Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Gecə ifraz olunan hormonlar

22 Aprel 2015 01:22

Gecə ifraz olunan hormonlar hansılardır və vəzifələri nələrdir?

  Bu hormonlar həyatımıza necə təsir edir?

Günün müxtəlif vaxtlarında bədənimiz müxtəlif maddələr ifraz edir. Gün ərzindəki fəaliyyətlər, fiziki hərəkətlər, qəbul edilən qidalar, gün boyu insanın içində olduğu ruh halı, gecə və gündüz olması, oyaq və ya yuxu vəziyyətində olması kimi faktorlar bədən mayelərinin ifraz olunmasını artırır və ya azaldır. Bədənimiz üçün hayati əhəmiyyət kəsb edən bu hormonlardan bəziləri gecə ifraz olunur. Bunlar aşağıdakılardır:

Melatonin hormonu

Melatonin hormonunun əsas vəzifəsi bədənin bioloji saatını və ritmini tənzimləməkdir. Hormonun istehsal olunması gün ərzində işığın vəziyyətinə görə dəyişir. Hormon gecə istehsal olunmağa başlayır və səhərə yaxın dayanır. Melatoninin ifraz olunmaması, əsasən, saat 21:00- 22:00 arasında başlayır. Saat təqribən 02:00-04:00-də isə ən yüksək miqdara çatır və 07:00-09:00 arasında dayanır. Gecə nə qədər uzansa, melatoninin ifraz olunması da o qədər uzun müddət davam edir.

Melatoninin ifraz olunması mövsümə görə də dəyişir. Günlər uzandıqca bu hormonun istehsalı azalır, qısaldıqca artır. Günlərin qısa olduğu qış fəslində melatoninin istehsalı artır və hormon daha erkən istehsal olunmağa başlayır. Yay günlərində isə azalır və daha gec ifraz olunur. Beynin kiçik, qaranlıq bir hissəsində olan, xaricdəki qaranlıq və aydınlıqdan və ya fəsillərə görə gecənin qısalıb uzanmasından xəbəri olmayan bu hüceyrələr sanki nə qədər hormon istehsal etməli olduqlarını bilirlər.

Melatonin hormonu hüceyrə sistemini yeniləyərək immun sistemini gücləndirir

Melatonin başda xərçəng olmaqla xəstəliklərə təzyiq edir. Bundan başqa, melatonin müalicəedici dozalarda verildiyi zaman şiş hüceyrələrini birbaşa öldürücü təsirə malikdir. Gecələr melatonin səviyyəsi aşağı olan insanlarda ürək, qan dövranı xəstəliklərinin olması bu hormonun qan-damar sistemi üçün nə qədər mühüm olduğunu göstərir.

Melatonin bədənin bioloji saatını qoruyub ritmini tənzimləyir 

İnsan bədəni hər gün eyni saatda avtomatik olaraq müəyyən funksiyalar yerinə yetirir, bədən temperaturunu dəyişdirir, hormonlar ifraz edir. Biz bunların çoxunun fərqinə də varmırıq. Məsələn, bu bioloji bədən saatına uyğun olaraq bədənimiz axşamlar temperatur itkisinin qarşısını almaq üçün bədən temperaturunu aşağı salır, səhərlər isə bədəni gündəlik fəaliyyətə hazırlamaq üçün artırır. İnsanlarda bədən temperaturu bir gündə təqribən bir dərəcə aşağı düşür və qalxır. Bu mühüm hadisələr melatonin hormonunun ifraz olunması ilə mümkün olur. Beyinin xüsusi bir hissəsində istehsal edilən bu hormon bədəndəki ritmik kimyəvi reaksiyaların əlavə məhsulu olaraq əmələ gələn zəhərli tullantılara qarşı da qoruyucu bir xüsusiyyətə malikdir. Bundan əlavə, melatonin hormonu stress, sıxıntı və narahatlığı, eyni zamanda, yaşlanma xüsusiyyətlərini azaldır. Bu qədər mühüm vəzifələri olan beynimizin ifraz etdiyi melatonin hormonu hava qaranlıqlaşdıqdan sonra istehsal olunur. Dərinin yenilənmə prosesini bu hormon başladır. 

