Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Hüceyrələrdəki keyfiyyətə nəzarət sistemi

24 Mart 2014 01:22

Bir fabrikdə xətalı istehsal olunan mal satışa çıxarılmır; məhsul ya istehsal olunmur, ya da xətalı hissəsi düzəldilib yenidən istehsal olunur.

Bəs bir fabrik kimi işləyən orqanizmimizin hər hansı bir hissəsində xətalı emal prosesi olarsa, nə baş verər?

Bədənimizdə xətalı emal prosesinin qarşısını alan mexanizm varmı?

Orqanizmimizin ən kiçik vahidi olan hüceyrədəki emal sistemini dünyada hələ bənzəri təsis edilməmiş, çox qabaqcıl texnologiya ilə işləyən xəyali fabrikə bənzədə bilərik. Bu xəyali fabrik çoxlu sayda təkmil hissələrdən ibarət və hər hissəsində fərqli texnoloji məhsullar istehsal edilən nəhəng müəssisədir. Rəhbərlər, mühəndislər, işçilər, qısaca desək, bütün kadr heyəti vəzifələrini ən mükəmməl şəkildə yerinə yetirən üstün robot və kompyuterlərdən təşkil olunub. Bu mütəşəkkilliyi təmin etmək üçün bir çox nəzarət sistemi və əmr-komanda zənciri qurulub. Hər bölmə ondan tələb olunan hissəni emal edir. Habelə, burada istehsalat prosesi ancaq elmi-fantastik filmlərdə gördüyümüz şəkildə dəqiq həyata keçirilir. İndi hüceyrədə bu xüsusi nəzarət sisteminin necə işlədiyini təhlil edək.

Bir-birlərinin funksiyalarını öz üzərinə götürən zülallar

Hüceyrələr bir-birlərindən xəbərdar olmadan funksiyalarını yerinə yetirə bilməzlər. Bunun üçün xüsusiləşmiş zülallar fəaliyyət göstərirlər. Elm adamları zülalların bir-birlərinin sintezini tənzimlədiyini və hər hansı zülal mutasiya (zərərli dəyişiklik) keçirdikdə digər zülalın emalı artıraraq mutasiya keçirən zülalın funksiyasını öz üzərinə götürdüyünü kəşf ediblər. Bu mükəmməl məsuliyyət sistemi karlıq üzrə aparılan tədqiqatda üzə çıxıb:

Eşitmə prosesi üçün daxili qulaqdakı ilbizin içində yerləşən sağlam tükcük hüceyrələrinə ehtiyac var. Bu hüceyrələrin əmələ gəlməsi üçün iki növ zülal lazımdır. Bu zülallar "Connexin 26" və "Connexin 30" adlanır. Connexin 26 və connexin 30 birləşərək hüceyrələr arasındakı rabitəni təmin etmək üçün, eyni zamanda, "Gap Junction" adlandırılan kiçik körpülər qururlar. Əgər bu körpülər olmasa, eşitmə prosesi baş verməz. Bəs bu iki zülaldan biri mutasiya keçirərək zədələnsə, nə olardı?

Nəticə karlığa gətirib çıxarır. Ancaq aparılan tədqiqatlar connexin 30 zülalı olmadıqda belə, connexin 26 zülalının təkbaşına bu körpünü qurmağa çalışdığını göstərmişdir. Elm adamları hüceyrənin connexin 26 zülalını artıq miqdarda sintezləməsini təmin edərək eşitmə prosesində mühüm cəhət olan körpünün əmələ gətirməsinə nail olublar. Siçanlar üzərində aparılan təcrübələrdə connexin 26 təkbaşına körpü qura bilmiş və impulsun ötürülməsini təmin edə bilmişdir, yəni kar siçanlarda eşitmə duyğusu bu yolla tamamilə düzəldilmişdir. Şübhəsiz ki, bu tədqiqat gələcəyin tibb dünyası üçün ümidlər vəd verir. Çünki bu metodla karlıq müalicə olunacaq. Hətta bu cür mütəşəkkilliyin göz büllurunda da tapılması bir çox göz xəstəliyinin, bəlkə korluğun da müalicəsini mümkün edəcək.

Xətalı sintez olduqda yardım siqnalı

İstehsal prosesi üçün bir fabrikin istehsalın necə həyata keçiriləcəyinə dair məlumata və xammala ehtiyacı var. Bir şəhərə bənzəyən hüceyrədə də zülal sintezləyən bu fabrik ribosom, məlumatı gətirən, DNT-dən məlumat daşıyan molekul mRNT, xammalı daşıyan molekul tRNT, xammal isə amin turşusudur. Fabrikdə zülal sintezlənərkən xammal daşıyan tRNT-lər amin turşusunu vaxtında gətirməlidirlər. Bunun üçün xüsusi molekullar tRNT-dən amin turşusunu qoparırlar. Əgər bu qoparma əməliyyatı düzgün edilməsə, yarımçıq xammal ilə xətalı zülal sintezlənir. DNT-dəki məlumatdan istifadə edilərək zülal sintezlənərkən nəzarət prosesində iştirak edən fermentlərdən biri - "aminoasil tRNT sintetaz" adlı xüsusi molekul bu məlumatların düzgün ötürülməsinə nəzarət edir.

Nəzarət prosesinin olmaması həyati funksiyalarımıza necə təsir edərdi?

Əgər nəzarət prosesi pozularsa, zülal sintezlənərkən səhv məlumat ötürülər və zülal xəta ilə sintezlənər və ya heç sintezlənməzdi. Zülalın xətalı sintezlənməsi və ya sintezlənməməsi isə hüceyrənin sistemini alt-üst edərdi. Sintezlənmiş xətalı zülallar xəstəliklərə səbəb olar, sinirlər zədələnər və ya hüceyrə ölərdi. Hüceyrənin ölümü isə zəncirvarı reaksiyalar əmələ gətirərək ölümcül xəstəliklərə yol açardı.

Nəzarət prosesini həyata keçirən hüceyrələr deyil.

Bir hüceyrənin nəzarət mexanizminin olmaması hüceyrədə əmələ gələn xətaların yoxlanmaması deməkdir. Hüceyrədəki xətaların yoxlanmaması isə həyati əhəmiyyət daşıyır. Çünki xəta düzəlməsə, mutasiya baş verir. Mutasiyalar daun sindromu (monqolizm), albinizm (dəriyə, saça və gözlərə rəng verən melanin piqmentinin olmamasından və ya çatışmazlığından qaynaqlanan genetik xəstəlik), liliputluq kimi əqli və ya fiziki pozuntuların və ya xərçəng kimi xəstəliklərin meydana gəlməsinə səbəb olan, hüceyrəni məhv edən amillərdir. Əlbəttə, zərərlər təkcə insanları şikəst və xəstə etməklə məhdudlaşmır. Eyni zamanda, hüceyrənin ölümünü labüd edir və nəticədə, insan həyatını itirir.

Bu təqdirdə, həyati funksiyalarımızı yerinə yetirməyimiz və xəstələnməməyimiz üçün orqanizmimizdəki 100 trilyon hüceyrənin hər biri ayrı-ayrılıqda mükəmməl mütəşəkkilliklə işləməlidir. Halbuki, hüceyrələrin hər biri atom yığınıdır. Bəs bu atom yığınlarının mürəkkəb və fərqli əməliyyatları qüsursuz, mükəmməl təşkil etmək üçün ağılları varmı? Əlbəttə, yoxdur. Hüceyrələrdəki ağıl onları bu işləri görmək üçün proqramlanmış şəkildə yaradana aiddir.