Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Niyə faydalı mutasiya iddiası təkamülə ziddir?

23 May 2017 01:22

Niyə faydalı mutasiya iddiası təkamülə ziddir?

Fərz edilən faydalı mutasiyalar üçün lazım olan sonsuz zaman 

Həqiqətən, faydalı mutasiyaların baş vermə ehtimalını fərz etsək belə, mutasiya iddiası təkamül nəzəriyyəsinə uyğun gəlmir. MTİ-də (Massaçusets Texnologiya İnstitutu – Massachusetts Institute of Technology) elektrik mühəndisliyi fakültəsinin professoru Murray Eden “neodarvinist təkamülün elmi nəzəriyyə kimi əsassızlığı” başlıqlı məqaləsində adaptasiya məqsədli dəyişikliyi meydana gətirmək üçün altı mutasiya lazımdırsa, bunun təsadüfən ancaq bir milyard ildə bir baş verəcəyini, əgər iki düjün gen daxil olacaqsa, bu təqdirdə Yerin yaşından daha uzun müddətin, daha doğrusu, 10.000.000.000 ilə ehtiyac olacağını açıqlamışdır.1 Riyaziyyatçılar birdən artıq mutasiyanın eyni anda meydana gəlməsi lazım olan mürəkkəb üzv və orqanlarda mutasiyaların faydalı və təsirli olduğu fərz edildikdə belə darvinistlər üçün zaman problemi olduğunu açıq şəkildə bildirirlər. Ən qatı darvinistlərdən olan paleontologiya üzrə professor C. Q. Simpson belə beş mutasiyanın eyni anda baş verməsinin sonsuz zaman tələb etdiyini açıq şəkildə bildirir.Sonsuz zaman belə bir ehtimalın olmadığı deməkdir və bu ehtimal, eyni zamanda, canlı orqanizmlərin malik olduqları bütün quruluş və orqanlara da aiddir. Bu halda, dövrümüzdə gördüyümüz möhtəşəm canlı müxtəlifliyinin mutasiyalarla əmələgəlmə ehtimalının qeyri-mümkün olduğu aydındır. Təkamülçü C.C.Simpson sözügedən mutasiya iddiası ilə bağlı başqa hesablama da aparmış və hər gün yeni generasiya əmələ gətirdiyini fərz etdiyimiz 100 milyon fərdlik sürüdə mutasiyalardan əldə edilən müsbət nəticənin ancaq 274 milyard ildə bir meydana gələ biləcəyini etiraf etmişdir. Bu say 4,5 milyard il kimi təxmin etdiyimiz Yerin yaşından yüz dəfələrlə böyükdür.3 Təbii ki, bütün bunlar mutasiyaların müsbət təsirinin olduğunu və ya yeni generasiyalar meydana gətirə bildiyini fərz etdikdə, ortaya çıxan hesablamalardır. Lakin real dünyada belə bir fərziyyəyə yer yoxdur.

  1. Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, səh. 4
  2. Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, səh. 230
  3. Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 81