Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Texnologiyada qarışqa ordusu

18 Mart 2014 01:22

Qarışqalardan nümunə götürərək qurulan proyektlərin ən məşhuru müxtəlif ölkələrdə bir-birindən müstəqil olaraq icra edilən "Robot qarışqa ordusu proyektləri"dir.

Məsələn, Virciniya Politexnik İnstitutu və Virciniya Dövlət Universiteti tərəfindən aparılan araşdırmada kiçik, ucuz və sadə robotların inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Proyekti həyata keçirənlər robotların rahat olmalarının səbəbini bu şəkildə açıqlamışdır: "Qrup şəklində hərəkət etmələri, koordinasiya daxilində bir sıra fiziki işləri yerinə yetirmələri və ortaq şəkildə qərar vermələri". Bu robot ordularının bütün mexaniki və elektrik dizaynları qarışqa birliyinin davranışlarından nümunə götürülərək hazırlanmışdır. Həşərat yoldaşlarına bənzədiklərinə görə onlara "qarışqa ordusu" robotları deyilir.

"Qarışqa ordusu" robot sistemi əvvəl "material daşıma sistemi" kimi hazırlanmışdır. Bu ssenariyə görə kiçik robotlar ortaq şəkildə cisimləri bir yerdən başqa yedə aparmalı idilər. Sonra müxtəlif vəzifələrdə də istifadə edilmələrinə qərar verildi. Bir jurnalda bu robotların nə məqsədlə istifadə ediləcəyi bu şəkildə təsvir edilir:

Nüvə və təhlükəli maddə təmizliyi, dağ-mədən (məmulat çıxartma və xilasetmə), mina təmizləmə, kəşfiyyat və keşik, planetlərin səthlərinin araşdırılması və qazıntı.

Qarışqa robot texnologiyası mövzusunda mütəxəssis olan İsrael A. Vaqner İsrail parlamentinə təqdim etdiyi hesabatında qarışqa robot proyektlərini bu şəkildə təsvir edir:

Qarışqa-robotlar ortaq hədəfi reallaşdırmaq üçün hazırlanmış fiziki varlıqlardır. Bunların məhdud enerji qaynağından istifadə etdikləri və iş sahələrində bir çox iz buraxaraq ünsiyyət qurduqları görünür. İşlərin bu robotlar arasında bölüşdürülməsi ya mərkəzi idarəetmə ilə və digər agentlərə təlimat göndərən bir fərd tərəfindən reallaşdırıla bilər, ya da fərdlərin əvvəldən itaət etmələri şərti ilə verilən bir vəzifənin tamamlanması ilə də təmin edilə bilər.

Üçüncü yol isə iş əsnasında bu əməkdaşlığın təbii ki, əvvəldən qərar vermədən ortaya çıxmasıdır. Bunların istifadə məqsədi araşdırma, xəritə çıxartma, naməlum planeti kəşf etmə, ya da mina sahəsini təmizləmə ola bilər.

Bu nümunələrdən də göründüyü kimi, dövrümüzdə qarışqaların ictimai həyatları bir çox proyektin əsasını təşkil edir və qarışqalardan nümunə götürülərək reallaşdırılan robot texnologiyaları insanlara fayda verir.