Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Okean dərinliklərindəki optik lif dizaynı

18 Mart 2014 01:22

Rossella Racovitzae adlı su süngər bitkisi insanoğlunun ən yeni texnologiyalarda istifadə etdiyi optik lifdən hazırlanmış çıxıntılara malikdir. Optik lif işığı çatdırmada çox təsirli vəsaitdir. Lazer şüalarının optik lif kabelindən keçirilməsi ilə əldə edilən ünsiyyət vasitələri normal vəsaitdən hazırlanmış kabeldəkilərə görə fövqəladə tez artım göstərir.

Belə ki, saç teli qalınlığında 100 dənə optik lif kabelin yan-yana gətirilməsi ilə yaranan kabel kəsiyindən 40.000 fərqli səs kanalı keçirilə bilir.

Antartika sahillərinin dərinliklərində yaşayan bu süngər növü fotosintez əldə edə bilmək üçün ehtiyacı olan işığı optik lifdən hazırlanmış tikan şəkilli çıxıntıları sayəsində asanca toplayır və ətrafı üçün də işıq qaynağı olur. Bu sayədə həm özü, həm də bu süngərin işıq toplama qabiliyyətindən faydalanan başqa canlılar həyatda qala bilir. Eyni mühitdə yaşayan tək hüceyrəli yosunlar da bu süngərə yapışır və həyatda qalmaq üçün lazım olan işığı əldə edirlər.

Antartika sahillərinin 100 ilə 200 metr dərinliklərində qalın buz kütlələrinin altında zülmət qaranlıq kimi mühitdə yaşayan bir canlı üçün günəş işığını tutmaq, canlının həyatını davam etdirə bilməsi baxımından son dərəcə böyük əhəmiyyət daşıyar. Canlının bu problemi həll edə bilməsi işığı ən təsirli şəkildə toplayan optik lif ilə təchiz edildiyinə görə mümkündür. Bilindiyi kimi, optik lif texnologiyası son əsrin ən inkişaf etmiş texnologiyalarından biridir. Yapon mühəndisləri bu texnologiyanı günəş işığını göydələnlərin işıq almayan hissələrinə çatdırmaqda istifadə edirlər. Göydələnlərin damına yerləşdirilən nəhəng lupalar günəş işığını optik lif keçiricilərin ucuna fokuslayır. Lif keçiricilər vasitəsi ilə də günəş işığı binanın ən qaranlıq nöqtələrinə qədər çatdırılır.

Yüksək texnologiyaya sahib sənayelərdə emal edilən optik lif maddəsinin belə bir mühitdə bu canlı tərəfindən 600 milyon ildən bəri istifadə edilməsi elm adamlarını da heyrətə salır. Vaşinqton Universitetində mexanika mühəndisi olan mütəxəssis Ann M. Mescher bu həqiqəti belə ifadə edir:

Bu lifləri zəif istilikdə belə bənzərsiz mexaniki və mükəmməl optik xüsusiyyətlərlə istehsal edən bir canlının var olması fövqəladə haldır.

Vaşinqton Universitetində professor və eyni zamanda mettalurgiya mühəndisi olan Brian D. Flinn isə bu süngərdəki üstün dizaynı belə təsvir edir:

"Bu, qarşımızdakı 2 ya da 3 il içində (insanların) telekommunikasiyaya keçirəcəkləri bir şey deyil, bu qarşımızdakı 20 ildə əldə edilməyəcək bir şeydir"