Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Möcüzəvi molekul: DNT

31 Mart 2017 01:22

Möcüzəvi molekul: DNT

 

Hələ 20-ci əsrdə kəşf edilən DNT-ni təhlil etməzdən əvvəl, yaşadığımız və hər gün yeni bir guşəsi kəşf edilən kainatı düşünək. Bir-birlərindən yüz minlərlə işıq ili məsafədə yerləşən milyardlarla qalaktika... Dərk etməkdə belə çətinlik çəkdiyimiz genişliyə sahib bu qalaktikalarda mövcud olan milyardlarla ulduz... Olduqca qarışıq bir mühitdə  minlərlə kilometr sürətlə dövr edən, amma heç vaxt toqquşmayan planetlər... Budur, biz bu planetlərdən kiçik bir dənəsi üzərində bir nöqtə boyda belə yer tutmayan, insanın kərpic daşı olan hüceyrəni elektron mikroskop altında tədqiq edirik.

İnsan bədənini  bir inşaata bənzətsək: Bu tikilinin ən incə təfərrüatına qədər qüsursuz bir plan və layihəsi, bütün texniki detalı hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur.

 İnsanın ana bətnindəki və doğuşdan sonrakı proseslərin hamısı əvvəlcədən müəyyən olunmuş proqram çərçivəsində tənzimlənir.

 

DNT və insan texnologiyası.

 DNT hər hüceyrədə mövcud olan möhtəşəm sistemə sahib nəhəng molekuldur. Bu uzun molekul zənciri üzərində həmin hüceyrənin və hüceyrənin aid olduğu canlının bütün fiziki və kimyəvi quruluşuna dair məlumatlar kodlanmış şəkildədir. İnsan DNT-sinin həcmi bir kub millimetrin 3 milyardda biri qədər (3 x 10-9 mm3) kiçikdir.

(Kolumbiya Universitetinin zoologiya üzrə professor olmuş) Corc Qeylord Simpsona görə, bu günümüzə qədər gəlib çatmış və çatmamış bütün canlı növlərinin hər birinin xüsusiyyətlərinə dair məlumatlar  DNT-ə yüklənsə, DNT-nin ümumi həcmi bir çay qaşığının çox az hissəsini doldurardı. Hətta bu günə qədər yazılmış bütün kitablardakı məlumatları saxlayacaq qədər boş yer də qalardı.

DNT-nin məlumat saxlama qabiliyyəti o qədər səmərəlidir ki, bir insana aid bütün məlumatlar sadəcə 1 qramın bir neçə trilyonda biri qədər yerə sığır. Prof. Corc Qeylord Simpsona görə, bu günə qədər yaşamış 1 milyard canlıya aid məlumat asanlıqla 1 duz dənəciyinin içinə sığdırılar.

DNT-də saxlanılan məlumatın miqdarı heyrətamizdir. Gözlə görünməyən bir DNT molekulunda düz 1 milyon ensiklopediya səhifəsini dolduran qədər məlumat yerləşir. Gəlin bu miqdarı belə bir nümunə ilə fikrimizdə canlandıraq:

Dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik Britannika ensiklopediyasının (Encyclopedia Britannica) belə cəmi 25 min səhifəsi var. Burada insanı heyrətləndirən belə bir mənzərə ilə qarşılaşırıq. Mikroskopik hüceyrənin daxilində ondan da kiçik olan nüvədə, milyonlarla məlumatı özündə ehtiva edən dünyanın ən böyük ensiklopediyasından 40 dəfə böyük olan məlumat bankı saxlanılmaqdadır. Bu 920 cildlik dünyada bənzəri olmayan nəhəng ensiklopediya deməkdir. Aparılan araşdırmalara görə bu nəhəng ensiklopediya təxminən 5 milyard fərqli məlumata sahibdir. Son iki kəlməni təkrarlayaq: “məlumata sahibdir”...

