Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Səsini 50 metr uzağa çatdıra bilən qurbağa

20 May 2018 01:22
Borneo adasında yaşayan bir qurbağa növünün  erkəkləri səslərini uzaq məsafələrdəki dişilərin eşitməsi üçün ağac boşluqlarındakı rezonansdan istifadə edirlər. Fizika qanunlarını bilirmiş kimi həssas nizamlamalar edən qurbağalar ağıllı davranış nümayiş etdirirlər. 
Uzunluğu 2 santimetri keçməyən bu qurbağalar səslərini 50 metr uzaqlığa çatdıra bilirlər(1). Bu kiçik canlı necə olur ki, belə güclü səs çıxarır, bunu öyrənmək istəyən elm adamları qurbağaları 6 ay boyunca tədqiq etdilər. Metaphrynella sundana növünə aid olan bu canlının fizika qanunlarından çox yaxşı şəkildə istifadə etdiyi ortaya çıxdı.
İsveçrənin Lund universitetindən Lardner, bu tədqiqatı Malyaziyanın "Sabah Parkları Elmi Tədqiqat Şöbə"sindən Maklarin bin Lakim ilə birlikdə həyata keçirdi. İki elm adamının qurbağaları tədqiq etdikləri yer isə Borneodakı Kinabalo Milli Parkı oldu. Elm adamlarının bu tədqiqatı Nature jurnalında dərc edildi(2).
Cütləşmə dövrü gəldikdə erkək qurbağalar özlərinə uyğun bir ağac oyuğu axtarmağa başlayırlar. Oyuğu tapdıqdan sonra qurbağa, olduğu yerin səs ötürmə xüsusiyətlərini yoxlayır. Çıxardığı səslərin əks-sədasını dinləməyə başlayır. Bir-birindən fərqli səslər çıxararaq incə nizamlamalar etdikdən sonra, müəyyən bir tezliyə qərar verir. Bu tezlikdəki səs dalğaları ağacın ehtizaz tezliyinə bərabər olduğu üçün rezonans meydana gəlir. Rezonans sayəsində qurbağanın səsi qat-qat uca olur.
Qurbağanın bu davranışı elm adamları üçün bir ilk oldu. Tədqiqatçılardan Björn Lardner:
"Məlum olduğu qədəriylə bu tədqiqat, bir heyvanın rezonans əldə etmək üçün səsindəki pərdələri nizamlamağı bacardığının ilk dəlili oldu. Bu davranış olduqca kompleksdir" ifadələrini işlədir(3).
Bu qurbağanın fərqli oyuqlar içindəki performansını müqayisə edən tədqiqatçılar təəccüblü bir vəziyətlə qarşılaşdılar. Əldə etdiyi rezonansı ən faydalı şəkildə istifadə etmək istəyən qurbağa həddindən artıq enerji xərcləyir.
Tədqiqatçılar əks-səda verən bir səs əldə edən qurbağanın səsində öz təbii səsinə görə 10-15 db-lik artım olduğunu hesabladılar. Səsin yayılma qanununa görə, səs mənbəyindən iki dəfə uzaqlaşdıqda səsin ucalığı 6 db aşağı enir. Bu səbəbdən rezonans sayəsində əldə edilən səsin miqdarının əhəmiyyətli dərəcədə olduğunu bildirir Lardner.
Elm adamları qurbağanın fərqli oyuqlarda səsini necə dəyişdirdiyini anlamaq üçün oyuqlara oxşar plastik borulardan istifadə etdilər. Su ilə doldurduqları boruları istədikləri zaman boşaltmaq üçün drenaj sistemi əlavə etdilər. Bu boruların içinə qoyduqları qurbağanın səsini qeydə alıb dəyişiklikləri izlədilər. Borulardan birindəki suyu 28 dəqiqə ərzində nəzarət altında boşaltdılar. Borudakı qurbağanın, həcmlə birlikdə dəyişən rezonans tezliyini əldə edə bilmək üçün səsində 250 HS-ə qədər dəyişiklik etdiyini göstərdi.
Özləri elm adamı olan tədqiqatçılar bu qurbağanın fizika qanunlarından çox yaxşı şəkildə istifadə etdiyini bildirirlər. Qurbağa doğru olan tezliyi tapmaq üçün dalğa uzunluğundakı ən kiçik dəyişiklikləri hiss edə bilən eşitmə sisteminə sahib olmalıdır. Bu cür həssas eşitmə sistemi, geniş tezlik intervalında səs çıxarabilən başqa bir sistemlə birləşir. Bütün bunlar xüsusi sinir sistemi sayəsində mümkün olur. Yaxşı bəs bu kiçik canlı səsini daha uzağa çatdırmaq üçün bu cür davranışı özü düşünə bilərmi? Sonra da buna uyğun sinir sistemini və orqanları öz bədənində var edə bilərmi? Əlbəttə xeyr.
(1) Nature.com/nsu: Tom Clarke, Frogs tune call to hole, 5 Noyabr 2002: 
     (2) Lardner, B. & bin Lakim, M. Tree-hole frogs exploit resonance effects. Nature, 420, 475, (2002). 
     (3) National Geographic.com: Sean Markey, Frogs Use Hollow Trees as Megaphones, 4 Dekabr 2002 : 
          2002/12/1204_021204_TreeFrogs.html