Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Həyatın mənşəyini açıqlayan "ilk hüceyrə"

20 May 2014 01:22
Darvinin təkamül nəzəriyyəsinə əsasən, cansız maddələrin təsadüfən birləşməsi ilə əmələ gələn xəyali ilk hüceyrə var. Darvinizmə əsasən, hər şey bu ilk hüceyrə ilə başlayır. Bütün canlıların, kəpənəklərin, quşların, şirlərin, qartalların, balinaların, dovşanların, maralların və nəhayət texnoloji məhsullar istehsal edən, sivilizasiyalar quran, professorlar yetişdirən, kosmosa səyahət edən, laboratoriyalarda malik olduğu hüceyrələri tədqiq edən insanın da mənşəyi darvinizmə əsasən, bu xəyali ilk hüceyrədir.

Darvinizmə görə, bu xəyali ilk hüceyrənin mənbəyi isə bir az palçıqlı su, zaman və təsadüflərdir! Darvinizm dininə əsasən, bu üç "sehrli" və "ağıllı" güc birləşərək Nobel mükafatına layiq görülmüş elm adamlarının XXI əsrin texnologiyasının hakim olduğu laboratoriyalarda belə düzəldə bilmədikləri, incəliklərini anlamaq üçün insanların yarım əsrdən çox müddət ərzində üzərində tədqiqatlar apardıqları olduqca mürəkkəb və mükəmməl mexanizmlərə, orqanoidlərə və kompleks quruluşa malik hüceyrəni necə olubsa, əmələ gətiriblər! Habelə, bu üç möhtəşəm güc birləşərək hal-hazırda yer üzündə gördüyümüz mükəmməl canlıları da meydana gətirmişlər. Darvinizm insanları elə bu cəfəngiyata inandırmağa çalışır.

"Lakin bu iddia böyük saxtakarlıq və böyük yalandır. "

Sadəcə 100 amin turşusu uzunluğunda qısa zülal molekulunu əmələ gətirmək üçün keçilməli ehtimal maneələrini düşünün. Zülal zəncirində digər amin turşuları ilə birləşmələri üçün amin turşuları əvvəlcə peptid rabitəsi adlanan kimyəvi rabitə qurmalıdırlar. Lakin təbiətdə amin turşuları arasında digər bir çox növdə kimyəvi rabitə qurula bilər. Yalnız peptid rabitəsindən ibarət 100 amin turşusu zəncirinin əmələ gətirilmə ehtimalı kobud şəkildə 1030-da birə bərabərdir.

İkincisi, təbiətdə hər amin turşusunun özünə aid güzgüdə əks olunmasına bənzəyən bir tayı var. Biri sol əlli L-formasında, digəri isə sağ əlli D- formasındadır. Bu bir-birinin əksi olan formalara optik izomerlər deyilir. Funksional zülallar sadəcə sol əlli amin turşularını qəbul edir, lakin sağ əlli və sol əlli izomerlərə təbiətdə təqribən eyni sayda rast gəlinir. Bunun nəzərə alınması bioloji cəhətdən funksional bir zülal əldə etməyin qeyri- mümkünlüyünü daha da artırır. 100 amin turşusundan ibarət xəyali peptid zəncirində təsadüflər nəticəsində sadəcə sol əlli amin turşularından istifadə etmə ehtimalı (1/2)100 və ya kobud şəkildə desək, 1030-da birə bərabərdir.

Üçüncüsü və ən vacibi isə budur ki, funksional zülallar müəyyən şəkildə düzülərək bir-birinə bağlanmış amin turşularına malik olmalıdırlar, eynilə mənalı bir cümlədəki hərflər kimi. Bioloji cəhətdən 20 növ amin turşusu olduğu üçün müəyyən növ amin turşusunu əldə etmə ehtimalı 1/20-dir. Bu zəncirdəki bəzi yerlərin ancaq bir neçə amin turşusunu qəbul etdiyini nəzərə alsaq, [MTİ-dan (Massaçusets Texnologiya İnstitutundan) biokimyaçı Robert Souer tərəfindən müəyyən edilən dəyişikliklərdən istifadə edərək], birdən çox funksional zülalda bir funksional amin turşusu düzülüşünü təsadüfən əldə etmə ehtimalının 1065-də bir (qeyri-mümkün deyiləcək qədər az) olduğunu görə bilərik. Bu, sadəcə yüz amin turşusu uzunluğunda bir zülal üçün astronomik rəqəmdir. (Əslində, bu ehtimal daha da azdır, çünki təbiətdə bu hesablamada nəzərə alınmayan və zülalların tərkibində olmayan bir çox başqa amin turşusu mövcuddur)

