Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

İnsan Fosilləri Təkamülü Təkzib Edir

5 May 2014 01:22
İnsana aid tapıntılar nə qədər qədimdir? Bu tapıntılar niyə təkamül nəzəriyyəsini dəstəkləmir?

İnsanın dünyada nə vaxtdan etibarən var olduğunu öyrənmək üçün fosilləri (daşlaşmış qalıqlar) araşdırmaq lazımdır. Fosillər insanla bağlı qalıqların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey (Mary Leakey) tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış "ayaq izləri"dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurmuşdu. Aparılan araşdırmalar bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rassel Tatl (Russell Tuttle) bunları qeyd edir:

"Bunlar çılpaq ayaqlı Homo Sapiens (insan) tərəfindən qoyulan izlərdir. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir."(I. Anderson, New Scientist, cild 98, 1983, s. 373.) Aparılan tədqiqatlarla ayaq izlərinin sahibləri də müəyyən edilmişdi. 10 yaşında, dövrümüzün insanı ilə eyni xüsusiyyəti daşıyan insanın 20 ədəd və daha kiçik bir insanın isə 27 ədəd fosilləşmiş ayaq izi vardı. Meri Likeyin tapdığı izləri tədqiq edən Don Cohanson və Tim Uayt (Don Johanson, Tim White) kimi tanınmış paleoantropoloqlar da bu nəticəyə gəlmişdilər. Uayt bu fikrini aşağıdakı sözləri ilə açıqlayır:

"Şübhələnməyə dəyməz"¦ Bunlar müasir insanın ayaq izlərindən heç fərqlənmir. Əgər bu izlər bu gün Kaliforniya çimərliyində olsaydı və bir uşaqdan bunların nə olduğunu soruşsaydılar, heç tərəddüd etmədən burada bir insan gəzdiyini söyləyərdi. Bunları qumsaldakı digər yüzlərlə insanın ayaq izindən ayırd edə bilməzdi. Elə siz də ayırd edə bilməzsiniz." (D. Johanson & M. A. Edey, Lucy: The Beginnings of Humankind, New York: Simon & Schuster, 1981, s. 250)

Sözügedən ayaq izləri təkamülçü elm adamları arasında əsaslı mübahisəyə səbəb olmuşdu. Çünki bu izlərin bir insana aid olduğunu qəbul etdikləri halda meymundan insana doğru qurduqları xəyali sıralama da artıq əsassız olacaqdı. Ancaq burada ehkamçı təkamülçü məntiq bir daha özünü göstərdi. Təkamülçü alimlərin bir çoxu bir daha önyarqıları səbəbiylə elmdən əl çəkdilər. Laetolidə tapılan izlərin meymunabənzər canlıya aid olduğunu iddia etdilər. Bu iddianı müdafiə etməyə çalışan təkamülçülərdən Rassel Tatl yazırdı:

"Nəticədə Laetoli bölgəsindəki 3.6 milyon illik ayaq izləri bu gün dövrümüzdəki insanın ayaq izlərinə çox bənzəyir. Tapıntı bu izləri qoyan canlıların bizdən daha pis və ya fərqli yeriyən bir canlı olduğunu göstərmir. Əgər bu izlər bu qədər qədim olmasaydı, bunların da bizim kimi bir homo(insan) tərəfindən qoyulduğunu mübahisəsiz qəbul edə bilərdik"¦ Ancaq yaş probleminə görə bu izləri Lusi fosili ilə eyni növə, yəni Australopitekus Afarensis (təkamülçülərin yarı-insan-yarı-meymun kimi göstərməyə çalışdıqları, əslində isə nəsli tükənmiş meymun növü) növünə aid canlı tərəfindən qoyulduğunu qəbul etmək məcburiyyətindəyik." (R. H. Tuttle, Natural History, Mart 1990, s. 61-64)

fosill İnsanla bağlı ən qədim qalıqlardan biri də Luis Likey tərəfindən 1970-ci illərin əvvəlində Olduvai Corc (Olduvai George) bölgəsində tapılan daş daxmanın qalıqlarıdır. Daxmanın qalıqları 1.7 milyon illik təbəqədə yerləşirdi. Afrikanın bəzi bölgələrində yerləşən və dövrümüzdə də istifadə edilən buna bənzər daxmaların bu gün Homo sapiens, yəni dövrümüzün insanı tərəfindən qurulduğu məlumdur. Bu qalığın ən mühüm xüsusiyyəti isə təkamülçülər tərəfindən insanın əcdadı kimi göstərilən "meymunabənzər məxluqlarla" eyni tarixdə yaşamasıdır.

