Təkamülçülərin iddiasına görə Australopithecuslar indiki insanların ən ibtidai əcdadlarıdır. Bunlar üz və kəllə quruluşları bugünkü
meymunlara bənzəyən, beyin həcmi müasir meymunlarınkından daha kiçik olan qədim növdür. Ancaq təkamülçülərin iddialarına
görə bu varlıqların insanların əcdadı olmasını təmin edən çox mühüm xüsusiyyətləri aşkar olunmuşdur: iki ayaqlı olmaları.
Meymunlarla insanların hərəkət forması tamamilə fərqlənir. İnsanlar həqiqi mənada iki ayaqları ilə dik hərəkət edən yeganə
canlılardır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud hərəkət qabiliyyətinə malikdirlər və nəticədə əyrı onurğaya malikdirlər.
Təkamülçülərə görə Australopithecus adlı bu canlılar iki ayaqları üzərində əyilmiş halda yerimə qabiliyyətinə malikdirlər. Bu məhdud
iki ayaqlı yerimə hərəkəti belə, təkamülçüləri bu canlıların insanın əcdadı olduğu istiqamətində cəsarətləndirməyə kifayət etmişdi.
Lakin təkamülçülərin Australopithecusların iki ayaqlı olduqlarına dair iddialarını çürüdən ilk dəlil yenə də təkamülçü tədqiqatçıların
özlərindən gəldi. Australopithecusların skeletləri üzərində aparılan təfərrüatlı araşdırma təkamülçülər tərəfindən belə bunların
"həddən artıq" meymuna bənzədiyinin qəbul olunmasına yol açmışdı. 1970-ci illərin ortalarında Australopithecus skeletləri
üzərində təfərrüatlı anatomik araşdırmalar aparan təkamülçü Charles E. Oxnard Australopithecusların skelet quruluşlarını indiki
oranqutanların skeletinə bənzədirdi:
Australopithecusların çiyin, bilək, ayaq, dirsək və əlləri kimi anatomik nahiyyələri üzərində aparılmış bir çox müqayisəli
anatomik araşdırma mövcuddur. Bütün məlumatlar bunu söyləyir: Bu skeletlərin müasir insana olan yaxınlığı həqiqət olmaya
bilər. Bütün skelet parçaları həm insandan, həm də şempanze və qorillalardan fərqlidir. Australopithecuslar qrup olaraq
araşdırılarkən özlərinə xas oranqutan növünə oxşayırlar.
Ancaq təkamülçülər üçün əsas utanc qaynağı Australopithecusların iddia edildiyi kimi iki ayaqlı və əyilmiş olaraq yeriyə
bilməyəcəklərinin müəyyən edilməsi oldu. İki ayaqlı, ancaq, əyri yeridiyi iddia edilən Australopithecusun belə bir quruluşa sahib
olması fiziki olaraq çox səmərəsiz olacaq və çoxlu enerjiyə ehtiyac olacaqdı. Belə ki, 1996-cı ildə kompüter mütəxəssisi Robin
Crompton apardığı araşdırmalarda bu cür qarışıq yerişin mümkün olmadığını göstərdi. Cromptonun gəldiyi nəticə bu idi: Bir canlı ya
tam dik, ya da dörd ayağı üzərində yeriyə bilər. Bu ikisinin arasında yerimə forması enerji sərfiyyatını həddindən çox artırdığına görə
mümkün deyil. Beləliklə, Australopithecusların iddia edildiyi kimi həm əyilmiş, həm də iki ayağı üzərində yeriyə bilməyəcəyi ortaya
çıxmış oldu.
Australopithecusların iki ayaqlı olmadıqlarına dair bəlkə də ən mühüm işi 1994-cü ildə fosilləşmiş canlılar üzərində iki ayaqlılıq
araşdırmaları aparan İngiltərə Liverpool Universiteti, İnsan anatomiyası və hüceyrə biologiyası bölməsinin tədqiqatçısı anatomiya
alimi Fred Spoor və qrupu gördü. Qulaq ilbizindəki şüursuz tarazlıq mexanizmindən yola çıxaraq araşdırmalar aparan elm adamları
Australopithecusların dəqiq olaraq iki ayaqlı olmadıqlarını müəyyən etdi. Beləliklə, Australopithecusların insana bənzər olduqlarına
dair iddianın sonu gəlmiş oldu.