DNT millimetrin iki milyonda biri qalınlıqdadır. Bu heyrətamiz incəliyə və 4 metr uzunluğuna baxmayaraq, DNT zəncirləri bir-birinə dolaşmır. Dünyada ən yüksək səviyyədə məlumat saxlama qabiliyyəti DNT-ə aiddir. “Microsoft” (oxunacaq: Maykrosoft) şirkətinin sahibi Bill Qeyts “Gələcəyə aparan yol” (“The Road Ahead”) adlı kitabında belə yazır:

  "İnsan DNT-si bir kompyuter proqramına bənzəyir, ancaq bizim bu günə qədər düzəldə bildiklərimizdən daha çox təkmildir”

Billl Gates, The Road Ahead, Penguin, London, 1996, səh. 188.

 

Heç bir kompyuter mühəndisi gözlə görünməyən bir sahədə 1 milyon ensiklopediya səhifəsinə bərabər informasiya saxlayan DNT-ni təqlid edə bilməz. DNT-nin təsadüfi şəkildə meydana çıxdığını iddia etmək ən qabaqcıl kompyuterin təsadüfi şəkildə ortaya çıxdığını iddia etməkdən daha ağılsız bir addım olar.

DNT molekulunun  atomlarının sayı, ölçüləri, ehtiva etdiyi məlumat, nukleotidlərinin əmələ gətirdiyi birləşmələr o qədər böyük rəqəmlərlə ifadə olunur ki,növbəti dəqiqələrdə bu möhtəşəmliyi müxtəlif nümunələrlə izah edəcəyik.

 

DNT-nin kimyəvi quruluşu

Kimyəvi cəhətdən, DNT nukleotidlərdən ibarət uzun polimerdir. Hər bir DNT molekulunda 6 milyard cüt spiral formasında birləşmiş nukleotid olur.

Spiralvarı nərdivana bənzəyən DNT molekulu alimləri təəccübləndirən möhtəşəm bir dizayna malikdir. Nərdivanın fosfat turşu qalığı  və karbohidrat qruplarından ibarət yan tərəfləri DNT molekulunun onurğasını təşkil edir. Pillələri isə azotlu əsas adlanan 4 kimyəvi birləşmədən: adenin, timin, sitozin və quanindən ibarətdir.

Azotlu əsaslar tərkibində karbon, oksigen, hidrogen və azot olan 12-16 atomdan ibarətdir. Bu kimyəvi maddələr DNT spiralı üzərində ancaq 2 cür qoşalaşaraq düzülə bilirlər: adenin (A) timinlə (T), sitozin (C) isə quaninlə (Q).

Alimlər DNT-ni təşkil edən atomların nukleotidləri yaratmaq üçün hansı xüsusi düzülüşlə birləşdiklərini öyrənməyə müvəffəq olublar. Lakin canlıların quruluş vahidinin strukturlarını bilmək onları yaratmaq üçün kifayət deyil. Belə ki, alimlər atomlara və bunları birləşdirən hər cür texnologiyaya sahib olsalar da bir ədəd belə DNT molekulunu yarada bilmirlər.

Alman Federal Fizika və Texnologiya İnstitutunun direktoru Professor Uerner Qit DNT-dəki bu xüsusi quruluş ilə əlaqədar belə söyləyir:

"Canlılar üçün istifadə edilən şifrələmə sistemi mühəndislik dünyagörüşüylə ən mükəmməlidir. Bu həqiqət bunun təsadüflər yerinə məqsədli bir yaradılış olduğu fikrini sağlamlaşdırır."

Werner Gitt, In the Beginning was Information, 3-cü nəşr, Almanya, 2001, səh. 95.

 

Hər bir nukleotidin içində təqribən 34 atom var. DNT-də 6 milyard nukleotid olduğunu nəzərə alsaq, deməli, 204 milyard atom DNT molekulunu əmələ gətirmək üçün kimyəvi yolla birləşməlidir. Əgər bir saniyədə bir atom üzərində əməliyyat apara, gündə 8 saat, ildə 350 gün işləyə bilsəydiniz, təkcə bir DNT molekulunu yaratmağınız 20 min ildən çox çəkərdi. Hətta şüurlu insan bu sistemi yarada bilmirsə, kor təbii,təsadüfi prorseslər DNT kimi mükəmməl quruluşu necə əmələ gətirə bilər?! Əlbəttə, bu, qeyri-mümkündür. Qeyd edək ki, DNT molekulu olmadan canlıların yaşaması mümkün deyil. Hətta DNT-nin quruluşunda yaranan ən kiçik xəta belə ciddi xəstəliklərə yol aça bilər. 

