Son tədqiqatlar poçt göyərçinlərinin istiqaməti müəyyən etmək üçün Yerin maqnit sahəsindən istifadə etdiyinə dair nəzəriyyəni dəstəkləyir.
Qədim zamanlardan bəri insanlar uzaq məsafələrə ismarıclar göndərmək üçün poçt göyərçinlərindən istifadə etmişlər. Hələ 1150-ci ildə Bağdadda məktub yollamaq üçün göyərçinlərdən istifadə edildiyi məlumdur.
Məşhur Röyters xəbər agentliyinin banisi Pol Röyter xəbərləri və səhmləri paylamaq üçün 1850-ci ildə Belçikanın Brüksel şəhəri ilə Almaniyanın Aachen şəhəri arasında 45 göyərçindən istifadə etmişdir.
Poçt göyərçinləri uzaq məsafələri qət edə bilirlər. Ən uzaq məsafəyə uçan göyərçinin rekordu 1689 mildir (təxminən 2719 km.).
Çöl göyərçinlərinin (Columba livia) evlərinin yolunu necə tapmaları bu günə qədər sirr idi. Bir neçə nəzəriyyə arasından üstünlük maqnit sahəsini qavrama qabiliyyətinə verilmişdi. Elm adamları on illər davam edən tədqiqatlardan sonra göyərçinlərin həqiqətən maqnit sahəsini qavrama qabiliyyətinə sahib olduğunu ortaya çıxardılar.
Chapel Hilldəki Cornell Universitetinin əməkdaşları və Cordula Mora təcrübə aparmaq üçün göyərçinləri tunelə qoydular. Tunelin üstündə yerləşdirilən maqnit halqanı işə salanda tunelin mərkəzində maqnit sahəsi meydana gəlirdi. Mora dörd göyərçini maqnitik sahə işləyərkən tunelin bir tərəfinə, işləməyərkən isə digər tərəfinə uçduqlarını müşahidə etdi. Sonra göyərçinlərin maqnit sahəsini təsbit etmə qabiliyyətini ölçdü. Bu məqsədlə apardığı 24 təcrübədə göyərçinlərin doğru seçimlərinin nisbəti 55%-lə 65% arasında olduğunu müəyyənləşdirdi.
Əvvəllər də tədqiqatçılar göyərçinlərin dimdiklərinin üstündə maqnit zərrəcikləri tapmışdılar. Mora quşun dimdiyinin maqnit qabiliyyətlərinin qərargahı olub-olmadığını müəyyən etmək üçün hər bir quşun dimdiyinə maqnit sahəsini təsbit etmə qabiliyyətini zəiflədən kiçik maqnitlər yerləşdirdi. Bunun nəticəsində quşun qabiliyyətində nəzərəçarpacaq dərəcədə zəifləmə baş verdi. Müvəffəqiyyətin nisbəti 50%-dən aşağı düşdü. Ancaq bir müddət sonra quşun maqnitin səbəb olduğu zəifləməyə uyğunlaşdığı və müvəffəqiyyət nisbətinin də yenidən yüksəldiyi müşahidə edildi.
Quşların dimdiklərinə maqnit olmayan əşyalar yerləşdiriməsi isə onların maqnit sahəsini təsbit etmə qabiliyyətə təsir etmədi. Cərrahiyyə əməliyyatı ilə qoxu sinirlərinin quşların dimdiklərindən kəsilməsi də bu qabiliyyəti zəiflətmədi.
Bu kəşf göyərçinlərin Yer kürəsini əhatə edən maqnit sahəsinə görə istiqamətlərini müəyyən etmələri nəzəriyyəsini gücləndirdi.
Köçəri quşların günəş, ay və ulduzlardan faydalandıqları hesab edilirdi. Mora bunlara dünyanın maqnit sahəsini də əlavə edərək, bunun qüsursuz istiqamət müəyyən etmə qabiliyyətinə təsir etdiyini belə söyləyirdi:
"Dünyadakı hər yer maqnetik meyilliyə və maqnetik sıxlığa malik xüsusi kombinasiyaya malikdir. Bu da göyərçinə harada olduğunu müəyyən etməyə kömək edir".
