Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Yarasa sonarı texnologiyamızın hüdudlarını aşır

26 Mart 2017 01:22

Yarasa sonarı texnologiyamızın hədlərini aşır

 

Sonar sistemi dənizin içindəki sualtı qayıqları müəyyən etmək üçün əvəzedilməz metoddur. Buna görə Amerika Müdafiə Nazirliyi yarasa sonarının iş prinsiplərini öz sonarlarına tətbiq etmək üçün hərəkətə keçmişdir.

Amerikanın tanınmış elmi jurnallarından biri olan “Science”-in verdiyi bir xəbərə görə ABŞ Müdafiə Nazirliyi bu layihə üçün xüsusi fond belə ayırmışdır. Yarasalar sonar sistemi sayəsində zülmət qaranlıqda istiqamətlərini asanlıqla tapırlar. Nəhayət tədqiqatçılar bu sonar sisteminin bəzi yeni sirlərini kəşf ediblər. Buna əsasən qəhvəyi həşəratyeyən yarasa (Episicus fuscus) saniyədə 2 milyon ardıcıl əks-səda vermək qabiliyyətinə malikdir. Həm də bu əks-sədaları sadəcə 0.3 millemetrlik həssaslıq fərqi ilə hiss edir. Bu rəqəmlər isə yarasa sonarının süni sonarlardan təqribən 3 dəfə həssas olduğunu göstərir.1

Yarasaların sonar sistemli uçuş qabiliyyətləri bizə qaranlıqda uçuş haqqında çox şey öyrədir. İnfraqırmızı termal kameralar və ultrasəs dalğalarını qəbul edən detektorlarla aparılan tədqiqatlar yarasaların gecə ovu uçuşları haqqında daha ətraflı məlumat əldə etmək fürsəti yaratmışdır.

Yarasalar yerdən havaya qalxan həşəratı havada uçarkən tuta bilirlər. Bəzi yarasalar ovlarını tutmaq üçün onları kolların arasında belə izləyirlər. Əks olunan səs dalğalarından istifadə edərək gecə səmada vızıldayan milçəyin üzərinə atılmaq çox çətindir. Üstəlik, həşəratın kolların arasında uçduğunu, ətrafdakı bütün yarpaqlardan səs dalğalarının əks olunduğunu düşünsəniz, yarasanın nə qədər çətin işi bacardığını daha yaxşı anlayarsınız.

Belə vəziyyətdə yarasalar sonar səslərini azaldırlar. Bunun səbəbi, ehtimal ki, ətrafdakı bitkilərdən gələn əks-sədaların onları yanıltmasının qarşısını almaqdır. Lakin yarasaların cisimləri ayrı-ayrı hiss etməsi üçün bu metod təkbaşına kifayət etmir. Üst-üstə gələn əks-sədaların vaxtları və istiqamətləri də ayırd edilməlidir.2

Yarasalar suyun üstündə uçarkən su içmək üçün və ya ovlarını yerdən tutmaq üçün də sonar sistemindən istifadə edirlər. Ən ustaca manevrləri isə bir yarasanın digərini qovaladığı zaman üzə çıxır. Yarasaların bu nailiyyəti necə əldə etdiklərinin aşkar edilməsi sonar, uçuşlar və detektorlar başda olmaqla, bir çox texnoloji məhsulun istehsalında asanlığa yol aça bilər. Bundan əlavə, yarasaların çox yüksək tezlikli sonar sistemləri bu gün mina axtarma texnologiyasında da təqlid edilir.3

Boinq 767 təyyarələrində yerləşdirilən AWACS  adlanan təkmil radar mexanizmli sistemlərdən erkən xəbərdarlıq və hədəfə nəzarət məqsədi ilə istifadə edilir.4 Quruda və havada çox effektiv nəticə verən AWACS dənizdə sadəcə dənizin üstündəki gəmiləri müəyyən edə bilir. Sualtı qayıqları isə müəyyən edə bilmir, yəni dənizin dibi AWACS-ın təsir sahəsindən kənardır.5

Balıqyeyən yarasa (bulldog bat) suyun içindəki hədəflərini müəyyən etməkdə AWACS-dan üstündür. Bu yarasa sonar sisteminin köməyi ilə balıq ovlaya bilir. Onu həm yırtıcı, həm də erkən xəbərdarlıq xüsusiyyətləri daşıyan qırıcı təyyarəyə bənzətmək heç də yanlış olmaz. Balıqyeyən yarasa suyun səthinə yaxın üzən balığı sonarı ilə müəyyən edərək suya dalır. Yarasanın ayaqları balıq ovlamaq üçün ideal dizayna malikdir. Dırnaqları ülgüc kimi nazik və itidir. Ovuna yaxınlaşdıqda ayaqlarını suya salır. Dırnaqlarının incə quruluşu sayəsində suyun müqaviməti ona mənfi təsir etmir. İti, sivri uclu iri dırnaqları ovunu tutmaq üçün yarasaya asanlıq yaradır.6

Bəzi güvə növləri yaydıqları yüksək tezlikli səslər ilə yarasanın yer müəyyən etmə sistemini qarışdırırlar. Beləcə, yarasa güvənin yerini müəyyən edə bilmir, yəni onu ovlaya bilmir.7 Bu gün ABŞ  ordusunun istifadə etdiyi EA-6B Prowler adlı təyyarələr güvənin bu funksiyasını təqlid edir. Bu təyyarə elektron mexanizmi sayəsində düşmən radarlarını pozaraq hədəfindən  yayındırır. EA-6B Prowler eyni zamanda düşmənin xəbərləşmə sistemlərini də sıradan çıxara bilir.8

Göründüyü kimi, canlılardakı xüsusiyyətlər çox sahələrdə insanlara fayda verir.

 

1 http://www.godandscience. org/evolution/design. html; The Designing Times, Vol.1, No.8. , March 2000

2 http://www. nature. com/nsu/010208/010208-1. html; Philip Ball, Nature, "Astounding Bat Mobility", 2 February 2001

3 http://www.nature. com/nsu/010208/010208-1. html; Philip Ball, Nature, "Astounding Bat Mobility", 2 February 2001

4 AWACS "Havaya Konuşlandırılmış Uyarı ve kontrol Sistemi"nin ingilizce kısaltmasıdır

5 Bezen Çetin, "Hava Savunma Sistemleri", Bilim ve Teknik, Ocak 1995, s. 33

6 http://www. szgdocent. org/ff/f-bateco. htm

7 Wild Technology, Phil Gates, sf.53

8http://www. hqmc. usmc. mil/factfile. nsf/7e931335d515626a8525628100676e0c/b69da93e5a6094a18525626e00490b3f?OpenDocument