DNT-dəki hər bir azotlu əsasın düzülüşü hüceyrənin nüvəsindəki genetik mətni təşkil edir. Həmçinin həyati əhəmiyyətə malik zülalların əmələ gəlməsi üçün lazımi məlumatı ehtiva edir. DNT-nin bir tərəfdən nizamlı quruluşunu qoruması, digər tərəfdən də məlumat müxtəlifliyinə imkan verən düzülüşdə olması isə çox maraqlıdır.

DNT-dəki müqayisə olunmaz hafizə ağlımızın fövqündədir.

Alimlər insandakı həddən artıq böyük olan genetik məlumatın ölçüsü haqqında izahlar verərəkən ölçü vahidlərindən deyil,  müxtəlif müqayisəli nümunələrdən istifadə ediblər.

Məsələn, insan DNT-dəki məlumat yazıya köçürülsəydi hər biri 1000 səhifə olan və hər səhifəsində 3000 hərf olan 1000 kitab ortaya çıxardı.

1000 kitab x 1000 səhifə x 3000 hərf = 3.000.000.000 hərf (3 milyard hərf)

2. DNT-mizdəki genetik hərfin 3 milyardı bir sətirdə yazılsaydı Şimal qütbündən ekvatora qədər uzanardı. Çap maşınında dəqiqədə 300 hərf yazan insan gündə 8 saat, ildə 220 gün bu yazını yazsaydı 95 ilə tamamlayardı.

3. Əgər 2 mm diametrində olan iynə ucundakı kütlə DNT molekulu qalinlığında ip olana qədər uzadılsa, ekvatordan 33 dəfə uzun olar.

4.DNT-dəki məlumat bir kitabxananı dolduran 100 ədəd 30 cildlik ensiklopediya dəsti qədər tutumludur. 

5. Genetik məlumatımız kitab şəklində üst-üstə qoyulsa, kitabların hündürlüyü 70 metr olardı. Ya da bu məlumatlarla 200-ə yaxın 500 səhifəlik telefon məlumat kitabları doldurulardı.  

İnsan bədənindəki bütün hüceyrələrin DNT-ləri düzləşdirilib uc-uca birləşdirilsə, təxminən 50 milyard kilometr uzunluğunda olar. Bu uzunluq planetimizdən günəş sisteminin xaricinə çatmaq üçün yetərlidir. İşığın bədənimizdəki bütün DNT-lər boyu hərəkəti üçün 2 gün lazımdır.

Bu nümunələrdə göstərmək istədiyimiz ucsuz-bucaqsız məlumatın hər bir hüceyrəmizin nüvəsində hədsiz kiçik bir yerdə saxlanılmasıdır. Böyük bir kitabxana qədər məlumatı ehtiva edən DNT-nin təxminən 100 trilyon hüceyrəmizdə də olması bu kitabxananın 100 trilyon sürətinin olması deməkdir. Bu məlumat xəzinəsini bəşəriyyətin nail olduğu elmi səviyyə ilə müqayisə etmək istəsək lazımi böyüklükdə nümunə tapa bilmərik. Üstəlik, bu məlumatların miqdarını dünyada yaşayan 7 milyard və indiyə qədər yaşayıb ölmüş milyardlarla insanın sayına vursaq beynimizin qavraması mümkün olmayan, tayı-bərabəri olmayan bir məlumat bazası ortaya çıxar. Çox mühüm bir məqamı da qeyd edək ki, bu, bütün canlılar arasında yalnız insanın genetik məlumat bazasıdır.

