Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Ağac daşıdığınız kranla yerdən noxud yığa bilərsinizmi?

17 Mart 2014 01:22

Fillərin xortumu çoxfunksiyalıdır. Fil bir tərəfdən xortumu ilə qopardığı böyük bir ağacın gövdəsini daşıyarkən digər tərəfdən bir noxud dənəsini yerdən götürüb ağzına ata bilir. Bundan əlavə, yuyunmaq və ya su içmək üçün 4 litr suyu xortumunda daşıyır və suyu fəvvarə kimi havaya püskürür. Lazım gəldikdə xortumundan xəbərləşmə vasitəsi kimi istifadə edərək sürüsünü toplayır və ya qaçmaq üçün onlara xəbərdarlıq edir. 50 min əzələdən ibarət bu orqan mükəmməl dizaynı sayəsində həddindən çox incəlik və dəqiqlik tələb edən hərəkətləri etmə qabiliyyətinə malikdir.

Kompyuter və elektronika texnologiyası dövrümüzdə böyük irəliləyişlər əldə etmişdir. Buna baxmayaraq, fil xortumunda olduğu kimi, həm kran qədər güclü, həm də noxud dənəsini tutacaq qədər dəqiq işləri eyni anda edən cihaz və robotlar hələ icad edilməmişdir.

Almaniyanın "Festo" şirkəti fil xortumunu təqlid edərək robot hazırlayıb. Bu robotun sənayedə köməkçi funksiya daşıması nəzərdə tutulur.