Çaylarda, su hövzələrində və su kanallarında yaşayan Caulobacter crescentus adlı şirin su bakteriyası mövcud olduğu yerdə qalmaq üçün təbiətdəki ən möhkəm yapışqandan istifadə edir.Bakteriyanın yapışmaq üçün ifraz etdiyi yapışqan maye ən möhkəm sənaye yapışqanlarından belə üç dəfə möhkəmdir.
Caulobacter crescentus adlı şirin su bakteriyası. Elm adamları müəyyən etdilər ki, bu bakteriyalardan birini yapışdığı yerdən qoparmaq üçün 1 mikronyutonluq güc tətbiq edilməlidir.
Bakteriyanın bu yapışma gücü bir qəpik böyüklüyündəki sikkənin üstünə üç və ya dörd avtomobil qoyulduqda əldə edilən təsirə bərabərdir. Daha təəccüblü olan isə bu yapışqanın nəm yerlərdə belə təsirli olmasıdır. İndiana Bluminqton Universitetində bu bakteriya üzərində tədqiqat aparan bakterioloq Ayvz Bran "bu yapışqan öz-özünə əriyən cərrahi yapışqan kimi istifadə edilə bilər" deyir.
Caulobacter crescentus adlı şirin su bakteriyasıElm adamları indi təbiətdə yaradılan bu möcüzəvi yapışqanı tədqiq edib ondan aldıqları ilham ilə istehsal ediləcək yeni yapışqanları necə istifadə edəcəklərini düşünürlər. Ayvz Bran da yapışqanın əməliyyatlarda yaraları bağlamada və ya stomatologiyada geniş istifadə olunacağını düşünür.
Bu bakteriya özünü qayalara və şüşə pipetlərin daxili səthinə incə uzun saplağından yapışdırır. Bakteriyanın saplağında üzəri zəncir formasında şəkər molekulları ilə örtülmüş yapışma aləti var. Bakteriyanın möhkəm şəkildə yapışmasını bu şəkər molekulları təmin edir. Caulobacter hər cür yerə yapışmaq üçün xüsusi sormaclı yapışma aləti ilə yaradılmışdır.
Elm adamları indi bu yapışqanı istehsal etmək üçün çalışırlar. Bunu edərkən heç yerə dəyməməsinə diqqət etməlidirlər, çünki yapışqan təzyiqli sudan belə təsirlənmədiyi üçün yuyaraq təmizləmək mümkün deyil.