Sitologiya (yunan. "sitos"-hüceyrə, "logos"-elm ) "” hüceyrə haqqında elmdir.
Sitologiyanın predmeti - çoxhüceyrəli heyvan və bitki hüceyrələri, həmçinin tək hüceyrəli orqanizmlər - bakteriyalar, heyvan və bitkilərdirlər.
Sitologiya həmçinin hüceyrənin quruluşunu və kimyəvi tərkibini, hüceyrədaxili strukturların funksiyalarını və quruluşlarını, heyvan və bitki daxilində hüceyrələrin funksiyalarını, hüceyrənin çoxalması və inkişafını, hüceyrənin ətraf mühitə uyğunlaşmasını öyrənir.
Sitologiya digər bioloji elmlərlə qarşılıqlı sürətdə əlaqədədir. Misal üçün Molekulyar Biologiya, Botanika, Fiziologiya, Zoologiya, Kimya,Fizika.
Sitologiyanın əsası bir elm kimi təxminən 100 il əvvəl qoyulmasına baxmayaraq, hüceyrə özü 1556-cı ildə Robert Huk tərəfindən kəşf edilmişdir və ona hüceyrə (hücrə) adı vermişdir.