Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

İnsanın təkamülü iddiaları doğrudurmu?

17 Fevral 2016 01:22

1. İDA (Darwinius masillae)

2009-cu ildə “insanın təkamülü” nağılına sübut olaraq gündəmə gətirilən bu fosil bütün darvinist nəşriyyatlarda propaqanda alətinə çevrildi. Əslində, Almaniyada tapılan və 47 milyon il yaşı olduğu təxmin edilən fosilin, sadəcə olaraq, nəsli tükənmiş bir lemurdan başqa bir şey olmadığı məlum oldu1“Nature” jurnalının baş redaktoru, təkamülçü Dr. Henri Ci də bu fosilin keçid forma olaraq qəbul edilməsinin yanıldıcı olacağını ifadə etdi2. Bundan əlavə, 95%-i qorunmuş olan3 canlının iç orqanları da daxil olmaqla, bütün təfərrüatları incələnmiş və növəməxsus bir neçə detal xaric olmaqla, bütün xüsusiyyətlər mükəmməl lemur növünü təmsil etmişdir. Darvinistlər İdanın bükülə bilən baş barmağının olduğunu, bunun digər məməlilərdə olmadığını, amma insanda rast gəlindiyini deyirlər. Halbuki bu gün yaşayan bütün lemurların baş barmaqları bu cürdür. İdanın dırnaqlarının olması da onu insanla qohum etmir, çünki digər primatlarda da dırnaqlar mövcuddur4. İdanın ayaq daraqarxası sümüyünün “insanınkıyla eyni” olduğu da iddia edilir. Halbuki canlının ayaq strukturu insanınkından tamamilə fərqlidir. Ayaqdakı tək sümüyün bənzərliyi götürülüb digər bütün fərqliliklər görməzdən gəlinmişdir. Diş darağının olmaması da bu fosili keçid forma etmir, çünki dişlər meymun dişləri ilə bənzərlik göstərir5.

2. DRİOPİTEK (Dryopithecus)

Driopiteklərə aid ilk nümunə 1856-cı ildə Fransanın Sen-Qodens bölgəsindən tapılıb. Daha sonra Macarıstan, İspaniya və Çin kimi dünyanın müxtəlif bölgələrindən Driopitek fosilləri çıxarılmışdır. Tapıldığı təbəqələr Miosen dövrünə, bundan 12-9 milyon il öncəsinə aiddir6. Fransada tapılmış və driopitek növünə aid olduğu deyilən bazu sümüyündən sonra7 dünyanın müxtəlif bölgələrindən driopitek kəllə sümüyü8 və çənə sümüyü9 də tapıldı. Maraqlısı budur ki, sözügedən sümük qalıqlarından başqa bədənin qalan hissələrinə aid heç bir qalıq tapılıb çıxarılmayıb. Lakin təkamülçülər bunlarla kifayətlənməyib, canlının bütöv rekonstruksiyasını hazırlamaqdan tutmuş insanabənzər varlıqlara başlanğıc vermiş olduğu kimi spekulyasiyalara girişmişlər. Fosil nümunələrinə əsaslanan alimlərə, məsələn, Devid Pilbim və Elvin Simons kimi paleontoloqlara əsasən, driopiteklər “meymunluğa məhkum” idilər10. Azı dişlərindəki nisbətən kiçikölçülü mina qatı bu canlının yumşaq yarpaqlar və meyvələrlə qidalandığını göstərir ki, bu da ağaclarda yaşayan bir canlı üçün ideal qidalanma tərzidir. Əvvəllər Driopiteklərin əcdadı sayılan Egiptopitekin isə heç bir əcdad xüsusiyyəti daşımadığı və sadəcə bir meymun növü olduğu Riçard Liki11, Uilyam Fiks12 və Diana Frans13 kimi təkamülçülər tərəfindən etiraf edilmişdir. İnsanın xəyali təkamül sxemində guya Driopiteklərdən törəmiş “əcdadımız” isə Ramapitek sayılırdı. Ramapitek hekayəsinin sonu üçün baxın: Ara Keçid Forma İddialarına Cavab -IV- Hissə

