Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Zülallar çiçək açmağa səbəb olur

16 Yanvar 2017 01:22

Çiçəkli bitkilər üzərində aparılan son tədqiqatlar nəticəsində bu bitkilərin sanki nə zaman çiçək açacaqlarını bildikləri aşkar edilib.

 

Halbuki bu mövzu 80 ildir ki, alimlər üçün müəmmalı idi. Bildiyiniz kimi doğru zamanda çiçək açma bitkilərin çoxalması üçün çox vacibdir. Ancaq bir bitkinin çiçək açması üçün hüceyrə daxilində bir sıra molekulyar proses, bitkiyə aid bioloji saat və günəşdən gələn işıq bir-birinə uyğun olmalıdır.

 

Vaşinqton Universitetinin tədqiqatçıları latınca adı Arabidopsis olan bitki növü üzərində apardıqları araşdırmalarda çiçəkləmənin genlərlə olan əlaqəsini müəyyən etməyə çalışdılar. Aparılan son tədqiqatlar alimləri kiçik bitkinin yarpaqlarındakı xüsusi zülalın aktiv rol oynadığı nəhəng təşkilatla üz-üzə qoydu.

 

Sanki iş sahəsini, məqsədini, yol xəritəsini, hansı məqsədlə yola çıxdığını və hara çatacağını bilən bu zülal hesablama və plan hazırlaya bilir. Üstəlik biologiya, kimya və riyaziyyat elmləri haqqında da dərin biliyə sahibdir. Yarpaqlardan budağın ucuna çatana qədər hüceyrənin çiçəyə çervilməsinə səbəb olan heç bir molekulyar reaksiya baş vermir və neytral vəziyyətini qoruyub saxlayır. Lakin əsas nöqtəyə çatdıqda sanki harda olduğunu bilən, yerini müəyyən edən texnoloji vasitələrə sahib olan varlıq kimi molekulyar reaksiya baş verir. Bütün bu siqnallar zülalın aid olduğu hüceyrələrə sanki “çiçəyə çevril” əmrini verir. Bu əmri qəbul edən hüceyrələr tam lazımi yerdə, yəni budağın ucunda çiçəyə çevrilməyə başlayır.

 

Tədqiqatçılar Arabidopsis  üzərində apardıqları araşdırmalar nəticəsində çiçəkləməyə start verən zülala aid bu məlumatları əldə etdilər

 

  • Əvvəlcə ilin müəyyən vaxtlarında çiçək açan bitkilərin yarpaqlarında müəyyən zülal istehsal edildiyini aşkar etdilər

  • Bu, çiçəkləməni başladan xüsusi zülaldı

  • Yarpaqlarda istehsal edilir

  • Digər xüsusiyyəti isə hasil edildikdən sonra budağın ucuna doğru səhayətə başlamasıdı

  • Lakin bu səyahət ərzində zülalın aid olduğu hüceyrələrdə hər hansı dəyişiklik baş vermirdi

  • Yəni hüceyrələr yarpaq və ya çiçək olma xüsusiyyətini daşısa da, birindən digərinə çevrilməyə başlamırdı.

  • Lakin budağın uc nöqtəsinə çatdıqda hüceyrənin çiçəyə çevrilməsinə səbəb olan bəzi molekulyar reaksiyalar baş verir və yol boyunca hüceyrəyə göndərilən siqnallar bitkiyə aid çiçəyin yaranmasını təmin edirdi.

 

İndi isə bura qədər bəhs etdiyimiz və bu qədər böyük məsuliyyəti öz üzərinə götürənin yalnızca bir zülal olduğunu yenidən düşünək. Adi gözlə görmədiyimiz, yalnızca elektron mikroskop altında incələyə bildiyimiz hüceyrənin içində yerləşən bir zülal. Lakin bu zülal gözü və yol bilgisi olmadan, çiçəyin, bitkinin, yarpağın nə olduğunu bilmədən, hətta özünün varlığından da xəbəri olmadan bütün bu qarmaqarışıq vəzifələri yerinə yetirir. Bu zülalın nə şüuru, nə də bunları planlayıb hazırlamaq üçün ağlı vardır. O yalnızca Allahın əmri ilə hərəkət edir və Allahın onun üçün təyin etdiyi və öyrətdiyi yolu izləyir.