Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Klonlaşdırma Təkamül Nəzəriyyəsinə Dəlil Deyil

1 May 2014 01:22

Canlıların klonlaşdırılması nədir?



Klonlaşdırma prosesi üçün klonlaşdırılacaq canlının DNT-dən istifadə edilir. Canlının bir hüceyrəsində olan DNT-si mikroskop altına qoyulur və o növdən olan başqa bir canlıya aid bir yumurta hüceyrəsinin içinə yerləşdirilir. Bundan dərhal sonra ona şok verilir və yumurta hüceyrə şok nəticəsində bölünməyə başlayır. Bölünməyə davam edən rüşeym o növdən olan hər hansı canlının bətninə yerləşdirilir və inkişaf edib doğulması gözlənilir.

Klonlaşdırmanın nə üçün təkamüllə əlaqəsi yoxdur?



Klonlaşdırma və təkamül anlayışları təqdimat baxımından bir-birindən tamamilə fərqlidir. Təkamül nəzəriyyəsi cansız maddələrin təsadüflər nəticəsində canlı əmələ gətirməsi üzərində qurulmuşdur (Bu iddianın həyata keçəcəyinə aid heç bir dəlil yoxdur). Klonlaşdırma isə canlı hüceyrənin genetik maddəsindən istifadə edilərək həmin canlının kopyalanmasıdır. Burada onsuz da canlı olan bir hüceyrədən başlanılır və bioloji proses laboratoriya mühitində süni üsulla həyata keçirilir. Yəni ortada təkamülün əsas iddiası olan "təsadüfi" bir proses və ya cansız maddənin canlanması kimi bir vəziyyət yoxdur.Əslində klonlaşdırma prosesi təkamülə heç bir dəlil vermir, ancaq təkamül nəzəriyyəsini kökündən məhv edən bioloji qanunun çox açıq sübutudur. Bu qanun məşhur alim Lui Pasterin XIX əsrin sonuna yaxın ortaya qoyduğu "həyat həyatdan doğar" prinsipidir. Bu aşkar həqiqətə baxmayaraq, klonlaşdırmanın təkamülə dəlil kimi göstərilməsi mətbual yolu ilə həyata keçirilən yanıltma və yalandır.

Bu saxtakarlıq əslində təkamülçülərin klassik üsuludur. Təkamül nəzəriyyəsinin ortaya atılmasından sonra daha ilk illərdən başlayaraq nəzəriyyəni qəbul etdirmək üçün müxtəlif təbliğat üsullarının istifadə edildiyini, hətta bəzi təkamülçü alimlərin elmi saxtakarlıqlara əl atdığını bilirik. Təkamülçü mətbuat da bu saxtakarlıqlara "ortaq" olmuşdur. Mövcud olmayan dəlillər təlqin üsulu ilə xalqa təqdim edilmiş və insanların çox hissəsinin inanmasına nail olunmuşdur.

Ancaq xüsusilə son 30 il ərzində müxtəlif elm sahələrindəki irəliləyişlər canlıların meydana gəlməsinin təsadüf anlayışı ilə açıqlanmasının mümkünsüz olduğunu göstərmişdir. Təkamülçülərin elmi səhvləri və tərəfli şərhləri aşkar olunmuş və beləliklə, təkamül nəzəriyyəsi elm çərçivəsində sübut edilə bilməmişdir. Bu həqiqət isə təkamülçülərin bir qismini fərqli axtarışlara sövq etmişdir. Elə "canlıların klonlaşdırılması" kimi elmi nailiyyətlərin təkamülə dəlil olduğu barədə təbliğat da bu səbəbdəndir.

Elmi həqiqətlərə söykənərək cəmiyyətə söyləyəcək sözü qalmayan təkamülçülərin insanların məlumat azlığından faydalanaraq nəzəriyyəni dirçəltməyə çalışmaları yalnız o nəzəriyyənin elmi tərəfdən acınacaqlı vəziyyətini göstərir. Digər bütün elmi irəliləyişlər kimi "klonlaşdırma" da canlıların yaradıldığını göstərən çox vacib və aydınladıcı elmi nailiyyətdir.

Klonlaşdırma haqqında digər səhv anlayışlar



Klonlaşdırma barədə insanlarda yaranan digər səhv anlayış isə klonlaşdırmanın"insan yaratmaq" kimi qavranılmasıdır. Ancaq əslində klonlaşdırmanın bu cür mənası yoxdur. Klonlaşdırma mövcud olan canlı törəmə mexanizminə mövcud olan genetik məlumatı əlavə etməkdən ibarətdir. Mövcud olan insanın genetik məlumatı götürülür, bir ananın bətninə yerləşdirilir və ananın doğacağı yeni körpə genetik məlumatı götürülən şəxsin "eyni yumurta əkizi" olur.

Klonlaşdırmanın nə olduğunu bilməyən bir çox insan isə bu barədə xəyali düşüncələrə malikdir. Məsələn, 30 yaşında bir insanın hüceyrəsinin götürülərək elə həmin gün yenə 30 yaşlı surətinin (kopyasının) əmələ gətirildiyini zənn edirlər. Ancaq sadəcə fantastik-elmi filmlərdə rast gəlinən bu cür "klonlaşdırma" yoxdur və mümkün deyil. Klonlaşdırma əslində bir insanın "eyni yumurta əkizinin" təbii yollarla (yəni ana bətnində) həyata gətirilməsidir. Bunun nə təkamül nəzəriyyəsi ilə, nə də "insan yaratmaq" anlayışı ilə heç bir əlaqəsi yoxdur.

Bir insanı və ya başqa hər hansı bir canlını yaratmaq, yəni yoxdan var etmək sadəcə Allaha məxsusdur. Belə ki, elmi irəliləyişlər də bu yaratmanın insanlar tərəfindən həyata keçirilməsinin mümkün olmadığını göstərir. Bir ayədə belə buyurulur:

Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "Ol!" deyər və o da (fövrən) olar. (Bəqərə surəsi, 117)