3. SAHELANTROP (Sahelanthropus tchadensis)

2002-ci ilin yayında Mərkəzi Afrikada, Çadda tapılan və Sahelanthropus tchadensis adı verilən fosil o vaxt üçün təkamül nəzəriyyəsinin insanın mənşəyi haqqındakı iddialarını məhv edən ən son tapıntı idi. Bütün dünyada məşhur olan “Nature” jurnalı bu fosil haqda yayımladığı xəbərdə “tapılan yeni kəllə sümüyü insanın təkamülü haqqındakı düşüncələrimizi tamamilə məhv edə bilər”,- deyə etiraf edirdi.14 Harvard Universitetindən Daniel Liberman bu yeni tapıntının “kiçik bir atom bombası qədər təsirli olacağı”nı söylədi.15 Bunun səbəbi tapılan fosilin 7 milyon il yaşı olmasına baxmayaraq, “insanın ən qədim əcdadı” olduğu iddia edilən və 5 milyon illik Avstralopitek növündən olan meymunlardan (təkamülçülərin bu günə qədər əsas götürdükləri meyarlara görə) daha “insanabənzər” quruluşa malik olması idi. Con Vitfild 2002-ci il, 11 iyul tarixli “Nature” jurnalında nəşr olunan “İnsan ailəsinin ən qədim üzvü tapıldı” başlıqlı məqaləsində Corc Vaşinqton Universitetindən təkamülçü antropoloq Bernard Vud da bu fikri təsdiqləyirdi.16 Yeni tapılan meymun fosili haqqında ən əhəmiyyətli izahlardan biri də “Nature” jurnalının redaktoru və tanınmış paleoantropoloq Henri Cinin “The Guardian” qəzetində nəşr olunan məqaləsində dediyi sözlər idi: “Nəticə nə olursa olsun, bu kəllə sümüyü bir daha və qəti şəkildə göstərir ki, əvvəldən qəbul edilən (insanla meymun arasındakı) “itkin halqa” düşüncəsi axmaqlıqdır… Hal-hazırda çox aydın şəkildə bilinməlidir ki, onsuz da, həmişə şübhəli olan itkin halqa fikri artıq tamamilə etibarını itirmişdir”.17

4. MİLLENİUM ADAMI (Orrorin tugenensis)

2000-ci ildə Keniyada tapılan bu fosilin 6 milyon il yaşı olduğu təxmin edilir18. Təkamülçü elm adamlarının da qeyd etdiyi kimi, bu fosil “Lüsi”dən- məşhur avstralopitek nümunəsindən 3.2 milyon il daha qədimdir. Elə bu da təkamülçüləri ziddiyyət içinə salan məsələdir. Çünki təkamülçülərin insanın əcdadı hesab etdiyi Lüsi Millenium adamından daha cavan olmasına baxmayaraq, təkamülçü məntiqə əsasən, daha az inkişaf etmişdir. Yəni insana daha yaxın olmaq yerinə, meymuna yaxındır, hətta tam meymundur19. İngiltərə və ABŞ-dan iki anatomist Solli Zakerman20 və Çarlz Oksnard21 və Liverpul Universitetindən Fred Spur22 kimi məşhur alimlər isə Lüsinin yeriyə bilmədiyini, bugünkü meymunlarla eyni xüsusiyyətlər daşıyan, nəsli kəsilmiş bir növ olduğunu göstərmişdirlər. Millenium adamı isə Lüsidən daha qədim olmasına baxmayaraq, təkamülçülər tərəfindən dik yeriyə bilən, çənə və diş quruluşu insanınkına bənzər olaraq təsvir edilir23. Bu ziddiyyətli hal da Millenium adamını insanın xəyali təkamülünə dəlil kimi göstərməyin yalnışlığını ortaya qoyur. Təkamülçülər öz nəzəriyyələrini təkzib edən bir dəlili, bu nəzəriyyəyə sübut kimi göstərməyə çalışırlar.

