Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

İlan kimi maskalanan tırtıl (Hemeroplanes Triptolemus)

18 İyun 2015 01:22

Şəkildəki canlı Hemeroplanes Triptolemusdur. Şəklə baxan hər kəs bu canlının ilan olduğunu düşünür. Əslində isə bu canlı ilan deyil, ilanı təqlid edən tırtıl növüdür.

Hemeroplane tırtıllarına Cənubi və Mərkəzi Amerikada, həmçinin Afrikada rast gəlmək mümkündür. Adi halda digər tırtıllardan heç nəyi ilə fərqlənməyən bu canlı təhlükəli vəziyyətdə dərhal möcüzəvi şəkildə dəyişilərək özünü ilana bənzədir.

Zərəsiz olduğu halda təqlidini daha da inandırıcı edərək yırtıcıları qorxutmaq üçün onları dişləyəcəkmiş kimi hücum edir, qarşısındakını aldadır. İlanlar kimi zəhərli olmasalar da bu cəhdləri onlar üçün təhlükəli olan canlıları qorxutmağa kifayət edir.

Uca Rəbbimiz bu canlıya özünü yırtıcılardan qoruması üçün mükəmməl  təqlid qabiliyyəti vermişdir.İlanın görünüşü və onun hücum texnikaları haqqında heç bir məlumatı olmayan bu canlının qüsursuz təqlid qabiliyyəti Allahın sonsuz sənətinə bir nümunədir.

Bu tırtılın nümayiş etdirdiyi təqlid qabiliyyəti təkamülçülərin iddia etdikləri kimi mərhələlərlə meydana gələ bilməyəcək qədər qüsursuz və mükəmməldir. Hemeroplanes Triptolemus  bu mükəmməl təqlid qabiliyyəti ilə Allahın sonsuz elm və qüdrətinin təzahürüdür.