Əgər uyğun rabitələrin və optik izomerlərin təmin edilməsi ehtimalı da bu hesaba daxil edilərsə, olduqca kiçik və funksional bir zülalı təsadüfən əldə etmə ehtimalı o qədər az olar ki, milyardlarla il yaşı olan kainatda belə bu, həqiqətən, sıfır ehtimal hesab edilər (10125-də bir ehtimal). Habelə, funksional bir DNT-nin təsadüfən əldə edilməsində buna bənzər ciddi çətinliklər olduğunu da nəzərə almaq lazımdır. Bununla yanaşı, ən aşağı səviyyədə kompleks hüceyrədə 1 deyil, ən az 100 kompleks zülal (və DNT ilə RNT kimi digər başqa bio-molekulyar birləşmələr) olmalıdır və bunlar sıx əlaqədədirlər. Bu səbəbdən, hüceyrədəki mürəkkəbliyin kəmiyyət cəhətdən dəyərləndirilməsi 1960-cı ilin ortalarından etibarən biologiyanın həyatın mənşəyi ilə bağlı bir fikri möhkəmləndirmişdir: təsadüf bioloji mürəkkəbliyin və özünəməxsusluğun mənşəyini açıqlamaq üçün qaneedici açıqlama deyil.

Bütün bu kompleks formaların əmələ gəlməsinin qeyri-mümkün olduğu halda, təsadüfən baş verməsini fərz etsək, darvinistlər DNT kimi möhtəşəm molekulun içində bir milyon ensiklopediya səhifəsini dolduran məlumatın təsadüfən necə əmələ gəldiyini açıqlamalıdırlar. Lakin hüceyrə və həyatın mənşəyi ilə bağlı məsələdə olduğu kimi, bu məsələdə də darvinistlər açıqlama verə bilmirlər. Ziddiyyətli darvinist məntiqə əsasən, palçıqlı suyun içində təsadüfən əmələ gələn bir hüceyrənin içindəki qeyri-adi məlumat da müxtəlif xarici amillər yolu ilə təsadüfən əmələ gəlməlidir. Şübhəsiz, bu, mümkün deyil. DNT-nin içindəki məlumat DNT ilə birlikdə yaradılmış nəhəng məlumatdır.

Nəticə olaraq bunu deyə bilərik: hüceyrə təsadüfən əmələ gələ bilməz. Çünki:
"¢ Bir zülalın əmələ gəlməsi üçün DNT lazımdır.
"¢ Zülal olmasa, DNT əmələ gəlməz.
"¢ DNT olmasa, zülal əmələ gəlməz.
"¢ Zülal olmasa, zülal əmələ gəlməz.
"¢ Bir zülalın əmələ gəlməsi üçün 60 ayrı zülal lazımdır.
"¢ Bu zülalların bir dənəsi əskik olsa, zülal əmələ gəlməz.
"¢ Ribosom olmasa, zülal əmələ gəlməz.
"¢ RNT olmasa, zülal əmələ gəlməz.
"¢ ATF olmasa, zülal əmələ gəlməz.
"¢ ATF-ni hazırlayan mitoxondri olmasa, zülal əmələ gəlməz.
"¢ Hüceyrənin nüvəsi olmasa, zülal əmələ gəlməz.
"¢ Sitoplazma olmasa, zülal əmələ gəlməz.
"¢ Hüceyrənin orqanoidlərindən biri əskik olsa, zülal əmələ gəlməz.
"¢ Hüceyrənin bütün orqanoidlərinin olması və işləməsi üçün də zülallar lazımdır.
"¢ Bu orqanoidlər olmasa, əsla zülal əmələ gəlməz.
Bu sistem ancaq birlikdə fəaliyyət göstərə bilər. Biri olmasa, digəri olmaz. Bir hissəsi olsa da, sistemin digər hissələri olmasa, bu hissə heç bir işə yaramaz. Qısaca desək, BİR ZÜLALIN ƏMƏLƏ GƏLMƏSİ ÜÇÜN HÜCEYRƏ BÜTÖV MÖVCUD OLMALIDIR. Hüceyrə çox az hissəsini öyrəndiyimiz mükəmməl kompleks quruluşu ilə mövcud olmasa, BİR ZÜLAL DA ƏMƏLƏ GƏLƏ BİLMƏZ, "yəni HƏYAT TƏSADÜFƏN YARANA BİLMƏZ. "

Darvinistlərin "palçıqlı suda təsadüfən hüceyrə əmələ gəldi" iddiası hüceyrəni içi su ilə dolu şar zənn edən Darvin dövründən qalmış köhnə inancdır. Lakin artıq darvinistlərin saxta hekayələrinə insanlar inanmırlar. Yaradılanların hamısı kainatı və içindəkiləri qüsursuz şəkildə yaradan Allah`ın gücünü və qüdrətini göstərir.