5. ARDİ (Ardipithecus ramidus)

Ardi

Solda Ardiyə aid fosil qalıqlarını görürsünüz. Bu qalıqlara əsaslanaraq sağdakı kimi bir təsvir əldə etmək qətiyyən mümkün deyildir. Darvinistlər əslində şimpanze fosilinə aid qalıqları təhrif edərək saxta rəssamlıq nümunəsi ortaya çıxarmışlardır.

Əslində 1994-cü ildə tapılmış olan24 Ardi fosili 15 ildən sonra böyük bir kəşf kimi gündəmə gətirildi25. Darvinistlər 4.4 milyon il yaşı olan Ardini “ayaqüstə rahat gəzdiyi”ni göstərən şəkillərlə təbliğ etdilər26. Sonradan isə bu fosilin sadəcə bir bonoboya (cırtdan şimpanze) aid olduğu məlum oldu27. İlk tapıldığı zaman çox kiçik hissələrə parçalanmış olan omba sümüyünü isə təkamülçülər öz istədikləri kimi bitişdirib bu canlını “dik yeriyə bilən” vəziyyətə gətirmişlər28. Darvinistlərin Ardi haqqındakı “ailədə vəzifə bölgüsü” iddiaları isə yenə də özünü doğrultmur. Çünki heyvanlar aləmində bir çox növün erkəkləri və dişiləri arasında vəzifə bölgüsü mövcuddur və bu vəziyyət bonobo meymunlarında da eynidir. Digər tərəfdən, Ardinin ara keçid forma olmamasını onun təbliğatından qısa müddət sonra nüfuzlu təkamülçü dairələr də etiraf etmişdir. Bunların başında isə Stouni Bruk Universitetinin Tibb Mərkəzindən anatomik elmlər bölümü şefi Uilyam Yunqers29 və Ardi üzərində incələmələr aparan və Ardinin insanın xəyali təkamülündə itmiş halqa olduğunu irəli sürmüş Kaliforniya Universitetindən məşhur darvinist Tim Uayt30 gəlir. Uayt belə deyir: “Ardipithecus ramidusun (Ardi) avstralopiteklərin əcdadı olduğu çıxarışını kifayət dərəcədə haqlı çıxardacaq heç bir xüsusiyyət göz önündə mövcud deyil”31.

7. KENİYANTROP (Kenyanthropus platyops)

Keniyada paleoantropoloq Miv Liki və heyəti tərəfindən 1999-cu ildə tapılmış bu kəllə qutusu fosili yastı üz quruluşuna malik olması səbəbilə “Yastıüzlü Adam” (Flat Faced Man) olaraq adlandırıldı. 3,5 milyon il yaşı olan bu fosil xəyali təkamül sxemlərini alt-üst edirdi, çünki özündən sonra yaşamış Lüsi kimi meymun növləri, təkamülçülərin iddialarına əsasən, keniyantropdan daha “geridə” idi32. Corc Vaşinqton Universitetinin Antropologiya şöbəsindən Daniel E. Liberman bu təzadı belə dilə gətirir: “İndi 3,5 milyon illik başqa bir növün tapılması ilə, görünən odur ki, vəziyyət daha qarışıq hala gələcək… Məsələn, niyə adətdənkənar olaraq kiçik çənə dişinə və önə doğru qövsvarı çənə sümüyü olan böyük yastı üzə eyni anda malikdir? Böyük üzü və oxşar şəkildə yerləşdirilmiş çənə sümüyü olan bütün digər insanabənzər növlərin böyük dişi var”33. Məşhur TV kanalı BBC isə xəbəri “Yastı üzlü adam bir tapmacadır”, “İnsanı çaşdıran sxem”, “Elmi ziddiyyət” başlıqları ilə vermiş və xəbərdə belə deyilmişdir: “Miv Liki, heyəti və Keniya Milli Muzeyinin kəşfi onsuz da bulanıq olan insanın təkamülü sxemini daha da tutqunlaşdırır”34. London Kolleci Universitetindən məşhur təkamülçü Dr. Fred Spur isə tapılmış fosil üçün “bir çox sualı gündəmə gətirdi” şərhini vermişdir35.