Prolaktin Hormonu

Ananın döşündəki süd vəzilərini hərəkətə keçirən xüsusi hormon olan prolaktin hipofiz vəzindən ifraz olunur. Körpə əmməyə başladıqda sinirlər vasitəsilə onurğa beyninə impuls gəlir, buradan çıxan bir yol ilə hipotalamus hərəkətə keçir, oksitosin ve vazopressin ifraz edir. Bu iki hormon qana qarışaraq döşə çatır və buradakı hüceyrələr sıxılır, hüceyrələrdəki süd kanallara enir. Beləliklə, körpənin süd əmməyə başlamasından 30 saniyə sonra süd axmağa başlayır. Körpənin qidalanmasında əsas rol oynayan prolaktin hormonunun ifraz olunması gecə maksimum səviyyəyə çatır.

Testosteron hormonu

Testosteron hormonu hipofiz vəzindən ifraz olunan LH- lyüteyinləşdirici hormonu sayəsində istehsal olunur. Lakin testosteron LH hormonunun nəzarətində olduğu kimi LH hormonu da testosteronun nəzarətindədir. Qanda testosteronun miqdarı artdığı zaman testosteron molekulları hipofiz vəzindən daha çox LH hormonu istehsal etmələrini tələb edir. Testosteronun miqdarı azaldığı zaman LH hormonunun istehsalı yenidən başlayır. İstehsal olunan LH hormonu xayaları hərəkətə keçirir və azalan testosteron miqdarının artırılması üçün əlavə hormon istehsal edilməsini əmr edir. Kişi bədəninə xas olan xüsusiyyətləri meydana gətirən bu hormon günün hər saatında ifraz olunmaqla yanaşı, gecə 40% daha çox ifraz olunur. Kişi üçün xüsusi yaradılmış bu sistem aləmlərin Rəbbi Allah’a aiddir. 

Tiroid hormonu

Tiroid hormonunun ürək əzələsinin yığılma gücünün, ürək döyüntüsünün sayının, tənəffüsün və bağırsaq fəaliyyətinin tənzimlənməsində, oksigen sərfi və temperatur istehsalında, qan hüceyrələrində eritrositlərin əmələ gəlməsində, sümük osteogenez və  osteolizində, karbonhidrat, yağ, zülal və vitamin metabolizminin tənzimlənməsində, ana qarnındakı körpənin beyin və sümüyünün inkişafında çox mühüm rolu vardır.

Tiroksin hormonuna ehtiyac duyulanda hormonal sistemin beyni olan hipotalamus hormonal sistemin  “drijoru” olan hipofiz vəzinə əmr (TRH- Tirotropin ifraz edən hormon) göndərir. Əmri alan hipofiz vəzi tiroid vəzisinin hərəkətə keçməli olduğunu anlayır. O da dərhal tiroid vəzinə bir əmr (TSH- Tiroid vəzini hərəkətə keçirici hormon) göndərir. Əmirlər zəncirinin son halqası olan tiroid vəzi də ona gələn bu əmrə uyğun olaraq dərhal tiroksin hormonu istehsal edir və qan yolu ilə bunu bütün bədənə paylayır.

Tiroid xəbərdaredici hormon gecə saat 02:00 – 04:00 arasında maksimum səviyyəyə çatır. Axşam saat 18:00–22:00 arasında isə minimum səviyyədə olur. Bu iki saat arasında 50% fərq vardır. Burada mükəmməl şəkildə uyğunluqla işləyən bir sistemin qurulduğu aşkara çıxır. Bu sistem Allah’ın tiroid hormonunu yaratmasındakı qüsursuzluğu bir daha sübut edir. 

