Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Dənizin dərinliyindəki 100 milyon illik üstün texnologiya

18 Mart 2014 01:22
Dənizin dərinliyindəki 100 milyon illik üstün texnologiya

Əgər sualtıqayıqdakı su təzyiqli hava ilə boşaldılsa, sualtı gəmi yenidən suyun üzünə çıxar

.

Nautilus da eynilə bu cür hərəkət edir. Nautilusun bədənində 19 sm ölçüsündə ilbizin xitin örtüyünə bənzər bir orqan var. Bu orqanda bir-biri ilə bağlı olan 28 ədəd «dalma hüceyrələri» var. Ancaq bu, suyun boşaldılması üçün kifayət etmir, əlavə olaraq təzyiqli havaya da ehtiyac var. Bəs onda nautilus suyu boşaltmaq üçün lazım olan sıxılmış havanı haradan alır?

Nautilusun bədənində biokimyəvi yolla xüsusi qaz əmələ gəlir və bu qaz qan dövranı vasitəsilə hüceyrələrə çatdırılaraq hüceyrələrdən suyun çıxmasını təmin edir. Nautilus ovlanmaq təhlükəsi ilə qarşılaşdıqda düşmənlərindən qaçmaq üçün bu şəkildə suyun dibinə enə və ya üzə çıxa bilir.

Bir sualtı gəmi yalnız 400 metr dərinliyə enə bildiyi halda, nautilus üçün 4000 metr dərinliyə enmək çox asandır. Bu dərinlik bir çox canlı üçün təhlükəlidir. Nautilus isə bu vəziyyətdən təsirlənmir, xitin təbəqəsi təzyiqdən parçalanmır və bədəni heç bir zərər görmür.