7. AVSTRALOPİTEK (Australopithecus)

İnsanın təkamülü nağılında darvinistlərin tez-tez dilə gətirdikləri və 4-1 milyon il əvvəl yaşamış olan bu uydurma “keçid forma”nın, həqiqətdə, nəsli kəsilmiş bir meymun növündən başqa bir şey olmadığı məlum olmuşdur36. Bu canlının eynilə müasir şimpanzelər kimi kiçik beyin həcminə (400-500 sm3), 130 sm-lik boya37, bir-birinə yaxın gözlərə, iti azı dişlərinə, qısa ayaqlar və uzun əllərə sahib olduğu görülmüşdür38. Həmçinin əl və ayaqlarında ağaclara dırmaşmaq üçün çıxıntılar olması da bu fosilin nəsli kəsilmiş bir meymun növündən başqa bir şey olmadığını üzə çıxarmışdır39. Bu canlının dik yerimiş olduğu iddiası isə məşhur anatomlar Zakerman və Oksnardın araşdırmaları ilə təkzib edilmişdir40,41. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

8. ZİNCANTROP (Zinjanthropus boisei)

zincantrop

Yuxarıda Şərqi Afrikadan tapılmış “zincantrop” kəllə qutusu görünür. Maraqlıdır ki, paleoartistlər və ya “təkamülçü sənətkarlar” həmin bu kəllə qutusuna bir-birinə heç bənzəməyən 3 ayrı üz yaraşdırmışdırlar. Bu, rekonstruksiya işlərinin yanlız və yalnız xəyal məhsulu olduğunu sübut edən əhəmiyyətli faktdır.

1959-cu ildə məşhur “fosil ovçuları ailəsi”ndən Meri Liki iri dişlərə sahib qaba kəllə qutusu fosili tapdı. Luis Liki bunun insanın əcdadı olduğuna qərar verdi və fosili Zinjanthropus boisei adlandırdı. Hal-hazırda isə bu fosil Australopithecus boiseivə ya Paranthropus boisei adlandırılır. İri qorillalarınkıyla eyni ölçüdə dişlərə və güclü çənə əzələlərinə işarə edən sümüklərə sahib idi, bu səbəbdən, “Qozsındıran Adam” (Nutcracker Man) adına layiq görülən bu canlının bir çox digər paleontoloq tərəfindən heç insana bənzəmədiyi ifadə edildi42. Likilərin kəşfini təkamül yönümlü populyarlaşdıran və sponsorlaşdıran isə təkamül təbliğatına xüsusi önəm verən “National Geographic” jurnalı idi43. O zamanlar dərhal dərsliklərə salınan və “insanın əcdadı” kimi qəbul etdirilən “Zincantrop” daha sonra təkamülçülər tərəfindən tərk edildi. Luis Liki bu fosilin insanın “birbaşa əcdadı olmadığı”nı bildirdi44. Digər tərəfdən, rəssamların təxəyyül məhsulu olan rekonstruksiyaların da heç bir elmi mahiyyət daşımadığı ortaya çıxdı. Belə ki, Zincantropa aid eyni kəllə sümüyü üçün çəkilmiş bir-birindən tamamilə fərqli 3 şəkil fosillərin təkamülçülər tərəfindən necə xəyali formada şərh edildiyinin göstəricisidir. Sonrakı illərdə aparılan tədqiqatlar isə Likinin “Zincantrop” adını verdiyi fosilin (Likinin özünün də etiraf etdiyi kimi) sadəcə bir Avstralopitek növü olduğunu üzə çıxardı45. Fosilin latınca adı da Australopithecus boisei olaraq dəyişdirildi. Avstralopitek adlı meymun cinsinin isə insanın mənşəyilə heç bir əlaqəsi olmadığı haqda 7-ci iddiadan maraqlana bilərsiniz.