Efiopiyanın Hadar ərazisində tapılan 2.3 milyon illik insan çənəsi də müasir insanın yer üzündə, təkamülçülərin irəli sürdüyü tarixdən daha əvvəl mövcud olduğunu göstərir. (D. Johanson, Blake Edgar, From Lucy to Language, s.169)

İnsana aid tapılan ən qədim və əksiksiz fosillərdən biri də KNM-WT 15000 və ya digər adı ilə desək "Turkana uşağı" skeletidir. 1.6 milyon illik bu fosili təkamülçü Donald Cohanson belə təqdim edir:

"Uzun və zəif idi. Bədən forması və bədən üzvlərinin nisbəti bu günki Ekvator Afrikalılarınınkı ilə eynidir. Bədən üzvləri dövrümüzün yetkin şimali amerikalılarına tamamilə uyğun gəlir." (D.Johanson, Blake Edgar, From Lucy to Language, s.173)

Aparılan tədqiqatlar fosilin 12 yaşında bir uşağa aid olduğunu və böyüsəydi 1.83 m boyu olacağını göstərmişdir. ABŞ-dan olan paleoantropoloq Alan Parker "adi patoloqun bu uşağın skeleti ilə müasir insanın skeletini bir-birindən ayırması çox çətindir" deyir. (Boyce Rensberger, The Washington Post, 19 Kasım 1984)

İnsana aid tapılan qalıqlardan ən çox əks-səda doğuranlarından biri də 1995-ci ildə İspaniyada tapılan fosil idi. İspaniyanın Atapuerko ərazisində Qran Dolina mağarasında aparılan araşdırmalarda aşkar edilən 800 min illik fosil 11 yaşlı insana aid idi və onu tapan tədqiqatçıları təəccübləndirmişdi. Madrid Universitetindən olan üç ispan paleoantropoloqdan ibarət tədqiqat qrupunun rəhbəri Arsuaqa Ferreras belə deyirdi:

"Böyük, enli, kök, yəni primitiv bir şeylə qarşılaşacağımızı güman edirdik. 800.000 il yaşı olan bir uşağın Turkana uşağı kimi bir şey olduğunu gözləyirdik. Ancaq bizim tapdığımız tamamilə dövrümüzün insanına aid bir sifət idi"¦ Bunlar sizi heyrətləndirən şeylərdir: fosil tapmaq deyil, bütöv bir fosil tapmaq da gözlənilməz və gözəl hadisə idi. Ancaq ən təsirli cəhəti bu idi ki, bu günə aid olduğunu düşündüyümüz bir şeyi keçmişdə tapmışdıq. Bu, bir növ Qran Dolinada maqnitofon tapmaq kimi bir şeydir. Belə bir şey, əlbəttə, çox təəccüblü olardı. Onu gördükdə çox təəccüblənmişdik." ("Is This The Face of Our Past", Discover, Aralık 1997, s. 97-100)

Ən məşhur təkamülçü jurnallardan olan Discover, Dekabr 97-ci il buraxılışında, 800 min illik insan sifətini ön səhifədən verərək təkamülçülərin, "Bizim keçmişimizə aid sifət budur?" şəklində təəccüb ifadəsindən istifadə etmişdi.

Göründüyü kimi fosil tapıntıları "insanın təkamülü" iddiasını təkzib edir. Bu iddia bəzi media qurumları tərəfindən ictimaiyyətə sanki sübut edilmiş bir həqiqət kimi təqdim olunur, əslində isə ortada sadəcə fantastik nəzəriyyələr var. Belə ki, təkamülçü alimlər də bu həqiqəti qəbul edir və "insanın təkamülü" iddiasının dəlillərinin olmadığını etiraf edirlər.

