Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Suyun üstündə tullanaraq balıqlardan qaçır

18 Mart 2014 01:22

Suyun səthində yerimə və tullanma qabiliyyətinə malik yeni həşərat aşkar edilib.

Cənubi Afrikanın Keyptaun şəhərindəki kiçik göldə tapılan bir böcək növü tropik ərazilərdəki su hövzələrinin sahilindəki palçıqlı suların içində qazdıqları oyuqlarda yaşayır.

Böcəyin suyun üstündə yeriyən digər həşərat və heyvanlardan fərqli tərzdə hərəkət etdiyinə diqqət çəkən elm adamları bu böcəyin istifadə etdiyi metodun suda yeriyən robot cihazların istehsalında faydalı olacağını bildiriblər.

Böcək üzərində aparılan tədqiqatlar 5 mm uzunluğunda və 10 mq çəkidəki bu həşəratın arxa ayaqlarındakı xüsusi tırtılları vasitəsilə suyun səthində 100 mm hündürlüyə sıçradığını və hər sıçrayışda öz boyundan 5.4 dəfə hündür olan 33 mm-lik məsafəni qət etdiyini göstərib.

Bu böcək quruda 70 sm hündürlüyə sıçrayır və bir sıçrayışda 1 m qət edir. Böcəyi kəşf edən İngiltərənin Kembric Universitetinin zoologiya fakültəsinin professoru Malkolm Barou bu həşərat üzərində apardıqları tədqiqatı "Current Biology" adlı jurnalda dərc etdirib.

Su topu düzəldib tullanır

Su üstündə hərəkət edən su böcəklərinin və Cənubi Amerika kərtənkələsinin ayaqları ilə su arasında qalan kiçik hava təbəqəsini qorumaq üçün suyun səth gərginliyindən faydalandığını bildirən Barou bu canlıların ayaqları islandıqda suda batdıqlarını izah edib.

Bu böcək isə balıqlara yem olmaqdan xilas olmaq üçün təqribən 1 milli saniyə ərzində, saniyədə 130 dərəcəlik bucaq sürəti ilə açdıqları güclü arxa ayaqları ilə suyu itələyirlər. Aşağıya doğru itələmə hərəkəti ilə ayaqların üzərindəki xüsusi yaylı tırtıllar və çıxıntılar açılır, ayaqların səthi 2.4 dəfə genişlənir və aşağıda böcəyin havaya sıçramasına imkan verən su topu meydana gəlir. İtələmə hərəkəti başa çatdıqdan sonra ayaqlardakı tırtıllar böcəyin havada sürüklənməsinin qarşısını almaq üçün sürətlə bağlanır.

Böcəyin suyun üzərində hərəkət və sıçrama metodundan suda hərəkət edən kiçik robotların icad edilməsində istifadə ediləcəyini bildirən Burous: "Suyun altında hərəkət edən kiçik robot cihazlar düzəltmək istəyiriksə, biz də bu cür pərvanələr və ya kürəklər dizayn etməliyik", - deyib.