9. BACARIQLI “İNSAN” (Homo habilis)

İnsanın uydurma təkamül ağacında avstralopitekdən sonra gəldiyi deyilən bu fosil də bütün xüsusiyyətlərilə bir meymun növü olmuşdur. Bernard Vud, L. Breys və Riçard Liki kimi bir çox mütəxəssis bu canlının “bacarıqlı insan” deyil, “bacarıqlı (alətdən istifadə edə bilən) meymun” olduğunu söyləyiblər46. Eynilə avstralopitek kimi, bu fosilin də uzun qollar, qısa ayaqlar, dırmaşmağa uyğun falanqaları və meymunabənzər skeleti onun sadəcə olaraq, nəsli kəsilmiş bir meymun növü olduğunu göstərirdi47. 630 sm3-lik beyin həcmi də bunu təsdiqləyirdi48. Bundan əlavə, Fred Spur, B. Vud və Frans Zonveld adlı üç anatomun insan və meymunların daxili qulaqlarında apardıqları müqayisəli təhlilləri də bacarıqlı “insan”ı meymun kateqoriyasına daxil etdi49. Ətraflı məlumat üçün bura klikləyin.

10. DÜZYERİŞLİ İNSAN (Homo erectus)

Təkamülçülərin bacarıqlı “insan”dan müasir insana keçid forma kimi qəbul etdikləri düzyerişli insan fosilləri avstralopitek və Homo habilisdə müşahidə edilməyən dik yerimə qabiliyyəti göstərməkdədir50. Araşdırmalar düzyerişli insanla müasir insan arasında heç bir fərq olmadığını ortaya qoymuşdur51. Təkamülçülərin düzyerişli insanı “ibtidai” saymalarının səbəbi isə beyin həcminin (900-1100 sm3) müasir insanınkına nisbətən daha kiçik olması və qalın qaş çıxıntılarıdır. Halbuki hal-hazırda da bəzi insan irqlərinin (məs., piqmeylər) beyin həcmi bu ölçüyə uyğun gəlir və başqa bir müasir irq olan aborigenlərdə də qaş çıxıntıları mövcuddur52. Bütün bunlar düzyerişli insan adlanan bu fosil qalıqlarının, sadəcə olaraq, tarixən yaşamış bir insan irqi olduğunu göstərmişdir53. Həmçinin düzyerişli insanların 1,8-1,6 milyon il əvvəl yaşamış olmaları da ciddi bir məntiq xətasına yol açır, çünki onlar öz “əcdad”ları sayılan bacarıqlı “insan”larla eyni dövrdə yaşamış olurlar. Bacarıqlı “insan”lar bundan 1,9-1,7 milyon il əvvəl yaşamışdırlar. Daha əhatəli məlumat üçün bu linkə müraciət edə bilərsiz.

