Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Timsah dərisindəki fiberşüşə texnikası

14 İyul 2017 01:22

Fiberşüşə texnikasından texnologiyada 20-ci əsrdə istifadə edilməyə başlanmışdır. Ancaq bu məmulat canlılarda mövcud olduqları gündən mövcuddur. Məsələn, timsahın dərisi fiberşüşə ilə eyni quruluşdadır.

Elm adamları oxun, bıçağın və hətta bəzən güllələrin belə təsir etmədiyi timsah dərisinin nə üçün bu qədər möhkəm olduğunu yaxın dövrə qədər bilmirdilər. Mövzu ilə bağlı aparılan tədqiqatlar çox maraqlı nəticələr vermişdir: timsahın bel dərisində xüsusi toxuma var. Bu toxumanı möhkəm edən içindəki kollagen zülalı lifləridir. Bu liflər toxumaların içinə əlavə edilərək toxumanın quruluşunu möhkəmləndirir. Şübhəsiz ki, bu məmulat (kollagen) bu qədər detalı və xüsusiyyəti təkamülçülərin iddia etdikləri kimi uzun illər ərzində bir-birini izləyən təsadüflər nəticəsində qazanmamışdır. Bu maddə yer üzündə ilk dəfə ortaya çıxdıqda mükəmməl xüsusiyyətləri ilə birlikdə yaradılmışdır.