Bir avtomobil şirkəti "Bionika" adlı layihə həyata keçirərkən qutu balığının bədən quruluşunu model götürüb. Çünki aparılan tədqiqatlarda bu balığın suyun içində hərəkət edərkən suyun təzyiqini azaldan quruluşa malik olduğu müəyyən edilib. Əsasən, damlaya bənzər formalarda təzyiq azaldığına görə balığın qutu formasında olmasının uyğun olmadığı zənn edilirdi. Ancaq daha dərin tədqiqatlar nəticəsində qutu balığının su damlası ilə aerodinamik cəhətdən eyni uyğunluqda olduğu müəyyən edildi.
Dövrümüzdəki bir çox avtomobildə sürtünmə əmsalı 0.30 ikən qutu balığından ilham alaraq hazırlanan avtomobildə bu əmsal 0.19 olmuşdur. Sürtünmə əmsalının azalması havanın təzyiqinin də azalması deməkdir. Üzərindəki hava təzyiqinin azalması avtomobilin yanacaq ehtiyacını 100 km-də 4.3 litrə salaraq çox sərfəli olmasına səbəb olmuşdur.
Balığın bədən quruluşunu diqqətlə tədqiq etdikdə dərisinin saysız-hesabsız altıbucaqlı sümük lövhələrlə örtülü olduğu məlum olub. Bu da balığa ən yüngül və ən möhkəm bədən quruluşu qazandırır.
Daha sonra balığın altıbucaqlı sümük lövhələrlə örtülü dərisini nəzərə alaraq hazırlanan avtomobil maketlərində avtomobil qapılarının xarici lövhələrinin möhkəmliyi 40% artmışdır. Bu texnika ilə istehsal edilmiş avtomobilin 30% yüngülləşməsinə baxmayaraq, toqquşma təhlükəsi də artmamışdır.