Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Kirlilik detektoru kimi tanınan fil balıqları

17 Mart 2014 01:22

Qərbi Afrika fil balığı (Gnathonemus petersii) Afrikanın 27ºC temperaturda isti, palçıqlı sularında yaşayır. Baş forması fil xortumuna bənzədiyinə görə fil balığı adlandırılan bu balıqlar yem tapmaq, qaranlıq, bulanıq sularda istiqamətlərini müəyyən etmək üçün zəif elektrik sahələrindən faydalanırlar. Zəif elektrik hasil edən bu balıqların başlarının üstündəki çıxıntılı hissədə elektrik qəbulediciləri var. Qəbul edilən elektrik impulslarının birləşdirilməsi üçün bir çox proses tələb edilir. Fil balıqları balıqlar aləmində ən ağır beyinə malik canlılardır. Bu cür beyin o qədər böyük və fəaldır ki, balığın metabolik enerjisinin 60%-ni sərf edir. Bu da insanlardakından 3 dəfə çoxdur.

Canlının elektrik impulsu yayan orqanı isə quyruğunda yerləşir. Balıq quyruq tərəfindəki əzələlərindən yaydığı elektrik impulsları ilə yolunu tapır. Normal şəraitdə dəqiqədə təqribən 500 impuls yayır. Lakin suyun kirlilik səviyyəsi artdıqca dəqiqədə hasil etdiyi elektrik impulsu 1000-dən çox olur.

İngiltərənin Burmaunt şəhərində kirliliyi ölçmək üçün fil balıqlarından faydalanaraq icad edilmiş detektorlardan istifadə edilir. Burmauntdakı bir su şirkəti Staur çayından götürdüyü su nümunələrini 20 fil balığının nəzarətinə vermişdir. Hər balıq çaydan gələn su ilə doldurulmuş akvariumda yaşayır. Akvariumlardakı qəbuledicilər elektrik impulslarını qəbul edərək kompyuterlərə ötürürlər. Əgər su kirlidirsə, balığın artan impulsları müəyyən edilərək kompyuter vasitəsilə həyəcan siqnalı verilir.

Əgər bir balıq elm adamına ilham mənbəyi təşkil edirsə və texniki cəhətdən bu qədər mükəmməldirsə, insanların öhdəsindən gəlmədiyi problemləri üstün sistemləri ilə həll edə bilirsə, bu canlının yaradılışı üzərində düşünmək lazımdır. Bu qədər mükəmməl canlının kor təsadüflər, şüursuz kortəbii proseslər nəticəsində əmələ gəlməsi, əlbəttə, qeyri-mümkündür. Bu gün elm adamlarının təqlid edərək faydalanmağa çalışdıqları bu üstün mexanizm Allah'ın saysız-hesabsız nümunələrindən biridir.