Təkamülçü paleontoloqlar Villi, Solomon və Deyvis "biz insanlar fosil izlərində birdən-birə üzə çıxırıq" deyərək insanın yer üzündə birdən-birə, yəni təkamül keçirmiş əcdadı olmadan ortaya çıxdığını qəbul edirlər. (Villee, Solomon and Davis,Biology, Saunders College Publishing,1985, s. 1053)

Kolard və Vud isə 2000-ci ildə qələmə aldıqları bir məqalədə "insanın təkamülü haqqındakı mövcud filogenetik (təkamülçü) hipotezlərin heç bir əsası yoxdur" deməyə məcbur olmuşlar. ("Hominoid Evolution and Climatic Change in Europe" Volume 2 Edited by Louis de Bonis, George D. Koufos, Peter Andrews, Cambridge University Press 2001 Bölüm 6)

Əldə edilən hər yeni fosil tapıntısı bəzi qeyri-ciddi qəzetlərdə "Təkamül zəncirinin itmiş halqası tapıldı" kimi yalan başlıqlarla verilsə də, təkamülçüləri daha da müəmmanın içinə salır. 2001-ci ildə tapılan və Kenyantropus Platyopsadlandırılan kəllə sümüyü fosili bunun son nümunəsidir. Corc Vaşinqton Universitetinin Antropologiya fakültəsindən təkamülçü paleontoloq Daniel E. Liberman "Nature" jurnalında yazdığı məqaləsində Kenyatropus Platyopshaqqında belə şərh verir:

"İnsanın təkamül tarixi çox qarışıqdır və müəyyənləşdirilməmişdir. İndi 3.5 milyon illik başqa bir növün tapılması ilə vəziyyət daha da qarışacaq"¦ Kenyatropus Platyopsun quruluşu, ümumiyyətlə, insanın təkamülü və növlərin davranışı barədə bir çox sualı da özü ilə gətirir. Məsələn, nə üçün kiçik çənə dişinə və önə doğru meylli qövsvari çənə sümüyü olan böyük düz sifətə eyni anda sahibdir? Böyük sifəti və buna oxşar şəkildə yerləşdirilmiş çənə sümüyü olan bütün digər insanabənzər növlərin böyük dişi var. K.Platyopsunqarşıdakı bir neçə il ərzində birlikləri pozacaq və insanabənzər varlıqlar arasındakı təkamül əlaqəsi ilə bağlı tədqiqatlardakı qarışıqlığı artıracaq." (Daniel E. Lieberman, "Another face in our family tree", Nature, 22 Mart 2001)

Göründüyü kimi əldə olan tapıntıların sayının artması təkamül nəzəriyyəsinin lehinə deyil, əleyhinə nəticələr ortaya qoyur. Əslində isə keçmişdə təkamül prosesi baş versəydi, onun çoxlu dəlili olmalı və əldə edilən hər tapıntı bunu daha da gücləndirməliydi. Belə ki, Darvin, "Növlərin mənşəyi" adlı kitabında elmin bu istiqamətdə inkişaf edəcəyini iddia etmişdi. Onun fikrincə, nəzəriyyəsinin fosillər baxımından tək problemi kifayət qədər fosil tapıntısı olmaması idi. Aparılacaq araşdırmalarda nəzəriyyəsini sübut edəcək saysız- hesabsız fosil çıxacağına ümid edirdi. Ancaq elmi sübutlar Darvinin bu xəyalını tamamilə boşa çıxardı.

İnsana aid dəlillərin əhəmiyyəti



Burada insana aid bəzi nümunələrini sadaladığımız tapıntılar çox mühüm həqiqəti ortaya qoymuşdur. Əvvəla, təkamülçülərin insanın əcdadının meymunabənzər canlılar olduğu iddiasının nə qədər həqiqətdən uzaq olduğu bir daha nümayiş etdirildi. Çünki insan yer üzündə təkamülçülərin "insanın əcdadı" kimi göstərdikləri meymun növlərindən çox əvvəl ortaya çıxdığı məlum olmuşdur. Ona görə də bu meymun növlərinin insanın əcdadı olması mümkün deyil.

Nəhayət fosil izləri bizə insanın bundan milyonlarla il əvvəl də eynilə bu günkü formada mövcud olduğunu və heç cür təkamül keçirmədən bu günə qədər gəldiyini göstərmişdir. Elə isə təkamül tərəfdarları, əgər həqiqətən elmi dəstəklədiklərini və düzgün davrandıqlarını iddia edirlərsə, əllərindəki xəyali meymun-insan sıralamalarından əl çəkməlidirlər. Bu xəyali soy ağaclarından əl çəkməmələri təkamülün elm naminə müdafiə edilən bir nəzəriyyə deyil, elmi həqiqətlərə baxmayaraq, dirçəltməyə çalışdıqları ehkam odluğunu bir daha göstərir.