Həyatın mənbəyi nədir? Bir quşu və ya bir zürafəni daşdan, sudan, torpaqdan, qısası, cansız maddədən fərqləndirən nədir?
Bu sualın cavabı tarixin qədim dövrlərindən bəri axtarılır. Bu mövzuda ortaya atılan fikirlər isə iki fərqli qrupda toplanır. Birinci fikir canlılar ilə cansız
maddə arasında çox incə bir sərhəd olduğunu, bu sərhədin asanlıqla keçilə bildiyi və cansız maddənin öz-özünə canlana biləcəyini müdafiə edir.
Bu görüşə elmi dildə "abiogenez" deyilir.
İkinci fikir isə həyat ilə cansız maddə arasında böyük və keçilməz sərhəd olduğunu qəbul edir. Cansız maddənin öz-özünə canlanması mümkün deyil
və hər canlı ancaq başqa bir canlıdan törəyir. "Həyat həyatdan gələr" cümləsi ilə ifadə edilən bu görüş "biogenez" adlanır.
Maraqlıdır ki, "abiogenez" fikri materialist fəlsəfə ilə, "biogenez" fikri isə dini mənbələrlə əlaqədardır. Materialist fəlsəfə ortaya atıldığı ilk dövrlərdən
bəri daim cansız maddənin canlana biləcəyini müdafiə etmişdir. Antik Yunanıstandakı mütəfəkkirlər bəsit canlıların cansız maddənin içindən daim
törədiklərinə inanmışlar.
Bunun əksinə, İlahi mənbələr maddəyə həyat verənin sadəcə Allah olduğunu bildirir. Qurandakı ayələrdə belə buyurulur:
«Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür
döndərilirsiniz? (Ənam surəsi, 95).
«Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir». (Hədid surəsi, 2)
İnsanların təbiət haqqında məlumatların çox məhdud olduğu orta əsrlərdə bəzi yanlış müşahidələr nəticəsində "abiogenez"ə inam geniş yayılmışdı.
Açıq şəraitdə qalan əti qurd basdığını görən insanlar qurdların ətin üzərində "öz-özündən" əmələ gəldiyini hesab etmişlər. Anbarlardakı siçanların
da buğda qalaqlarının içindən öz-özünə əmələ gəldiyini zənn edirdilər. "Təsadüfi törəmə" (Spontaneous generation) kimi tanınan bu inanc XVII əsrə
qədər geniş kütlələr tərəfindən qəbul edilmişdi.
Lakin iki alimin keçirdiyi təcrübələr "təsadüfi törəmə" inancını süquta uğratdı. Onlardan birincisi Fransisko Redi idi. 1668-ci ildə apardığı təcrübələrdə
ətin üzərində əmələ gələn qurdların öz-özünə deyil, milçəklərin gətirib qoyduğu yumurtalardan çıxdığını sübut etdi. Bu vəziyyət qarşısında
"Abiogenez" fikrini müdafiə edənlər geri çəkildilər və qurd və ya qurbağa kimi daha böyük canlının deyil, gözlə görünməyən mikrobların cansız
maddələrdən əmələ gəldiyini iddia etdilər. Müzakirələr iki əsrə qədər davam etdi. Nəhayət fransız bioloqu Lui Paster keçirdiyi silsilə təcrübələrlə
mikrobların da cansız maddədən əmələ gəlməsinin mümkünsüz olduğunu sübut etdi. Paster əldə etdiyi nəticəni belə izah edirdi:
«Maddə öz-özünü təşkil edə bilərmi?"¦ Xeyr, bu gün əldə olan məlumatlar mikroskopik canlıların belə dünyaya özlərinə bənzər canlı əcdadları
olmadan gələ bilməyəcəyini göstərir». (13 Sidney Fox, Klaus Dose,. Molecular Evolution and The Origin of Life,. New York: Marcel Dekker, 1977. s.
2)
Redi və Pasterin əhəmiyyətli xüsusiyyətləri vardı: Hər iki alim Allahın varlığına və bütün canlıları Onun yaratdığına inanırdı. «Abiogenez» fikrinin
cəfəng olmasının başa düşülməsində də bu inamın böyük rolu vardı. Materialist fəlsəfədən təsirlənən elm adamları (Darvin, Hekel kimi təkamülçülər)
«abiogenez» fikrini israrla müdafiə etdiyi halda, bu alimlər elmə düzgün təməldən yanaşdıqları üçün "biogenez" həqiqətinin fərqinə varmışdılar.
