Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Böyrəklərdəki xüsusi hüceyrələr

21 Oktyabr 2016 01:22

İnsanın varlığından xəbərsiz olduğu bir çox maddələrin orqanizmdəki miqdarı böyrəklər tərəfindən tənzimlənir. Məsələn, insanların əksəriyyəti orqanizmin toxumalarında və ya qanın tərkibində natrium molekullarının olduğunu bilmir. Lakin böyrəklər bu maddənin qandakı miqdarını gecə-gündüz daimi nəzarətdə saxlayır. Böyrəklərdə qanın tərkibindəki natriumun miqdarını tənzimləyən xüsusi qəbuledici hüceyrələr var. Əgər natriumun miqdarı aşağı düşərsə, natriumu müəyyən edən hüceyrələr bunu dərhal böyrəklərdəki natrium soran hüceyrələrə bildirirlər. Hüceyrənin özünü müəyyən bir maddənin miqdarını ölçməyə həsr etməsi olduqca heyrətamiz prosesdir. Maraqlı olan başqa bir məsələ isə hüceyrənin müəyyən etdiyi dəyişikliyi başqa hüceyrələrə xəbər vermək şüuruna malik olmasıdır. Natrium soran hüceyrələr qanın tərkibində natriumun azaldığını öyrəndikləri zaman çox mühüm bir fəaliyyətə başlayırlar. Orqanizmdən sidik kimi kənarlaşdırılan mayenin içinə böyrəklərdəki süzülmə zamanı bir qədər natrium qarışır. Haqqında danışılan hüceyrələr sidik mayesinin tərkibindəki natrium molekullarını tutur və yenidən orqanizmə qaytarır. Beləliklə, qanın tərkibindəki natriumun miqdarı normal vəziyyətə qayıdır. Natrium molekullarını tuta bilmələri üçün bu hüceyrələrin üzərində xüsusi nasoslar yerləşdirilib. Bu nasoslar təcili vəziyyətlərdə hərəkətə gəlir və sidik mayesinin tərkibində olan natrium molekullarını yenidən orqanizmə qaytarır. Əgər böyrəklərdə həmin geri sorma mexanizmi olmasaydı, artıq qida və maye sərfinə görə ölüm baş verərdi. Göründüyü kimi, insan orqanizmindəki sistemlər qüsursuzdur, sınaq mexanizmləri və təcili vəziyyətlər üçün görülmüş tədbirlər misilsizdir. Qanın tərkibindəki həyati əhəmiyyətli molekullarda baş verən hər hansı bir qüsur müvafiq hissələr tərəfindən dərhal müəyyən edilir və bu qüsurun aradan qaldırılması üçün lazımi işlər görülür. Müvafiq hüceyrələrə dərhal bir siqnal göndərilir, hüceyrələr də şüurlu bir insan kimi bu əmri anlayır, ona tabe olur və lazımi tədbirlər görürlər. Çox qısa müddət ərzində baş verən bu qüsursuz əlaqə sayəsində insanın səhhəti qorunmuş olur. Böyrəklərdəki hüceyrələrin hər birinin yenidən nə edəcəklərini bilməsi, başqa hüceyrələrlə birləşərək hərəkət etməsi, onlara çatan xəbəri oxuyub dərk edə bilməsi və lazım olanı yerinə yetirməsi kimi incəliklər haqqında düşünəndə bütün bu hadisələr zəncirinin möcüzə olduğunu görürük.

Belə bir sistemin, bu sistemi təşkil edən zərrəciklərin insan orqanizmində təsadüfən yaranması isə ümumiyyətlə mümkün deyil. Göstərilən misallardan da aydın olduğu kimi, böyrəklərdə mövcud olan bu sistemin təsadüfən əmələ gəldiyini iddia etmək darvinistlərin məntiq sahəsindəki süqutunu açıq şəkildə ortaya qoymaq deməkdir. Yalnız mikroskopda görünən və zülallardan təşkil olunan hüceyrələrin hər hərəkəti ayrı bir plan və ağıl tələb edir. Əlbəttə, hüceyrələrdə belə bir ağılın olması yaradılışı sübut edir. Bu sistem Allahın sonsuz elminin, ağlının və gücünün göstəricilərindən yalnız biridir.