Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Suyun çatdırılması

24 Mart 2014 01:22

Su Torpaqdan Metrlərlə Yüksəklərə Necə Çatdırılır?

Daşıma əməliyyatının reallaşdığı bitkinin böyüklüyündən asılı olmayaraq, bu sistemi meydana gətirən borular (palıd da təxminən 0,25 mm., çökədə 0,006 mm. diametr, bəziləriölü, bəziləridə canlı bitki hüceyrələrindən ibarət olan, bu saydıqlarımızdan başqa hər hansı bir xüsusiyyətə sahib olmayan) odun toxumalarıdır. Bu strukturlar bitkilər üçün lazım olan suyu metrlərlə yüksəkliyə çatdırmaq üçün ən uyğun dizayna sahibdirlər. Bu daşıma sisteminin fəaliyyəti yarpaqların su itirməsi ilə başlayır. Yarpaqların alt qismində və bəzi bitkilərdə üst tərəfdə olan incə məsamələrdə (stomalar) meydana gələn əməliyyatlar sayəsində bitkilərdə daşıma sistemləri hərəkətə keçir.

Əgər havanın nəmliyi 100%-dən az olsa, su yarpaqdakı buxarlanma nəticəsində bu məsamələrdən xaricə verilir. Hətta havadakı nəmlik 99% olsa belə, bu vəziyyət yarpaqdakı suyun kənara çıxması üçün qiymətləndiriləcək potensial hala gəlir və yarpaq sürətlə su itirməyə başlayır. Bu şəkildə bitkilər suyun yarpaqlardan buxarlanması ilə yaranan su azalmasını dərhal aradan qaldırmalıdırlar. Göründüyü kimi, yarpaqlardakı mexanizmlər 1% nəmliyi belə təsbit edən həssaslığa sahibdirlər. Bu çox əhəmiyyətli xüsusiyyətdir. Yarpaqlarda reallaşan bir çox hadisələr hələ müasir texnologiya ilə də tam kəşf edilməmişdir. Çox kiçik bir sahədə reallaşan bu möcüzəvi əməliyyatlar bir çox sual meydana gətirir.

Havadakı 1% nəm dəyişikliyini belə hiss edərək lazım olan əməliyyatlara başlayan mexanizmə bitkilər necə sahib olmuşlar? Bu mexanizmin dizaynı kimə aiddir? Milyon illərlə günümüzə qədər qüsursuz şəkildə işləyən belə bir texnologiya necə ortaya çıxmışdır? Bu mexanizmi hazırlayan, meydana gətirən bitkilərin özləri deyil. Bu quruluşun yarpağa yerləşdirilməsində hər hansı bir canlının müdaxiləsindən də söz edilə bilməz. Şübhəsiz ki, bitkilərə sahib olduqları bütün xüsusiyyətləri verən, bu sistemləri millimetrin yüzdə biri, hətta mində biri kimi böyüklükdəki sahələrə yerləşdirən üstün bir ağıl var. Bu ağılın sahibi bütün aləmlərin Hakimi olan və hər şeyi idarəsində saxlayan Allahdır.