Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Canlı maşın: İnsan

20 Mart 2014 01:22

İnsan orqanizmi öz-özlüyündə bir "aləm"dir, yaşayan "maşın" kimidir. Bu maşının içində ən üstün texnologiyalardan daha üstün texnologiyaya malik cihazlar, şüur nümayiş etdirən ixtisaslaşmış işçilər, tam təchizatlı əsgərlər və bir çox sistem mövcuddur.

Beyin / Kompyuter

Sinir hüceyrələrinin hər biri məlumatın ötürülməsi üçün xüsusi vahidlərə sahibdir. Beyin böyük kompyuterdəki mikrosistemin məlumat kitabçasını təmin edən 4.5 milyon tranzistorun işini təkbaşına yerinə yetirir. Bu rəqəm beyində elektrik alış-verişi edən 10 milyard sinir hüceyrəsi ilə müqayisə edildikdə, çox kiçik görünür. Üstəlik, beyinin dad və qoxu siqnallarını qəbul etmə mexanizminə bənzər bir sənaye məhsulu da mövcud deyil.

Əzələ və sümük / Kondisioner

Əzələlərin hərəkəti soyuq havalarda bədən temperaturunun artmasını təmin edir. Bu yolla bədən temperaturunun 90 faizi təmin edilir. Tərləmə isə bədən temperaturunun artdığı vəziyyətlərdə ideal bir sərinləmə mexanizmidir. Bir-birini tarazlayan bu iki sistem bədən temperaturunu sabit saxlamaq üçün fəaliyyət göstərir. Bu sistem hər hansı bir kondisionerdən daha sürətli işləyir və daha konkret nəticə əldə edir.

Hormonlar / Poçt

Bədəndə hər şey bir-biri ilə əlaqəlidir. Bir çox mesaj böyük molekullardan təşkil olunmuş hormonlardan meydana gəlir.Hormonların daşıdığı mesaj paketinin üstündə alıcının ünvanı yoxdur. Hormonlar dövran sistemi və neyronlar dağınıq halda gəzirlər. Ancaq paket yenə də yerinə çatır. Çünki faylı alan orqanlar bu mesajları tutan xüsusi reseptorlarla təchiz edilmişdir.

Böyrəklər / Süzmə

Nefron adlanan bir milyona qədər mini filtr sayəsində insan böyrəyi gündə 140 lt. qan süzür. Dəqiqədə isə təxminən 1 dlt. (bir litrin onda biri) qan 80 il ərzində heç dayanmadan bu süzmə əməliyyatından keçir. Sənaye tullantıları üçün istifadə edilən təsisatlar böyrəklərdən daha böyükdürlər. Ancaq ömürləri böyrəklərlə müqayisə edilməyəcək qədər qısadır. Üstəlik filtrdən keçirdikləri maddələrin quruluşu qandan daha sadədir. Böyrək hər cür süzmə aparatından daha kompleks və məhsuldardır.

Ürək/ Nasosla vurma sistemləri

Hələ ana bətnində ikən döyünməyə başlayan ürək dəqiqədə 70-200 dəfə döyünməklə fasiləsiz işləyir. Hər döyünmə arasında maksimum yarım saniyə fasilə edilir. Bir gün ərzində təxminən 10.000 dəfə döyünür. 60 kq. ağırlığındakı bir insanın ürəyi fasilə ərəfəsində orta hesabla 6.5 lt. qan vurur. Bir ömür boyu ürək həcmi 300 m3 olan 500 hovuzu dolduracaq qədər qan vurur. Süni nasosla vurma sistemləri bu qədər uzun müddət yüksək məhsuldarlıqda işləyə bilməzlər.

Qol / Çömçə

Qol bir kaldıraç kimi işləyir. Dayaq kimi dirsəkdən istifadə edir və üzərindəki əzələləri büzüb-sıxaraq hərəkəti təmin edir. Çömçələr də qolla eyni prinsiplə işləyirlər. Ancaq çömçə ağırlıq nə olursa-olsun həmişə eyni eforu sərf etmək məcburiyyətindədir. Qol əzələləri isə sıxılma miqdarını dəyişən ağırlığa görə nizamlayırlar.

Göz / Fotoaparat

Gözün tor qişası bütün maddələr içərisində işığa ən həssas olanıdır. İşığı qəbul edən müxtəlif hüceyrələr görmə sahəsindəki ən yaxşı görüntünü tutacaq şəkildə təşkil edilmişdir. Bundan əlavə, göz avtomatik fokuslama qabiliyyətinə malikdir ki, bu da xarici mühitin işıq dəyərinə görə həssaslığını nizamlayır. Bu cür xüsusiyyətlərlə göz dünyadakı bütün kameralardan və ya fotoaparatlardan daha üstündür.

Qulaq

İnsanın daxili qulağındakı kirpikli hüceyrələr mikrofon kimi havadakı titrəşmələri elektrik siqnallarına çevirir. Qulaq yalnız 20-20000 sürət arası tezliklərdəki səsləri qəbul edir. Bu sürət arasındakı məsafə insan üçün seçilmiş çox ideal məsafədir. Əgər insanın eşitmə arenası daha geniş olsa, yerdəki qarışqanın ayaq səslərini və ya atmosferdəki yüksək tezlikli səs dalğalarını da qəbul edərdi. Daimi bir səs-küyün yaşanacağı belə bir vəziyyət isə insan üçün heç də rahat olmazdı.

İmmun sistemi / Ordu

Orqanizmimiz 200 milyard (ağ qan hüceyrəsi) tərəfindən qorunur. Əsgərlər kimi onların da kəşfiyyat sistemi, silahları və xüsusi döyüş taktikaları var. Dünyadakı heç bir ordu immun sistemi qədər dəqiq, qüsursuz və müvəffəqiyyətli deyil.

Hüceyrə / Mühərrik

Hüceyrə yanacaq baxımından son dərəcə tutumlu mühərrikdir. Yanacaq kimi ATF adlandırılan kiçik molekullardan istifadə edir. Bu molekullardan istifadə edərkən göstərdiyi məhsuldarlıq isə bütün mühərriklərdən daha yüksəkdir. Həmçinin hüceyrə heç bir texnoloji cihazın edə bilməyəcəyi bir çox və kompleks əməliyyatı bir yerdə həyata keçirir.