Fotosintez Üçün Lazım Olan Hər şey Kimi, Günəş İşığı da Xüsusi Olaraq Nizamlanmışdır.
Günəş işığı yarpağın üzərinə düşdüyündə yarpaqdakı təbəqələr boyunca irəliləyir. Yarpaq hüceyrələrindəki xloroplastların içində yerləşən xlorofillər bu işığın enerjisini kimyəvi enerjiyə çevirir. Bu kimyəvi enerjini əldə edən bitki isə bunu dərhal qida üçün istifadə edir. Elm adamlarının bir neçə cümlədə izah etdikləri bu informasiyanı XX əsrin ortalarında əldə edə bilmişlər. Fotosintez prosesini anlamaq üçün səhifələrlə reaksiya zəncirləri yazılır. Lakin hələ bu zəncirlərdə bilinməyən halqalar mövcuddur. Halbuki bitkilər yüz milyonlarla ildir bu prosesləri səhv etmədən reallaşdırıb dünyanı oksigen və qida ilə təmin edirlər.
Amerikalı astronom Corc Greenstein The Symbiotic Universe adlı kitabında bu qüsursuz kompleks haqqında bunları yazıb: .
"Fotosintezi həyata keçirən molekul xlorofildir... Fotosintez prosesi bir xlorofil molekulunun Günəş işığını absorbsiya (latınca - absorption - udulma, hopma, canına çəkmə) etməsi ilə başlayır. Amma bunun reallaşması üçün işıq düzgün dalğa uzunluğunda olmalıdır. Digər işıqlar isə prosesin getməsinə yaramayacaqlar. Buna nümunə kimi televizoru göstərə bilərik. Televiziya kanalının yayımını tutmaq üçün onu uyğun olan tezliyə nizamlamaq lazımdır. Kanalı başqa bir tezliyə nizamlayanda isə görüntü əldə edilmir. Eyni şey fotosintezə də aiddir. Günəşi televiziya verilişi yayaımlayan stansiya kimi qəbul etsəniz, xlorofil molekulunu da televizora bənzədə bilərsiniz. Əgər bu molekul və Günəş bir-birlərinə uyğun şəkildə nizamlanmış olmasalar, fotosintez meydana gələ bilməz. Günəşə baxdığımızda isə şüalarının rənginin hamısının lazımlı yerdə olduğunu görürük."
Qısaca desək, fotosintez prosesinin reallaşması üçün yuxarıdakı şərtlərin olması zəruridir. Bax elə burada bir sualı da qiymətləndirməkdə fayda vardır:
Fotosintez prosesi zamanı və ya molekulların vəzifəsində hər hansı bir dəyişiklik ola bilərmi? Bu suala təbiətdəki həssas tarazlıqların təsadüflər nəticəsində meydana gəldiyini iddia edən təkamül müdafiəçilərinin verəcəyi cavablardan biri "başqa mühit olsaydı, canlılar o mühitlərə də uyğunlaşmanı təmin edəcəkləri üçün bitkilər də o mühitə görə fotosintez edə bilərdilər" olacaq. Halbuki bu tamamilə səhv məntiqdir. Çünki bitkilərin fotosintez edə bilmələri üçün günəşin yaydığı işıqların hazırki şərtləri olmalıdır. Bu məntiqin səhv olduğunu təkamülçü astronom Corc Greenstein bu şəkildə ifadə edir:
"Bəlkə insan burada adaptasiyanın reallaşdığını düşünə bilər. Bitkinin həyatının Günəş işığının xüsusiyyətlərinə uyğunlaşdığını nəzərə alsaq, molekullar işığın bəzi rənglərini absorbsiya edə bilirlər. İşığın absorbsiya prosesi molekulların içindəki elektronların yüksək enerji səviyyələrinə olan tarazlılıqları ilə əlaqədardır və hansı molekula nəzər yetirsəniz, bu işi reallaşdırmaq üçün lazım olan enerji eynidir. İşıq fotonlardan ibarətdir və başqa enerji səviyyəsində foton heç cür absorbsiya oluna bilməz... Qısaca desək, ulduzların təbiəti ilə molekulların təbiəti arasında çox yaxşı bir uyğunlaşma vardır. Bu uyğunlaşma olmasa, həyat qeyri-mümkün olardı".
Bitkilərin fotosintez edə bilmələri üçün günəşin müəyyən dalğadakı işığının varlığı vacibdir. Həyat üçün zəruri olan bu uyğunlaşma heç cür təsadüflərlə açıqlana bilməyən qüsursuz uyğunlaşmadır.