11. SİNANTROP (Sinanthropus pekinensis)

1921-ci ildə Dr. Devidson Blek Çinin paytaxtı Pekinə bağlı Çjoukoudyan arxeoloji  sahəsindəki çuxurların birində iki azı dişi tapdı. Blek bu azı dişlərini Sinanthropus pekinensis adlandırdı və hominid (insanabənzər) olduğunu irəli sürdü. Dr. Ven-Çjun Pey isə 1927-ci ildə 3-cü azı dişini, 1928-də də bəzi kəllə qutusu hissələri və iki ədəd çənə sümüyü tapdı. Blek bunların da Sinantropa aid olduğunu irəli sürərək kəllə qutusu həcminin 900 sm3 olduğunu elan etdi. Yaşının da 500.000 il olduğu güman edildi. 1936-da amerikalı Prof. Franz Veydenreyx  və Pey tərəfindən eyni yerdə üç kəllə qutusu daha tapıldı. Bu kəllə qutularının da Sinantropa aid olduğunu və beyin həcminin 1200 sm3 olaraq dəyişdirildiyini bəyan etdilər. Dəlil olaraq tapılmış bütün materiallar isə iki azı dişi xaric olmaqla 1941-45-ci illər arasında itmişdir. Hal-hazırda əldə sadəcə Veydenreyxin hazırladığı gipsdən modellər mövcuddur.54 O dövrlərdə Pekində vəzifədə olan və özü də təkamülçü olan Okonnell isə bu “itkin” fosillərin itkin olmadıqlarını, əslində, ovlanmış oranqutanq meymununa aid olduğu üçün təkamülçülərin özləri tərəfindən yoxa çıxarıldığını bildirir.55 İstənilən halda, hal-hazırda sadəcə və sadəcə gipsdən materiallar mövcuddur ki, bunların həqiqi fosillərimi, yoxsa təkamülçü Veydenreyxin xəyallarınımı əks etdirdiyi sualı şübhə altındadır. Digər tərəfdən, gips qəlibləri araşdıran məşhur alim Anri V. Vallua (Henri Vallois) Sinantropu ən incə təfərrüatına qədər araşdırmış və kəllə qutularının “oranqutanq və şimpanzeyə” bənzədiyi qənaətinə gəlmişdir.56 Paleontoloq Marsellin Bul da “Sinanthropus pekinensis-in dişlərinin və alt çənənin bütün xüsusiyyətləri iri quruluşlu meymunlarınkına bənzəyir” deyirdi.57

12. YAVA ADAMI (PİTEKANTROP) (Pithecanthropus erectus)

Qatı təkamülçü olması ilə tanınan anatom Ejen Dübua (Eugène Dubois) 1891-ci ildə İndoneziyanın Yava adasındakı Solo çayının sahilində bir kəllə qutusu qapağı tapdı58. Dübua bu fosildə meymunla insan xüsusiyyətlərinin eyni anda mövcud olduğunu düşünürdü. Bir il sonra kəllə qutusu qapağını tapdığı yerdən təxminən 15 metr aralıqda bud sümüyü də tapdı və insanınkına çox bənzəyən bu bud sümüyünün kəllə qutusuyla eyni bədəndən olduğu fikrinə vardı.59 Əlindəki iki ədəd sümüyə əsaslanaraq bu fosilin ara-keçid forma olduğu fikrini mənimsədi və tapıntısına elmi təəssürat yaradan bir ad da verdi: Pithecanthropus erectus, yəni “dik yeriyən meymun-adam”… Xalq arasında Yava Adamı kimi tanınan bu fosilin kəllə qutusu həcmi təqribən 900 sm3 olaraq hesablandı. Yaşının da 500.000 il olduğu irəli sürüldü.60Halbuki, iyirmi ildən uzun müddət ərzində Yava Adamını araşdıran Marvin L. Lubenov “Mübahisəli Sümüklər” (“Bones of Contention”) adlı kitabında Dübuanın Yava Adamını insanın təkamülü sxeminə uydurmaq üçün geoloji dövrlərlə oynadığını və buna görə də, məsələnin elmi mahiyyətini itirdiyini bildirir.61 Kembric Universitetindən məşhur anatom Ser Artur Keyt isə bu həcmə malik kəllə qutusunun meymuna aid ola bilməyəcəyini qəti olaraq bildirir, meymunlara xas güclü çeynəməni təmin edən xüsusiyyətlərin bu kəllə qutusu qapağında yer almadığını ortaya qoyurdu. Keyt bu kəllə qutusunun qəti şəkildə bir insana məxsus olduğunu deyirdi. Dübuanın meymun-adam məntiqsizliyini yıxan başqa bir kəşf isə özü antropoloq olan Dr. Uolkhoffdan gəldi. Uolkhoff Solo çayının qurumuş bir bölgəsində və Dübuanın Yava Adamını tapdığı yerə iki mil qədər yaxınlıqda bir insan azı dişinin üst qismini tapdı. Fosilləşmiş bu azı dişi insana aid idi və Yava Adamının yaşadığı iddia edilən dönəmdən də qədim dövrə aid idi. Uolkhoffun rəhbərliyi ilə tədqiqat aparan Prof. Selenka və Dr. Maks Blenkenhorn kimi alimlər də bugünkü insanla Yava Adamının eyni dövrdə yaşadığı, dolayısıyla, Yava Adamı ilə insanın təkamülü arasında heç bir əlaqənin olmaması nəticəsinə gəlirdi. Yava Adamıyla əlaqədar irəli sürüləcək tək şey kəllə qutusu həcmi ola bilər ki, müasir dövrdə də Yava adasına heç də uzaq olmayan Avstraliyada yerliləri kimi insan irqləri eyni beyin həcminə malikdirlər.