Ancaq təkamülçülər bu aşkar həqiqətə qarşı çıxmağa davam etdilər. Materialist fəlsəfəyə olan kor-koranə bağlılıq onları bir əsr davam edən ümidsiz
bir mübarizənin içinə saldı. Aleksandr Oparin və J.B. Haldan adlı iki materialist alim isə "kimyəvi təkamül" anlayışını ortaya atdılar. Oparin və Haldana
görə «abiogenez» qısa zaman ərzində həyata keçmir, lakin uzun zaman nəticəsində bu mümkün ola bilərdi. Əslində, ən başda Termodinamikanın
İkinci Qanunu olaraq bəzi əsas qanunlara zidd olan bu iddia elm dünyasına vaxt itkisi qazandıraraq sədəcə çıxılmaz vəziyyətə çevrildi.
Bu dövrdə bir çox alim kimyəvi təkamül iddiasını əsaslandırmağa çalışan təcrübələr keçirməyə və ya yeni nəzəriyyələrlə bu iddianı dəstəkləməyə
çalışırdı. Nəhəng laboratoriyalar, böyük institutlar, universitetlər bu iddianı dəstəkləmək üçün səfərbər edilmişdi. Lakin butün bu səylər uğursuzluqla
nəticələndi.
Tanınmış təkamülçü və İohannes Qutenberq Universiteti nəzdində Biokimya İnstitutunun rəhbəri Professor Klaus Dose cansız maddələrin həyatı
əmələ gətirdiyini sübuta yetirmək məqsədilə edilən bütün fəaliyyətlərin heç bir nəticə vermədiyini bu cür etiraf edir:
«Kimyəvi və molekulyar təkamül sahələrində həyatın mənbəyi mövzusunda otuz ildən artıq bir müddət ərzində keçirilən bütün təcrübələr həyatın
mənşəyi sualına cavab tapmaq əvəzinə, problemin nə qədər böyük olduğunun dərk edilməsinə səbəb olmuşdur. Hal-hazırda bu mövzudakı bütün
nəzəriyyələr və təcrübələr ya bir dalanda bitir, ya da məlumatsızlıq etirafları ilə nəticələnir». (Klaus Dose, The Origin Of Life: More Questions Than
Answers, Interdisciplinary Science Reviews, cild 13, â„– 4, 1988, s. 348)
Əgər elm dünyası materialist xurafat olan "abiogenez" düşüncəsinə mübtəla olmasaydı, "kimyəvi təkamül" adı altında aparılan bütün bu məqsədsiz
səylər bəlkə daha faydalı çalışmalara yönəldilə bilərdi. Elm dünyası həyatı Allahın yaratdığını və həyat vermək gücünə sadəcə Rəbbimizin sahib
olduğunu bilərək hərəkət etsəydi, bununla zaman, pul və insan israfının qarşısı alına bilərdi. Belə olan təqdirdə, elm antik yunan əfsanələrini
sübut etmək əvəzinə, bəşəriyyətə xeyir verəcək yeni kəşf və araşdırmalara yönələrdi.
Bu gün elm dünyası cansız maddələrin təsadüflər nəticəsində öz-özlərini nizamlayıb digər cansız maddələrlə birləşərək qüsursuz və son dərəcə
mürəkkəb bir hüceyrəni əmələ gətirə bilməyəcəyini göstərmişdir. Eyni şəkildə ətrafımızda gördüyümüz milyonlarla canlı növünün, təkamülçülərin
iddia etdikləri kimi, təsadüfən birləşən hüceyrələrdən əmələ gəlməyəcəyi də açıq aşkardır. Aydındır ki, heç bir gül, tovuzquşu, pələng, qarışqa, qısası
heç bir canlı şüursuz atomların birləşərək əmələ gətirdiyi şüursuz hüceyrələrin iradəsi ilə mövcud olmamışdır.
Bu mövzular üzərində dərin araşdırmalar aparan hər hansı bir alim də şüursuz atomların qərar qəbul etməsi ilə ortaya çıxan varlıq deyil. Heç şübhə
yoxdur ki, şüursuz atomların son dərəcə şüurlu bir insan meydana gətirməsi mümkünsüzdür.
Belə ki, həyatı "heçlikdən" Allahın yaratdığı, həyat verənin Allah olduğu, Ondan başqa heç bir varlığın "həyat vermək" gücünə malik olmadığı
bundan min illər əvvəl Quranda göstərilmişdir.
Əgər elm Allahın insanlara bildirdiyi bu həqiqətlərə əsaslansaydı, bu qədər uzun müddət ərzində təkamülçülər tərəfindən nəticəsiz bir araşdırma ilə
"vaxt keçirərək" zaman itirməzdi. Nəticədə bütün insanlıq bundan faydalanardı.