San-Dieqo Vanderbilt Universitetindən Kenneth Catania adlı bir elm adamı ulduz burunlu köstəbəklərin maraqlı görünüşlü burunları haqda bir tədqiqat apardı. Bu tədqiqatın sonunda köstəbəklərin burunlarının toxunma hissinə qarşı həddindən artıq həssas olduğu nəticəsinə gəldi. Həmçinin, tədqiqat əsnasında bu nisbətlərin daha doğulmadan əvvəl döl halında ikən təyin edildiyini ortaya çıxardı.
İnsan əlindən daha həssas bir toxunma hissi
Amerikanın şərqində torpaq altında tunellər qazaraq yaşayan bir köstəbək növünün burnu 22 ədəd çıxıntıdan ibarət olan bir ulduz şəklindədir. Bu maraqlı görünüşlü burnundan ötrü ulduz-burunlu köstəbək olaraq adlandırılan bu canlı uzun illər davam edən araşdırmaların mövzusu olmuşdur.
Bu araşdırmalar nəticəsində də köstəbəyin burnundakı çıxıntıları qoxu alma ilə bir əlaqəsinin olmadığı və köstəbəyin torpağın içindəki kiçik böcəkləri bu çıxıntılarla toxunaraq hiss etdiyi ortaya çıxmışdır. Məhz ulduz-burunlu köstəbəyin son dərəcədə həssas olan bu toxunma hissi tədqiqatçıları heyranlıq içində saxlayır. Vanderbilt Universitetində beyin tədqiqatçısı olan Kenneth Catania da, ulduz-burunlu köstəbəyin bu xüsusi burun quruluşunu yer üzündəki məməlilərdən ən inkişaf etmiş toxunma hissinə sahib canlı kimi təsvir edir. (1)
Bu heyvanın digər köstəbəklərdən tək fərqi heyvana burnunun ətrafına yapışdırılmış miniatür əllər görünüşü verən çıxıntılardır. Ulduz-burunlu köstəbək bu çıxıntılar sayəsində maraqlandığı cisimləri ətraflı bir şəkildə araşdırar və onları intensiv şəkildə hiss edər. Məhz bu köstəbəyi elm adamlarına on illərdir araşdırma mövzusu edən də köstəbəyin ulduza bənzədilən bu çıxıntılarının funksiyalarıdır.
Köstəbək ulduz-burnundan necə istifadə edir?
Ulduz-burnun köstəbəyin ov etməsində çox böyük əhəmiyyəti vardır. Zəif görmə gücünə sahib olan köstəbəklər tunel qazarkən bu toxunqaclarını fövqəladə bir sürətlə irəli-geri yelləyərlər. Ancaq yüksək sürətdəki videoların təsbit edə bildiyinə görə bu toxunqaclar bir saniyədə 10 fərqli obyektə toxuna bilər. Bir soxulcan və ya böcək kimi bir ov ilə təmasa keçdikdə isə ovlarını bir anda qavrayarlar.
Qısaca, köstəbəklər bu ulduzu ətraflarındakı varlıqlara toxunub onları tanıya bilmək üçün bir əl kimi istifadə edərlər. Bu orqanlar mikroskop altında araşdırılanda toxunma hüceyrələrinə gedən olduqca geniş məsamələr, bu məsamələrin içində də keçirici bir maye olduğu görülər. Yüksək gücdə bir mikroskop ilə baxılanda isə bu ulduzun Eimer orqanları deyilən strukturlarla örtülü olduğu aydın olmuşdur. Köstəbəklərin burunlarında olan bu orqanların hər biri çox həssas toxunma hissinə səbəb olan sinir qruplarını ehtiva edər. Digər köstəbək növləri burunlarında 2.000-ə yaxın Eimer orqanına sahibkən, ulduz-burunlu köstəbəklər 25.000-dən artığına sahibdirlər. (2)
Köstəbək buna uyğun olaraq möcüzəvi bir sinir sisteminə və beyinə malikdir. Nevroloqlarla əməkdaşlıq edən Jon Kaas və Catania 100.000-dən çox sinir lifinin ulduzdan beyinə getdiyini tapmışlar. Bu rəqəm insanın əlindəki yüksək dərəcədə həssas olan toxunma qəbul edicilərinin altı misli qədərdir. Ulduz-burunlu köstəbəklərin obyektləri toxunma hissi ilə ayırd etmələri insanların ancaq xəyalını qura biləcəkləri bir hiss həssaslığıdır. Yəni, köstəbək ətrafındakı cisimləri mikroskopik səviyyədə ayırd edilən yumşaqlıq, sərtlik dərəcələrinə görə görər.
Ulduz-burunlu köstəbəyin beyin quruluşu da digər heyvanlardan fərqlidir. Digər heyvanlarda göz üçün təşkil edilən sinir şəbəkələri bu köstəbək növündə burun üçün aktualdır. Məsələn, gözdəki dairəvi çuxur olaraq adlandırılan retina sahəsinə bənzər şəkildə köstəbək burnundakı mərkəzlərin xaricdə olanlara görə daha çox əlaqəsi vardır. (3)
Bura qədər verilən bütün təfsilat köstəbəyin burnundakı dizaynın varlığını ortaya qoyur. Təsadüf əsəri köstəbəyin burnu ilə toxunma hissi qazanması, beyni ilə burnu arasında qüsursuz işləyən bir sinir şəbəkəsinin qurulması, sinir sayının lazım olan həssaslığı qazandıracaq miqdarda olması kimi çox sayda nüansın mükəmməl bir şəkildə ortaya çıxması qətiyyən mümkün deyil.
Köstəbəyin burnundakı bu xüsusi dizayndakı hər ayrıntı üstün ağıl və elm sahibi bir Yaradıcının varlığını göstərir. Bu Yaradıcı bizi və var olan hər şeyi yaradan, hər şeyin hakimi olan Uca Rəbbimizdir.
Qaynaqlar:
1- http://www.sciencenews.org/sn_arc99/10_23_99/fob3.htm; S. Milius, [Science News, Vol. 157, No. 17, 23 October, 1999, səh. 261]
2- http://www.nwf.org/natlwild/starnose.html; Bill Rankin, “Star of the Swamp, National Wildlife Federation
3- http://www.cbc.ca/cgi-bin/view?/news/2001/05/03/mole_aa_010503; CBC News, “Mole Has a Nose For Feeling”, 3 may 2001