Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Yoğun bağırsaqlarda təhlükəsizliyi təmin edən T hüceyrələri

23 Mart 2014 01:22

Bədənimizdə yaşayan bəzi mikroblar qəbul etdiyimiz qidaların həzm olunmasında mühüm rol oynayır. Bağırsaqlarımızda zərərli-zərərsiz müxtəlif mikrob növləri yaşayır. Bununla yanaşı,orqanizmimizin bu dəhlizlərində patrul xidməti kimi hərəkət edən və bütün yad cisimlərin şəxsi məlumatlarını yoxlayan “təhlükəsizlik işçiləri” dolaşır ki, bunlar T limfositləri adlandırılan tənzimləyici hüceyrələr, digər adı ilə ağ qan hüceyrələridir. Bu hüceyrələr Uca Allah`ın ilhamı ilə zərərli və faydalı mikrobları bir-birindən ayırdetmə qabiliyyətinə malikdir. Eyni zamanda, tənzimləyici T hüceyrələri (Treg hüceyrələri) immunitet sisteminin nizamlanmasında olduqca əhəmiyyətli yer tutur. Belə ki, bu hüceyrələrin fəaliyyətində hər hansı bir uyğunsuzluq meydana gəldikdə, immunitet sistemi xəstəliklərinin yaranmasına yol açır. Bədənimizdəki müdafiə sisteminin mühüm hissəsini təşkil edən T hüceyrələri kainatın bütün zərrələri kimi öz yaradılışına uyğun hərəkət edir.