Böyümə hormonu

Hormon sistemi sinir sistemi ilə birlikdə bədən hüceyrələrinin koordinasiyasını təmin edir. Əgər sinir sistemi internet vasitəsilə göndərilən mesajlara bənzədilsə, hormon sistemi məktub vasitəsilə göndərilən mesajlara bənzəyər; daha yavaşdır, lakin daha uzun müddət effektivdir. İnsan sahib olduğu xarici görünüş və fiziki xüsusiyyətləri Allah’ın qüsursuz şəkildə yaratdığı bu kiçik hormonlara borcludur. Bu da insanın yaradılışının Allah tərəfindən necə həssas tarazlıqlar ilə qurulduğunun başqa bir dəlilidir.

 

Bir yaşındakı uşaq doğulduğu günlə müqayisədə təqribən iki dəfə ağır, 50% daha uzun olur. Bir il ərzində böyük bir sürətlə kökəlmiş, boyu uzanmış və bədəni bərabər şəkildə böyümüşdür. Təqribən 3 kq ağırlığı, 50 sm boyu olan yeni doğulmuş bir körpə iyirmi - iyirmi beş il müddətində təxminən 80 kq ağırlığında, 1.80 sm uzunluğunda yetkin bir insana çevrilir. Bütün bunları təmin edən hipofiz vəzindən ifraz olunan möcüzə bir molekul - böyümə hormonudur. Kiçik bir körpənin yetkin bir insan olması üçün lazım olan böyümə prosesi iki müxtəlif şəkildə həyata keçir. Bəzi hüceyrələr həcmlərini artırır, bəzi hüceyrələr isə bölünərək çoxalırlar. Məhz bu iki prosesi böyümə hormonu həyata keçirir və idarə edir.

Böyümə hormonu beyindəki hipofiz vəzindən ifraz olunur və bədənin bütün hüceyrələrinə təsir edir. Hər hüceyrə hipofiz vəzindən ona gələn mesajın mənasını bilir. Əgər genişlənməlidirsə, genişlənir. Bölünərək çoxalmalıdırsa, çoxalır. Məsələn, yeni doğulmuş körpənin ürəyi yetkin halının təqribən 16-da biri qədərdir. Bununla belə  hüceyrə sayı ümumilikdə yetkin insan ürəyindəki ilə eynidir. Böyümə hormonu inkişaf dövründə ürək hüceyrələrinə bir-bir təsir edir. Hər hüceyrə böyümə hormonunun ona əmr etdiyi qədər inkişaf edir. Beləliklə, ürək də böyüyərək yetkin bir insanın bədəninə qan qova biləcək bir ölçüyə çatır. Sinir hüceyrələrinin çoxalması da körpə hələ ana bətnində olarkən 6-cı ayın sonunda dayanır. Bu mərhələdən doğuşa və doğuşdan yetkinliyə qədər olan dövrdə sinir hüceyrələrinin sayı sabit qalır. Bədən böyüdükcə böyümə hormonu sinir hüceyrələrinə də həcmlərini artırmağı əmr edir. Beləliklə, sinir sistemi böyümə çağının axırına yaxın son vəziyyətinə gəlir. İnsanın inkişafı üçün olduqca mühüm olan böyümə hormonu insan yuxuya keçən kimi qanda maksimum səviyyəyə çatır.

Qanda olan böyümə hormonunun miqdarı hər an necə ölçülür? Hüceyrələr böyümə hormonunu digər molekullardan  necə ayırd edirlər? Bu hüceyrələrin molekulları tanımalarını təmin edən gözləri, vəziyyəti analiz edən beyinləri yoxdur. Ancaq Allah’ın qurduğu sistem içərisində onlara əmr edilən vəzifəni səhvsiz yerinə yetirirlər. Bu qüsursuz sistem sayəsində insan olduqca mütanasib, estetik bir bədənə və orqanlara sahib olur. Allah yaratdığı hər şey kimi insanı da mükəmməl xüsusiyyətlərlə yaratmışdır.