmış bu sistem üstün bilgiyə və dizayna sahibdir. Belə bir dizayn isə təsadüfən yarana bilməz. Aydındır ki, bütün təbiətə hakim olan üstün güc sahibi Rəbbimiz milçəkqapan bitkisinə bu xüsusiyyətləri bəxş etmişdir. 

 

 

 

 

 

Şehçiçəyi bitkisi

Bu bitkinin yarpaqları uzun qırmızı tüklərlə doludur. Bu tüklərin ucu böcəkləri özünə çəkəcək qoxu ehtiva edən maye ilə örtülüdür. Mayenin bir başqa xüsusiyyəti isə son dərəcə yapışqan olmasıdır. Qoxunun qaynağına yönələn böcək, bu yapışqan tüklərə ilişir. Böcək xilas olmaq üçün vurnuxduqca, tüklər heyvanı daha yaxşı tutaraq bükülməyə başlayır. Tərpənə bilməyən böcək zülal parçalayıcı ifrazat içində həzm edilir. Bitkinin hərəkət sistemi Milçəktutan bitkisinə bənzəyir. Təpəsində və sapındaki tükcüklər titrəyir və diblərində yaranan elektrik axınları reaksiyanı başladır. Bu cazibədar ovlanma sistemi üzərində düşünək. Bitkinin ovunu tuta bilməsi və həzm edə bilməsi üçün bütün sistemin mövcud olması lazımdır. Bir hissənin əskikliyi bitki üçün ölüm deməkdir. Məsələn: yarpağın daxilindəki tüklər olmasa böcəyin içəridə gəzməsinə baxmayaraq reaksiya heç bir zaman başlamayacağından bitki bağlana bilməyəcək. Və ya bağlanma sistemi olsa, ancaq böcəyi həzm edəcək ifrazat olmasa, bütün sistem məhv olacaq. Bitki ağcaqanadları cəzb edəcək bir qoxu ifraz etməsə, bu dəfə tələ özünə ov tapa bilməyəcək. Qısası sistemin əskik olması, bitkinin ölümü deməkdir.

Bəhs etdiyimiz bu bitki növü yarandığı andan etibarən bütün xüsusiyyətlərə sahibdir. Əlbəttə, bitki birdən birə dəyişib ovçu olmayıb. Təbii bitkini bu cür usta ovçu edən “təsadüflərin sehrli gücü” deyil. Buradakı ən mühüm cəhət bu usta ovçunun düşüncədən məhrum bir canlı olmasıdır. Əgər bu canlı bitki deyil, heyvan olsaydı, hərhalda təkamül tərəfdarları heyvanın öz-özünü, “təbiət”in də təqdir olunacaq (!) köməkliyi ilə inkişaf etdirdiyini iddia edəcəkdilər. Bu cür beyinə və ya buna oxşar struktura sahib olmayan sistem, şüursuz bitkidə var. Bitki, əlbəttə, ov ovladığının fərqində belə deyil. O da digər bütün bitkilər kimi heç bir səy sərf etmədən qidalana bilən sistemlə birlikdə yaradılmışdır.