 

Mənbələr:

  1. Thomas, B. and F. Sherwin. Ida: Separating the Science from the Media Campaign. ICR News, May 22, 2009
  2. http://news.bbc.co.uk/2/hi/8057465.stm
  3. Franzen J.L., Gingerich P.D., Habersetzer J., Hurum J.H., von Koenigswald W., et al., Complete primate skeleton from the Middle Eocene of Messel in Germany: Morphology and Paleobiology. PLoS ONE 4(5): e5723 DOI: 10.1371/journal.pone.0005723, 2009
  4. Don Batten, Darwin fossil hyper hype, Creation 32(1):44–46, 23 May 2009
  5. Don Batten, ‘Darwin fossil hyper hype’, Creation 32(1):44–46, 23 May 2009
  6. Pilbeam, David; Simons, E. L. (February 1971). “Biological Sciences: Humerus of Dryopithecus from Saint Gaudens, France”. Nature 229(5284): 406–407, 05 February 1971
  7. Pilbeam, David; Simons, E. L. (February 1971). “Biological Sciences: Humerus of Dryopithecus from Saint Gaudens, France”. Nature 229(5284): 406–407, 05 February 1971
  8. Kordos, László; Begun, David R. (2001). “A new cranium of Dryopithecus from Rudabánya, Hungary”. Journal of Human Evolution 41 (41): 689–700
  9. Xue, Xiang-Xu; Delson, Eric (1989). “A new species of Dryopithecus from Gansu, China”. Chinese Science Bulletin (34): 223–230
  10. David Pilbeam and Elwyn Simons, “A Gorilla-Sized Ape from the Miocene of India,” Science, July 1971, 173:23
  11. Richard Leakey, People of the Lake, New York: E.P. Dutton, 1978, p. 52
  12. Fix, W.R., The Bone Peddlers: Selling Evolution, MacMillan Publishing Company, New York, p. 18, 1984
  13. France, D.L., Physical Anthropology: Lab Manual and Workbook, p. 176; also Fleagle and Kay, 1983
  14. John Whitfield, “Oldest Member of Human Family Found”, Nature, 11 İyul 2002
  15. D. L. Parsell, “Skull Fossil From Chad Forces Rethinking of Human Origins”, National Geographic News, 10 Temmuz 2002
  16. John Whitfield, “Oldest Member of Human Family Found”, Nature, 11 İyul 2002
  17. “Face of yesterday : Henry Gee on the dramatic discovery of a seven-million-year-old hominid”, The Guardian, 11 Temmuz 2002
  18. Balter, M., Early Hominid Sows Division, Science Now, 22 February 2001
  19. Pickford, Martin (December 2001). “Martin Pickford answers a few questions about this month’s fast breaking paper in field of Geosciences”. Essential Science Indicators.
  20. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94
  21. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389
  22. Fred Spoor, Bernard Wood & Frans Zonneveld, “Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, vol. 369, 23 June 1994, səh. 645.
  23. Henke, Winfried (2007). Henke, Winfried; Hardt, Thorolf; Tattersall, Ian, eds. Handbook of paleoanthropology: Phylogeny of hominids. Springer. pp. 1527–9. ISBN978-3-540-32474-4
  24. Lemonick, MD; Dorfman, D (1 October 2009). “Ardi is a new piece for the evolution puzzle”. Time. Retrieved October 6, 2009
  25.  “Online extras: Ardipithecus ramidus”. Science. Archivedfrom the original on 5 October 2009. Retrieved October 6, 2009
  26. http://www.hominides.com/html/ancetres/ancetres-ardipithecus.php
  27. http://www.netcevap.org/index.php?git=makale&makale_id=148532
  28. http://www.age-of-the-sage.org/evolution/ardi_fossilized_skeleton.html