Belə halda bunu qəbul etməlisiniz ki mədə və ya qulağınızdakı hər hansı bir hüceyrə sizdən qat-qat daha biliklidir, bu məlumatı ən doğru və ən qüsursuz şəkildə dəyərləndirdiyi üçün də sizdən  daha ağıllıdır.

 Bəs bu ağlın qaynağı nədir? Necə olur ki, bədəninizdəki 100 trilyon hüceyrənin hər biri ayrı-ayrılıqda belə heyrətamiz bir ağıla malik ola bilər? Çünki onlar sadəcə atomların yığınıdır  və şüurları yoxdur. Bütün elementlərin atomlarını götürün , fərqli formalarda və sayda bir-birinə bağlayın, müxtəlif molekullar yaradın, yenə də ağıl əldə edə bilməyəcəksiniz. Bu molekulların böyük, kiçik, sadə və ya mürəkkəb olmağı da nəticəni dəyişməyəcək.Çünki ağıl, bu molekullarda, ya da onları içində saxlayan hüceyrədə deyil, molekulları, bu cür proqramlaşdırılmış olaraq var edənin özündədir. Eynilə, hüceyrə də, içindəki DNT də, bu hüceyrələrdən meydana gələn insan da, Yaradanın əsəridir.Əsər nə qədər mükəmməl, qüsursuz və təsirli olursa olsun, ağıl hər zaman o əsərin sahibindədir.

 

 DNT-dəki şüur və qüsursüz inşaat layihəsi.

 

 Bütün canlılarda – insanlarda, çiçəklərdə, quşlarda,  milçəklərdə, hətta bakteriyalarda belə DNT var. DNT canlı hüceyrəsinin xüsusiyyətləri və funksiyasını düzgün yerinə yetirməsi ilə bağlı bütün lazımi informasiyanı daşıyır. Bundan əlavə, canlının necə göründüyü, hansı quruluşda olacağı, necə böyüyəcəyi, orqanlarının necə işlədiyi haqqında hər cür informasiya DNT-də əvvəlcədən müəyyən edilib. Məsələn, bir insanın DNT-si onun boyu, gözünün rəngi və bədən quruluşuna dair hər cür təfərrüatı, bədəninin hansı təhlükələr qarşısında necə özünü müdafiə edəcəyi, hüceyrənin quruluş vahidləri olan zülalları necə hasil edəcəyi ilə bağlı informasiya daşıyır. Gülün DNT-sində onun qoxusu, rəngi, tikanlarının quruluşu, yarpaqlarının forması, gövdəsinin qalınlığı haqqında milyonlarla ətraflı informasiya şifrlənib saxlanılır. DNT molekulları bir sözlə hər canlının necə inşa edildiyini və necə funksiyaya malik olduğunu  müəyyən edən təfsilatlı plandır.

 DNT sadəcə fiziki xüsusiyyətləri müəyyən etmir. Eyni zamanda həm hüceyrə, həm də orqanlar və sistemlər səviyyəsində minlərlə müxtəlif prosesi planlaşdırır.Milyardlarla hərflərdən ibarət olan DNT-dəki məlumatlar, A - T - Q - S hərflərinin bir-biri ardınca ,xüsusi məna ehtiva edən sıra ilə düzülməsi nəticəsində yaranır. Lakin, DNT-də hər hansı bir pillədəki, məsələn 1 milyard 719 milyon 348 min 632-ıncı pillədəki bir hərfin səhv kodlaşdırılması kimi bir xəta belə, hüceyrə üçün, beləliklə, insan üçün dəhşətli nəticələrə gətirib çıxarır. Uşaqlarda görülən hemofiliya (qan xərçəngi) xəstəliyi bu cür bir səhv kodlaşdırmanın nəticəsidir.  Bəs görəsən kimsə çıxıb bu yazıların təsadüfən meydana gəldiyini deyə bilərmi?

Allah elmini, gözlə görünməyən bir hüceyrənin nüvəsindəki cansız bir maddədə göstərir. Bir az ağıl sahibi  insan bu sistemin yaradıldığını və kainatdakı digər bütün sistemlərin olduğu kimi hüceyrənin də Allahın mütləq nəzarətində olduğunu anlayır.