Yer planetinin həyat üçün xüsusi şəkildə yaradılmış və bütün xüsusiyyətləri bu məqsədə görə nizamlanmışdır. Ancaq burada bir şeyi xatırlatmaq lazımdır. Bu xüsusilə təkamül nəzəriyyəsini elmi həqiqət hesab etməyə adət etmiş və "adaptasiya" anlayışına inanan insanlara aiddir.
Adaptasiya "uyğunlaşma" deməkdir. Bütün canlıların ortaq əcdaddan təsadüflər nəticəsində törədiklərini müdafiə edən təkamül nəzəriyyəsi isə
adaptasiya anlayışını tez-tez işlədir. Təkamülçülər canlıların yaşadıqları mühitə uyğunlaşması nəticədə tamamilə yeni canlı növlərinə çevrildiklərini
iddia edirlər. Bu iddianın əsassızlığını, canlıların təbii şərtlərə uyğunlaşma mexanizmlərinin sadəcə müəyyən hədlər çərçivəsində həyata keçdiyini
və əsla bir növü başqa bir növə çevirə bilməyəcəyini başqa yazılarımızda da nəzərdən keçirmişdik. Əslində adaptasiya ilə təkamül anlayışı Lamark
dövrünün bəsit elm anlayışının qalığıdır və çoxdan elmi faktlarla təkzib edilmişdir.Ancaq elmi əsası olmasa da adaptasiya fikrini, xüsusilə də burada
bəhs edəcəyimiz mövzu baxımından, çox insan qəbul edir. Bu şəxslərə Yerin həyat üçün xüsusi planet olduğu izah edildikdə dərhal "bu cür
planetin şərtləri daxilində belə bir həyat meydana gəlib, başqa planetlərdə isə başqa cür həyat əmələ gələ bilər" kimi fikirlərə düşürlər.
Məsələn, Yer üzündə bizim kimi insanlar yaşayır, Neptun kimi bir planetdə -218°C dərəcədə tərləyən, oksigen əvəzinə heliumla nəfəs alan və ya su
əvəzinə sulfat turşusu içən balaca yaşıl adamların yaşaya biləcəyini düşünürlər. Hollivud studiyalarında çəkilən və bu xəyali balaca yaşıl adamları
təsvir edən bir sıra elmi-fantastik filmlər də bu insanların xəyal güclərini qane edir.
Lakin bu xəyal gücünün əsasında cahillik durur. Belə ki, biologiya və biokimya haqqında məlumatı olan təkamülçülər bu cür fantaziyaların tərəfində
deyillər. Çünki həyatın sadəcə müəyyən elementlərlə və müəyyən şərtlər təmin edildiyi təqdirdə mövcud olacağını olduqca yaxşı bilirlər. Balaca yaşıl
adamlar nağılını müdafiə edənlər hər zaman təkamül anlayışına kor-koranə inanan, ancaq biologiya və biokimya haqqında heç bir şey bilməyən və bu
məlumatsızlığın verdiyi cəsarətlə uydurma ssenarilər irəli sürən insanlardır.
Buna görə sözügedən adaptasiya səhvini aradan qaldırmaq üçün bildirilməlidir: həyat sadəcə müəyyən elementlərlə və müəyyən şərtlər
təmin edildiyi təqdirdə mövcud ola bilər. Elmi cəhətdən doğru olan yeganə həyat modeli "karbondan təşkil edilən həyat" dır və elm
adamları kainatın heç bir yerində başqa cür fiziki həyatın olmasının qeyri-mümkün olduğu nəticəsinə gəlmişlər.
Karbon elementlərin dövri cədvəlindəki altıncı elementdir. Bu atom Yer üzündəki həyatın təməlidir, çünki bütün əsas üzvi molekullar (amin turşuları,
zülallar, nuklein turşuları kimi) karbon atomunun digər bəzi atomlarla müxtəlif formalarda birləşməsindən əmələ gəlir. Karbon, hidrogen, oksigen və
azot kimi digər atomlarla birləşərək orqanizmimizdəki milyonlarla müxtəlif növdə zülal əmələ gətirir. Karbonu əvəz edəcək başqa bir element
yoxdur, çünki başqa heç bir element karbon kimi saysız növdə əlaqə qurma xüsusiyyətinə malik deyil.
Beləliklə, kainatdakı hər hansı bir planetdə həyat meydana gələcəksə, bu mütləq "karbon əsaslı" həyat ola bilər. (Michael Denton,
Nature's Destiny, s. 106)
Karbon əsaslı həyatın isə dəyişməz qanunları var. Karbon əsaslı üzvi birləşmələr (məsələn, zülallar) sadəcə müəyyən bir temperaturda mövcud
olurlar. 120°C-dən yuxarı temperaturda parçalanır, -20°C-dən aşağı temperaturda isə donurlar. Sadəcə temperatur deyil, işıq, yerin cazibə
qüvvəsi, atmosfer tərkibi, maqnetik güc kimi amillərin də karbon əsaslı həyata imkan yaratmaları üçün müəyyən sərhədlər çərçivəsində olmalıdırlar.
Yer məhz bu cür sərhədlərə malikdir. Əgər bu hədlərdən biri pozulsa, məsələn, Yerin səth temperaturu 120°C-dən yuxarı olarsa, artıq Yer kürəsində
həyat olmaz.
Buna görə nə Yerdə, nə də başqa bir planetdə -218°C dərəcədə tərləyən, oksigen əvəzinə heliumla nəfəs alıan, su əvəzinə sulfat turşusu içək
balaca yaşıl adamların yaşaması mümkün deyil. Həyat ancaq xüsusi və müəyyən şərtlərin təmin edildiyi mühitdə ola bilər. Başqa sözlə, canlılar
ancaq onlar üçün xüsusi şəkildə dizayn edilmiş məkanda yaşaya bilər. Yer kürəsi məhz bu cür xüsusi şəkildə dizayn edilmiş məkandır.