Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Uçan sincablar

17 İyul 2015 01:22
Sincablar əsasən Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 sm, yəni  əlimizlə ölçsək 2 qarışdır. Bədənlərinin arxasında demək olar ki, öz boyları qədər uzun, yuxarıya doğru dikəlmiş, geniş və topa tüklərdən ibarət quyruqları var. Sincab bu uzun quyruğu vasitəsilə müvazinəti pozulmadan ağacdan ağaca tullanır.
 
Balaca sivri dırnaqları ilə ağaclara dırmaşan sincab bir budağın üstündə qaça bilir, başı aşağı vəziyyətdə yellənir və o şəkildə hərəkət edə bilir. Xüsusilə boz sincablar bir ağacın təpədəki budağından 4 metr uzaqlıqdakı başqa bir ağacın budağına belə rahatlıqla tullana bilirlər. Havada uçarkən qollarını və ayaqlarını açaraq sanki bir planer kimi hərəkət edirlər. Bu zaman yastılaşan quyruqları isə həm müvazinətlərini tarazlayır, həm də istiqamətlərini nizamlayan bir sükan vəzifəsini yerinə yetirir. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa buraxıb dörd ayaqları üzərində yüngül şəkildə yerə enirlər.
 
Bəs sincab bu çətin hərəkətləri necə bacarır?
 
Bütün bunlar sincabın arxa ayaqlarını, məsafələri çox yaxşı ölçüb-biçən iti gözlərini, güclü pəncələrini və tarazlıq yaradan quyruğunu istifadə etməsilə mümkün olur. Bəs heç düşünmüsünüz ki, sincaba bu xüsusiyyətləri verən kimdir? Sincab bu cür yaşayacağını haradan bilir? Sincabların ailəvi şəkildə əllərinə xətkeş alıb meşədəki hər ağacın uzunluğunu və ya ağacın budaqlarını ölçmələri mümkün olmadığına görə sincablar ağacdan-ağaca tullanarkən məsafələri necə ölçüb-biçirlər? Bundan başqa, sincablar necə olur ki, heç yerlərini yaralamadan bu qədər sürətli hərəkətlərlə tullanırlar?
 
Əlbəttə, bunları edən sincabların özləri deyil. Heç şübhə yoxdur ki, bu sevimli heyvanları malik olduqları bütün xüsusiyyətlərlə birlikdə yaradan və onlara bunları istifadə etməyi öyrədən yaradıcımız olan Allah’dır.
 
Qırıldıqda yeniləri ilə əvəz edilən dişlər
 
Sincabların bir insanın əsla malik olmayacağı qədər iti və sağlam dişləri var. Ağızlarının ön tərəfində bərk maddələrin gəmirilib qırılmasına kömək edən kəsici dişlər, arxadakı uzun boşluqda isə azı dişləri vardır. Biz bir qozu qırmaq üçün olduqca möhkəm daş və ya bu iş üçün xüsusi şəkildə dəmirdən düzəldilmiş bir alətdən istifadə edirik. Bu balaca heyvanlar isə ağızlarındakı iti dişlərlə bu işi asanlıqla görə bilirlər .
 
Sincabların dişlərinin ömür boyu necə sağlam qaldığını və ya dişləri zədələnən sincabların sonra necə qidalandıqlarını – fındıq, qoz yediklərini heç bilirsiniz? Budur, hər şeyi mükəmməl ahənglə yaradan Allah onların dişlərinə çox vacib bir xüsusiyyət vermişdir. Baxın, indi çox təəccüblənəcəksiniz, çünki sincabların dişləri qırılsa da, yerinə dərhal başqası çıxır. Aşınan dişlər isə sürətlə uzanaraq alt tərəfdən yenilənir. Allah bu xüsusiyyəti təkcə sincaba deyil, bütün gəmirici heyvanlara vermişdir.