Digər tədqiqatçılar da bu kəşfin göyərçinlərin duyğu sistemlərini anlamaq üçün böyük addım olduğunu düşünürlər.
Digər tərəfdən, istiqamət müəyyən etmə sistemi üstün texnologiyaya əsaslanan sistemi bir daha sübut edir.
Qlobal peyk sistemiGöyərçinin istiqamət müəyyən etmə sisteminə nəzər yetirdikdə dərhal Qlobal peyk sistemi (GPS - koordinatları təyin etmək üçün qlobal peyk sistemi) yada düşür. Qlobal peyk sistemi hər hansı bir şeyin yerini təyin etmək üçün istifadə edilən peyk naviqasiya sistemidir. Bu sistemdə ən az 24 peykdən istifadə edilir. Amerikanın Müdafiə Nazirliyi tərəfindən hazırlanmış GPS-dən hamı istifadə edə bilər. Bu, ödənişsiz sistemdir. Sistemin üç işçisi var: kosmos, idarəçi və istifadəçi. Kosmos GPS peyklərini ifadə edir. İdarəçi isə Yer kürəsinin müxtəlif bölgələrindəki stansiyalardır. Bu stansiyalar peyklərin yollarına nəzarət edir, peyklərdəki həssas saatları bir-birinin arasında uyğunlaşdırır və peyklərə çatdıran məlumatları yükləyir. İstifadəçi isə GPS alıcısıdır. GPS alıcısı bir neçə peykdən gələn siqnal mesajlarını həll edir və mövqeyini hesablayır. Bu hesablama trilaterasiya adlandırılan metodla reallaşır.
Trilaterasiya metodu obyektlərin nisbi mövqelərini hesablama üsuludur. Bu hesablama ən az üç istinad nöqtəsinin yerinin müəyyən edilməsini tələb edir.
Heyrətamiz bənzərliklərQlobal peyk sistemi ilə göyərçinlərin istiqamət müəyyən etmə sistemləri arasında funksiya baxımından bənzərliklər mövcuddur. Hər ikisində də Yer kürəsindəki bir mövqeyə dair məlumat verən mühit mövcuddur. GPS-də peyklərdən gələn məlumatlar atmosferə çatdırılır. Göyərçinlərdəki sistemdə də Yer kürəsinin maqnit sahəsindən istifadə edilir. Hər ikisində də ətrafdan gələn məlumatları (siqnalları) qəbul edən sistem mövcuddur, yəni peyklərdə panellər, göyərçinlərdə dimdikdə olan maqnit hüceyrələri... Hər ikisində də bu məlumatları şərh edən sistem mövcuddur. GPS-də kompyuterlər və digər rəqəmsal cihazlar həndəsi hesablamalarla reallaşarkən (yuxarıda yekunlaşdırılan trilaterasiya metodundakı kimi), göyərçinlərdə bu funksiya duyğu vasitəsilə həyata keçirilir.
Hal-hazırda bir çox hava yolu şirkəti təyyarələrə GPS yerləşdirir, bunu uçuş idarə sistemlərinə inteqrasiya edirlər. Bir təyyarənin elektron uçuş sistemlərinin burunda yerləşdirildiyi kimi, göyərçinin maqnit hüceyrələrinin də dimdikdə yerləşdirilməsi əhəmiyyətli bənzərlikdir.
GPS sisteminin və bütün peyk və Yer kürəsinin idarə sistemlərinin xüsusi hazırlandığına şübhə yoxdur. Peyk və Yer kürəsinin idarə sistemlərindəki çoxsaylı elektronik cihaz bu məqsədlə bir-biri ilə uyğun şəkildə işləyir.
Göyərçinlərdəki istiqamət müəyyən etmə sistemi də bu dizaynın müəyyən xüsusiyyətlərini özündə əks etdirir. Göyərçinlərin maqnit hüceyrələri, bu hüceyrələrin qəbul etdiyi məlumatları çatdıran sinirlər və bunları şərh edən beyin mükəmməl uyğunluq içində işləyir. Göyərçin bunun sayəsində minlərlə kilometr uzaqlıqdakı evinin yerini təyin edə bilir. Bu, sözün əsl mənasında mükəmməl qabiliyyətdir.