Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Eşitmə cihazlarında yeni inkişaf: milçək qulağı

18 Mart 2014 01:22

Elm adamları eşitmə cihazlarını hazırlayarkən nə üçün insan qulağının yerinə milçək qulağını təqlid edirlər?

Eşitmə itkisini dərman, ya da əməliyyatla düzəlmək mümkün olmadıqda və ya əməliyyat etmək riskli olduqda xaricdən gələn səsləri yüksəltmək məqsədi ilə eşitmə cihazları hazırlanır. Eşitmə cihazları iç qulaq, bəzən də orta qulaq problemlərində istifadə edilir. Ancaq tədqiqatçılar daha həssas eşitmə cihazları istehsal edərək səsi təbii səsə daha da yaxınlaşdırmağa çalışırlar. Bu işlərdən biri də Kaliforniya Universiteti Beyin Araşdırma İnstitutunun fiziologiya bölməsindəki tədqiqatçılar tərəfindən reallaşdırılmışdır. Tədqiqatçılar bu məqsədlə təbiətdəki eşitmə sistemlərini araşdırmağa başlamışlar.

Ormia ochracea milçək növünün qulağındakı mükəmməl sistem:

Aparılan elmi işlər nəticəsində ormia ochracea ağcaqanad növünün qulağının sahib olduğu möhtəşəm sistemlə eşitmə cihazının dizaynında inqilab edəcəyi aydın olmuşdur. Bu ağcaqanadın qulağı səsin gəldiyi istiqaməti mükəmməl şəkildə təsbit edəcək şəkildə yaradılmışdır. Ron Hoy bu vəziyyəti belə izah edir:

"Bu günə qədər səsin gəldiyi istiqaməti təyin etməkdə insan qulağının ən yaxşı olduğunu zənn edirdik. Bir-birindən 15 sm uzaqlıqda olan qulaqlarımız sayəsində səs qaynağının yeri haqqında kafi məlumat əldə edə bilirik. Halbuki, ormia ağcaqanadı qulaqlarının arasında yarım millimetrlik məsafə olmasına baxmayaraq, səsin qaynağını bütün canlılardan daha yaxşı müəyyən edə bilir".

İnsan beyni ilə milçək beyni arasındakı sürət fərqi

İnsan beyni də səsin yerini təsbit etmək üçün ormia kimi eyni üsuldan istifadə edir. Bunun üçün əvvəl səsin yaxınlıqdakı qulağa, daha sonra uzaqda qalan qulağa çatması kifayətdir. Səs dalğası qulaq pərdəsinə çatdıqda elektrik siqnalına çevrilərək dərhal beyinə çatır. Səsin iki qulağa neçə millisaniyə fərqlə çatdığını hesablayan beyin səsin gəldiyi istiqaməti dərhal müəyyənləşdirir. İnsanda bu hesablama 10 millisaniyədə baş verir. Halbuki, bu ağcaqanad növü eyni hesabı iynə ucu böyüklüyündəki beyni ilə insandan min qat daha sürətli şəkildə reallaşdırır.

Səs qaynağını səhv etmədən müəyyən etmək niyə əhəmiyyətlidir?

Ormia milçəyinin səsin gəldiyi yeri səhv etmədən tapa bilməsi soyunun davamı üçün vacibdir. Çünki sürfələrinə qida qaynağı olan bir cırcırama tapmaq məcburiyyətindədir. Ormia ağcaqanadı yumurtalarını tapdığı cırcıramanın üzərinə qoyaraq, çıxacaq parazit sürfələrin onunla bəslənmələrini təmin edir.

Ormia milçəyinin cırcıramanın yerini tapması üçün yaradılmış həssas qulaqları var. Bu möcüzəvi canlı mahnı oxuyan cırcıramanın yerini o qədər millimetrik hesablarla təyin edir ki, böyük bir meşənin içində hədəfini yalnız 2 dərəcəlik səhvlə tutur.