  29. Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009
  30. Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009
  31. Katherine Harmon, How Humanlike Was “Ardi”?, Scientific American, 19 Noyabr 2009
  32. http://www.lewrockwell.com/orig/sardi3.html
  33. Daniel E. Lieberman, “Another face in our family tree”, Nature, March 22, 2001
  34. http://news.bbc.co.uk/hi/english/sci/tech/newsid_1234000/1234006.stm
  35. http://news.bbc.co.uk/hi/english/sci/tech/newsid_1234000/1234006.stm
  36. Isabelle Bourdial, “Adieu Lucy”, Science et Vie, May 1999, no. 980, səh. 52-62
  37. Beck, Roger B.; Linda Black, Larry S. Krieger, Phillip C. Naylor, Dahia Ibo Shabaka, (1999). World History: Patterns of Interaction. Evans ton, IL: McDougal Littell.
  38. Zihlman AL, Cronin JE, Cramer DL, Sarich VM (1978). “Pygmy chimpanzee as a possible prototype for the common ancestor of humans, chimpanzees and gorillas”. Nature 275 (5682): 744–6
  39. Stern, J.T. and Susman, R.L., The locomotor anatomy of Australopithecus afarensis, American J. PhysicalAnthropology 60:284,307, 1983
  40. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94
  41. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389
  42. Russel Grigg, “Missing the Mark”, Creation, 26(3):24–27, June 2004
  43. Leakey, L.S.B., Finding the world’s earliest man, National Geographic 118(3):420–435, September 1960
  44. Russel Grigg, “Missing the Mark”, Creation, 26(3):24–27, June 2004
  45. Cela-Conde, Camilo; Francisco Ayala (2007). Human Evolution: Trails from the Past. Oxford: Oxford University Press, p. 158
  46. Miller, J.M.A. (2000), “Craniofacial variation in Homo habilis: an analysis of the evidence for multiple species”,American Journal of Physical Anthropology 112(1): p. 103–128
  47. Miller, J.M.A. (2000), “Craniofacial variation in Homo habilis: an analysis of the evidence for multiple species”,American Journal of Physical Anthropology 112(1): p. 103–128
  48. Wood, B. and Richmond, B.G., Human evolution: taxonomy and paleobiology, J. Anatomy 196:39, 2000
  49. Fred Spoor, Bernard Wood, Frans Zonneveld, “Implication of Early Hominid Labryntine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, cild 369, 23 Haziran 1994, səh. 645-648
  50. Boyce Rensberger, The Washington Post, November 19, 1984
  51. Boyce Rensberger, The Washington Post, November 19, 1984
  52. Richard Leakey, The Making of Mankind, Sphere Books, London, 1981, səh. 62 
  53. Marvin Lubenow, Bones of Contention, Grand Rapids, Baker, 1992. səh. 136
  54. Lubenow, M.,1992. Bones of Contention, Baker Book House, Grand Rapids, Michigan, p. 135
  55. Gish, D. T., Evolution: The Fossils Say “No”, Creation-Life Publishers, San Diego, 1979
  56. M. Boule and H. M. Wollais, Fossil Men, The Dreyden Press, New York, 1957, pp. 118-123
  57. M. Boule, L’anthropologie, 1937, s. 21
  58. http://en.wikipedia.org/wiki/Homo_erectus
  59. Lubenow, M.,1992. Bones of Contention, Baker Book House, Grand Rapids, Michigan, p. 86
  60. Creation 13(3):22–23, June 1991
  61. Marvin L. Lubenov, “Bones of Contention”, 5. nəşr, Baker Books, Michigan, 1995, səh. 88