Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Təkamül nağılları: pulcuqlar tüklərə çevrilir

13 May 2014 01:22

Təkamülçü bir mənbədə sürünənlərin məməlilərə çevrilməsi haqqında belə bir hekayə nəql edir:



Soyuq ərazilərdə yaşayan bəzi sürünənlər bədənlərini isidən bir üsul əmələ gətirdilər"¦ Pulcuqları getdikcə daha da sivriləşərək tüklərə çevrildi. Bu məqamda həyata keçən digər bir uyğunlaşma isə tərləmənin əmələ gəlməsi oldu; bu, canlıya lazım gəldikdə suyun buxarlanması nəticəsində bədənini soyutma imkanı verirdi. Bu zaman gözlənilmədən bəzi balalar qidalanmaq üçün analarının bədənindəki təri yalamağa başladılar. Bəzi tər vəziləri bu səbəbdən getdikcə daha çox tər ifraz etməyə başladı və bu ifrazat nəticədə südə çevrildi. Beləliklə, bu ilk məməlilərin balaları həyata daha yaxşı başladılar. (Эеорэе Эамоw, Мартйнас Йъас, Мр. Томпкинс Ынсиде Щимселф, Аллен & Унwин, Лондон, 1966, с. 149)

Bu təkamülçü iddianın doğruluğunun sübut edilməsi üçün tərin südə, pulcuğun isə tükə çevrilməsi kimi "qeyri-mümkün" hadisələrin elmi cəhətdən sübut edilməsi zəruri olmuş və minlərlə alim bu hekayəyə vaxt sərf etmişlər. Əslində isə bu çevrilmələrin heç biri mümkün deyil. Əvvəla, bir körpənin ehtiyacı olan hər şeyi tərkibində ehtiva edən ana südü yuxarıdakı iddiadakı kimi "tərin" təkamül keçirməsi ilə mümkün deyil. Çünki ana südü körpənin ehtiyacına görə xüsusi uyğunlaşdırılmış, hər mərhələdə müəyyən bir planlaşdırmaya əsasən nizamlanan maddədir. Bir körpənin ehtiyacı olan hər cür maddə məhz lazım olduğu vaxtda ana südündə yaranır. Məsələn, körpənin kalsiuma ehtiyacı olduğu gün ana südünün tərkibində külli miqdarda kalsium olur. Bu cür nizamlama körpənin inkişafına görə ehtiyacı olduğu digər bütün maddələrə də aiddir. Aydındır ki, bu cür möcüzəvi bir qida maddəsinin şüursuz təsadüflərlə əmələ gəlməsi mümkün deyil.

Eyni şəkildə yuxarıdakı iddianın digər hissəsi olan "sürünənlərin pulcuqlarının məməli tüklərinə təkamül nəticəsində çevrilməsi" hekayəsi də elmi faktlarla ziddiyyət təşkil edir. Pulcuqlar və tüklər bir-birindən tamamilə fərqli quruluşdadır:

1- Tüklər folikulyar quruluşa malikdir, yəni bir kisəciyin içində böyüyürlər. Pulcuqlar isə dərinin içindəki qatlardır. Bundan başqa, pulcuqların inkişaf, böyümə və tökülmə mərhələləri tüklərdən fərqlidir, bu cəhətlərilə bir-birlərinə əsla bənzəmirlər.
2- Tüklərin pulcuqlardan təkamül nəticəsində əmələ gəldiyinə dair heç bir dəlil yoxdur. Təkamülçülərin bu iddiaları ilə bağlı daşlaşmış qalıqlar (fosillər) olmadığı kimi, iddia ediləcək məntiqli mexanizm də yoxdur.