biologiyanın bir bölməsi olub canlı orqanizmlərdə baş verən dəyişiklikləri molekulyar səviyyədə öyrənir. Digər bioloji elmlər xüsusilə də hüceyrə biologiyası, genetika, biokimya ilə sıx əlaqəlidir və bu sahələrin inkişafı nəticəsində meydana çıxmışdır. Molekulyar biologiya DNT, RNT, zülal biosintezi də daxil olmaqla bir hüceyrənin müxtəlif sistemləri arasında qarşılıqlı təsiri və tənzimləməni öyrənir. Molekulyar biologiya haqqında ilk rəsmi qeyd Uorren Uiverə (ing. Warren Weaver; 1894-1978) məxsusdur.